AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Dünya / Manşet / Bölgə / Şagird
07 iyul 2025
1 494

"Direktorlar qanunsuzluq edib"- ƏTRAFLI

"Hazırda ümumtəhsil məktəblərində buraxılış sinfində oxuyan şagirdlərə attestatlar təqdim olunur. Sosial platformalarda valideynlərin attestata yazılan illik qiymətləndirmənin düzgün aparılmaması səsləndirilir. Valideyn narazılıq edir ki, uşaq buraxılış imtahanlarında zəif nəticə göstərdiyi üçün məktəb rəhbərliyi şagirdin qiymətlərini aşağı yazır. Halbuki uşaq tədris ili boyunca heç 2 qiyməti almayıb. Sadəcə buraxılış imtahanında aşağı nəticə göstərib. Buna görə də, buraxılış imtahanı nəticəsinin bir başa attestata yazılacağı bildirilir".

AzTehsil.com xəbər verir ki, bunu təhsil eksperti Ramin Nurəliyev bildirib.

O, qeyd edib ki, əvvəla buraxılış imtahanı məktəbin ümumi qiymətləndirməsi deyil:

"Heç bir şagirdə buraxılış imtahanı nəticəsinin yekun qiyməti bütün tədris ili boyunca fəaliyyəti diqqətə alınmadan birbaşa yazıla bilməz. Yəni şagird il boyunca hər hansı bir fəndən, - bu fənlərə buraxılış imtahanı fənləri də daxildir, - 3, 4, 5 qiyməti alıbsa, sadəcə müəyyən səbəbdən buraxılış imtahanı nəticəsi 2 olsa belə, həmin şagirdin ümumi illik qiyməti 2 ola bilməz. Bu şagirdə ümumi illik qiyməti 2 yazılıbsa, tamamilə təhsil haqqında qanuna zidd addım atılmışdır, deməkdir. Çünki şagirdin ümumtəhsil məktəblərində illik qiymətləri "Təhsil haqqında" qanuna əsasən bütün tədris ilini əhatə etməlidir. Buraxılış imtahanı yekun qiymətləndirməni əks etdirmir. Şagirdin illik qiymətləndirməsi "Təhsil haqqında" qanuna, Nazirlər Kabinetinin qərarına, eləcə də, Elm və Təhsil Nazirliyinin göstəriş və qaydalarına əsasən formalaşdırılmalıdır. Buraxılış imtahanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil müəssisələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul müsabiqəsinin bir hissəsidir. Buraxılış imtahanı illik qiymətləndirilməyə təsir etməməlidir. Qanunda bununla bağlı hər hansı bir təlimat yoxdur. Şagirdə verilən attestatda buraxılış imtahanının nəticəsi birbaşa yazıla bilməz. Əgər şagird peşə təhsil müəsisələrinə müraciət edəcəksə, buraxılış imtahanı onun üçün hər hansı bir qiymətləndirmə meyarı deyil. Peşə təhsili müəssisələrinə qəbul DİM-in qəbul imtahanları ilə aparılmır, attestat qiymət ortalaması əsasında aparılır. Yəni buraxılış imtahanı peşə təhsilinə qəbulda heç bir rol oynamır.

Məktəb rəhbərliyi şagirdlərin qiymətləndirilməsini həyata keçirdiyi zaman onun tədris ili boyunca dərslərə davamiyyətini, hazırcavablığını, tapşırıqlara fəallığını, bilik və bacarığını, sosial fəaliyyətini də nəzərə almalıdır".Bəs buraxılış imtahanı nəticəsi və illik qiymətləndirmə aşağı olarsa, şagirdə attestat verilmir?

R.Nurəliyev bildirib ki, əgər bir şagirdin Riyaziyyat fənni onun biliyinə əsasən qiymətləndirilirsə, Fiziki tərbiyə fənni fiziki qabiliyyətinə, Çağırışa qədərki hazırlıq fənni bacarığına, Rəsm fənni xüsusi istedadına və qabiliyyətinə görə qiymətləndirilir:

"Bununla yanaşı, buraxılış imtahanında 3 fənn üzrə imtahan təşkil olunur, amma şagirdin attestatina 15-ə yaxın fənn üzrə qiymət yazılır. "Təhsil haqqında" qanunda qiymətləndirmə meyarlarına əsasən şagirdlərin məktəbdən kənarlaşdırılması bu halda nəzərdə tutulur. Əgər şagird 4 fəndən 2 qiyməti alarsa, o zaman məktəb pedaqoji şuranin qərarı ilə sinifdə saxlanıla bilər. Bu da o deməkdir ki, şagird hər hansı bir fəndən 2 qiyməti alsa belə, həmçinin attestatina 2 yazılsa belə, buna görə məktəbdən xaric oluna bilməz, yaxud da növbəti sinifə keçməsinə və yaxud da, attestat almasına məhdudiyyət tətbiq edilə bilməz".

Ekspertin sözlərinə görə, şagirdin ümumi bilik və bacarığı, dərsə davamiyyəti, nizam-intizamı qaydasında deyilsə, bu zaman məktəb pedaqoji şurası tərəfindən müvafiq qərar verilərək haqqında tənbeh tətbiq edilə bilər.

"Yəni məktəb rəhbərliyi özbaşına deyil, pedaqoji şuranın qərarına görə addım atmalıdır. Təəssüflər olsun ki, bəzi məktəb direktorları valideynlərin məlumatsızlığından istifadə edərək şagirdlərin qiymətlərinin aşağı olmasını əsas gətirir və bu istiqamətdə müxtəlif təzyiqlər göstərir. Bildirmək istəyirəm ki, bu kimi təzyiqlər tamamən qanunsuzdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, müəllimlərin sertifakatlaşdırma prosesindən narazılıqlar səngiməmiş, bu dəfə orta məktəb məzunlarının attestatlarına qiymətlərin yazılması ilə bağlı narazılıqlar başlayıb. Çoxsaylı valideynlər iddia edirlər ki, məktəb direktorları DİM tərəfindən keçirilən buraxılış imtahanlarının nəticəsini bəhanə edərək attestata yüksək qiymət yazılması üçün "şirinlik" istəyirlər.

Həmçinin oxuyun:
“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Nazirlər Kabineti COVID-19-a görə təhsillə bağlı qərar verdi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Təhsil müəssisəsinin maddi-texniki bazası və təhsil infrastrukturu normativləri

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Bu layihəyə məktibimi qoşarkən də bu məqsəd daşımışam ki.....Ramin Mahmudov

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Müəllim - Şagird münasibətləri niyə düzəlmir?

Tanınmış alimin ETİRAZI

Tanınmış alimin ETİRAZI

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu