AzTehsil.com


Kurikulum / Pedoqojitəcrübə / Tədris işləri üzrə dr/müavini / Direktor
15 oktyabr 2016
27 011


Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !



 

Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

 

Təlimin təşkilinə verilən tələblər

Pedaqoji prosesin tamlığı
Təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) şəkildə həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və  şagird  fəaliyyətini əhatə edir.

Təlimdə bərabər imkanların yaradılması
Bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;

Şagirdyönümlülük 
Tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.

İnkişafyönümlülük
Şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir.

Fəaliyyətin stimullaşdırılması
Şagirdlərin təlimə marağının artırılması  üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir. 

Dəstəkləyici mühitin yaradılması
Pedaqoji proses münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə  təşkil edilir.

Məzmun standartlarının reallaşmasına xidmət edən məqsədlərdir

Məzmun standartlarının qismən və ya bütövlükdə reallaşmasının müəyyən edilməsi

Məzmun standartlarındakı ümumi məsələlərin mövzu baxımından xüsusiləşdirilməsi 

Məzmun standartında biliyin kateqoriyası (deklarativ, prosedural, kontekstual) və bacarığın xüsusiyyətlərinin (idraki, emosional, psixomotor) təlim məqsədində əks etdirilməsi
Kurikulum siniflərində direktor və direktor müavinləri dərsdinləmə vaxtı nələrə DİQQƏT  etməlidirlər !

1.Standartların  düzgün seçilməsi

2.Məqsədin standarta uyğunluğu

3.Məqsədin reallaşdırılması üçün əlverişli forma və üsulların seçilməsi

4.Fəndaxili və fənlərarası inteqrasiya  

5.Resurslardan məqsədəuyğun istifadə

6.Motivasiyanın məqsədəuyğun  qoyulması

7.Tədqiqat sualının təlim məqsədinə uyğunluğu 

8.Təlim tapşırığının problemin həllinə istiqamətlənməsi və şagirdlərin potensial imkanlarına uyğunluğu

9.Məlumat mübadiləsi mərhələsinin təşkili (şagirdlərin təhlil etmə və təqdim etmə bacarığı) 

10.Məlumatın müzakirəsinin təşkili

11.Ümumiləşdirmə və nəticə

12.Qiymətləndirmə meyarlarının düzgün müəyyən edilməsi (qiymətləndirmənin təlim boyu aparılması)
 
13.Yaradıcı tətbiqetmə tapşırıqlarının düzgün verilməsi. 

14.Müəllim nitqinin aydınlığı 

15.Dərsdə vaxtdan səmərəli istifadə Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması







Загрузка...