10 nəfər imtahandan xaric olunub - SƏBƏB?
AzTehsil.com xəbər verir ki, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul üçün keçirilmiş blok imtahanının II cəhdinə rəsmi ayrılan vaxt başa çatıb.
ilkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 3 nəfərdə "ağıllı" saat aşkarlandığı üçün imtahandan xaric olunub. Qayda pozuntularına yol verdiyi üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar ixtisas seçiminə buraxılmırlar.