AzTehsil.com
RU


Xəbərlər
17 sentyabr 2016
4 060


UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb



 

 UNEC-də differensial əmək haqqı sisteminin nəticələri ictimaiyyətə açıqlanıb

 

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin 2015/16-cı tədris ili üzrə nəticələri ictimaiyyət nümayəndələrinə açıqlanıb.

UNEC-in rektoru, professor Ədalət Muradov differensial əmək haqqı sistemi barədə məlumat verib. Bildirib ki, ABŞ, Avropa, Türkiyə və Rusiya universitetlərinin təcrübəsinə əsaslanan sistem UNEC-də ilk dəfə ötən tədris ilindən tətbiq olunur. Sistemin tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilir. Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçən sistem, UNEC-in mülkiyyətidir: "Müraciət olunduğu təqdirdə sistemi digər ali təhsil müəssisələrində də qurmağa hazırıq”.

Rektor bildirib ki, əmək haqlarına differensial əlavələrin edilməsində məqsəd pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirməkdir. Heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsi onların universitetdəki elm, tədris və özünüinkişaf fəaliyyət istiqamətləri üzrə həyata keçirilib. Ə.Muradov hər tədris ilində - sentyabrın 1-dən iyunun 30-dək toplanan ballara əsasən, müəllimlərin əmək haqlarına əlavələr olunacağını vurğulayıb. Əlavələr mövcud əmək haqqının 1,2 – 2 misli qədər nəzərdə tutulub. İlk onluğa daxil olan müəllimlərin əmək haqqı 2 dəfə, 11-30-cu yerləri tutan müəllimlərin əmək haqqı 1,7 dəfə, 31-60-cı yerləri tutan müəllimlərin əmək haqqı 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlərin əmək haqqı isə 1,3 dəfə artırılacaq.

UNEC-də yeniliklərin davam etdiriləcəyini vurğulayan rektor yeni tədris ilində həyata keçiriləcək layihələrdən də söz açıb: "Bu il tədrisin keyfiyyəti ilə birbaşa bağlı olan üç layihəyə start vermişik: "Lider müəllim-Lider universitet” layihəsi 10 nominasiya üzrə UNEC-in 10 lider müəllimini müəyyən edəcək. "Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihəsində tələbələrin fikirlərinə üstünlük veriləcək. Üçüncü layihəmizə əsasən isə, 2016/17-ci il tədris ilində UNEC-in dərs prosesi valideynlərin üzünə açıq olacaq”.

Differensial əmək haqqı sisteminin işləmə mexanizmini UNEC-in professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiyasının sədr müavini Elşən Bağırzadə təqdim edib. Bildirib ki, pedaqoji heyət il ərzində xidməti fəaliyyətin qiymətləndirilməsi məqsədilə bütün zəruri məlumatı xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edib. Məlumatları professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya təhlil edib. Hər müəllim müəyyən bir kafedra və fakültəni təmsil etdiyindən, sistem onların illik xidməti fəaliyyət ballarına uyğun olaraq, UNEC üzrə kafedra və fakültələrin də reytinq siyahılarını hazırlayıb. Sistem 3 istiqamət və 12 kriteriya üzrə 100-dən çox elmi-pedaqoji fəaliyyət əsasında hər bir müəllim üçün "illik xidməti fəaliyyət balı” hesablayıb. Müəllimlərin "illik xidməti fəaliyyət bal”ları ən yüksəkdən ən aşağıya doğru sıralanıb. E.Bağırzadə bildirib ki, "illik xidməti fəaliyyət balı” universitet orta göstəricisinin 50%-dən aşağı olan müəllimlərin fəaliyyəti "qeyri-qənaətbəxş” hesab ediləcək.

Sonra online rejimdə differensial əmək haqqı sisteminin nəticələri açıqlanıb. Sistemdə statistik göstəricilər üzrə müəllimlərin ilk yüzlüyü, fakültə və kafedraların reytinq siyahısı yer alıb. Müəllimlərin reytinq siyahısına İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Nazim Cəfərov liderlik edib. Fakültələrin reytinqində Türk Dünyası İşlətmə, kafedralardan isə İqtisadiyyat və işlətmə kafedrası birinci yerdə qərarlaşıb.

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri professor-müəllim heyəti arasında sağlam rəqabət mühitinin formalaşması və stimullaşdırılmasında sistemin tətbiqini müsbət qiymətləndiriblər.

В UNEC обнародованы результаты системы дифференциальной заработной платы

16 сентября в Азербайджанском государственном экономическом университете (UNEC) представителям общественности обнародованы результаты системы дифференциальной заработной платы за 2015/16 учебный год.
      Ректор UNEC, профессор Адалат Мурадов дал информацию о системе дифференциальной заработной платы. Он отметил, что система, ссылающаяся на опыт университетов США, Европы, Турции и России, применяется в UNEC с прошлого года. Применение системы осуществляется соответственно «Государственной стратегии по развитию образования в Азербайджанской Республике». Система, которая прошла регистрацию в Агентстве авторских прав», является собственностью UNEC: "При обращении мы готовы установить данную систему в других высших школах”.
Ректор отметил, что целью дифференциальной надбавки на заработную плату является обеспечение мотивации педагогического состава и усиление конкурентной среды среди преподавателей. Оценка служебной деятельности состава произведена в направлении их научной, учебной деятельности и саморазвития. А.Мурадов подчеркнул, что каждый учебный год на основе набранных баллов от 1 сентября до 30 июня к заработной плате преподавателей будут осуществляться надбавки. Надбавки предусматриваются в объеме 1,2 – 2 заработной платы. Преподавателям, разместившимся в первой десятке, заработная плата повысится в 2 раза, с 11-30 места - 1,7 раз, с 31-60 - 1,5 раз, с 61- 100 - 1,3 раза.
Ректор UNEC говоря о продолжающихся новшествах, коснулся вопроса осуществления новых проектов в новом учебном году: "В этом году стартуют три проекта, непосредственно связанные с качеством обучения: проект "Лидер преподаватель-лидер университет” по 10 номинации определит 10 преподавателей-лидеров UNEC. В проекте "Качество обучения глазами студентов” преимущество будет отдаваться мнениям студентов. Соответственно третьему проекту, в 2016/17 учебном году родители получат доступ к учебному процессу UNEC”.
Рабочий механизм системы дифференциальной заработной платы представил заместитель председателя Постоянной комиссии по оценке служебной деятельности профессорско-преподавательского состава UNEC Эльшан Багирзаде. Отмечено, что педагогический состав с целью оценки служебной деятельности в течение года посредством специальной программы размещал всю необходимую информацию в системе. Постоянная комиссия по оценке служебной деятельности произвела анализ информации. Ввиду того, что каждый преподаватель представляет определенную кафедру и факультет, система соответственно баллам их годовой служебной деятельности подготовила список рейтинга кафедр и факультетов UNEC. Система по 3 наравлениям и 12 критериям на основе более 100 научно-педагогической деятельности для каждого преподавателя вывела «годовой балл служебной деятельности». Список очередности «годового балла служебной деятельности» преподавателей представлен от самой высокой  к самой низкой. Э.Багирзаде отметил, что «годовой балл служебной деятельности» преподавателей, у которых деятельность ниже 50% среднего показателя университета, считается «неудовлетворительной».
Затем в режиме онлайн обнародованы результаты системы дифференциальной заработной платы. В системе по статистическим показателям нашли место список первой сотни преподавателей,  рейтинг факультетов и кафедр.  В списке рейтинга преподавателей лидирует преподаватель кафедры Экономики и управления Назим Джафаров. В рейтинге факультетов на первом месте Турецкий факультет экономики и управления, а кафедр - Экономика и уравление.

 Представители общественности, участвующие в мероприятии, положительно оценили применение системы в формировании и стимулировании здровой конкурентной среды среди профессорско-преподавательского состава.

Vüsalə Məmmədova
UNEC-in Marketinq və Kommunikasıya Departamenti
 



Загрузка...
Həmçinin oxuyun:
UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şuranın iclasını keçirib

Diaqnostik Qiymətləndirmə  ilə bağlı xəbər var

Diaqnostik Qiymətləndirmə ilə bağlı xəbər var

ABŞ-da Təhsil Sistami ( Система Образования В США ) - Beynəlxalq təcrübə

ABŞ-da Təhsil Sistami ( Система Образования В США ) - Beynəlxalq təcrübə

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

Müəllimlərin əmək məziyyətinə buraxılması vaxtı müəyyən edildi

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

ADPU-da 15 sentyabr – Bilik Gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq təcrübə -   RF-də məktəb direktorunun əmək funksiyası

Beynəlxalq təcrübə - RF-də məktəb direktorunun əmək funksiyası

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

ADPU-da Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin yeni tədris ilinin başlanmasına həsr edilmiş iclası keçirilib

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Профессиональные знания учителя - это сведения из педагогики и психологии

Профессиональные знания учителя - это сведения из педагогики и психологии

Yaponiyada orta təhsil ( Японская Школа ) - Beynəlxalq təcrübə

Yaponiyada orta təhsil ( Японская Школа ) - Beynəlxalq təcrübə

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllimlərin işə qəbul olunması üçün keçid balı açıqlandı

Müəllim Andı

Müəllim Andı

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

Təhsil Naziri tədris ilinin uzadılması ilə bağlı narazılıqlara münasibət bildirib

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Məktəb sənədləşdiriməsi QAYDALARI - Rusiya təcrübəsi

Məktəb sənədləşdiriməsi QAYDALARI - Rusiya təcrübəsi

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

İşdən çıxarılan müavini direktorun razılığı olmasa ....... ƏMR № 205

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR

" Elektron Təhsil " müsabiqəsi keçiriləcək- Nazirdən ƏMR