AzTehsil.com

Xəbərlər / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
06 iyul 2025
945

“Yüksəliş” müsabiqəsi dövlətimiz üçün - ƏHƏMİYYƏTLİDİR



“Yüksəliş” müsabiqəsi dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir - Ombudsman


“Yüksəliş” müsabiqəsi ölkəmizdə strateji idarəçilik mədəniyyətinin formalaşmasına, dövlətçilikdə intellektual kapitalın önə çəkilməsinə və bacarıqlı kadrların dövlətin inkişafında iştirak etməsinə geniş imkanlar yaradır. Bu təşəbbüs yalnız idarəçilik müsabiqəsi deyil, eyni zamanda, Azərbaycanın gələcəyinə xidmət edən liderlik məktəbidir. 

AzTehsil.com  xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində çıxış edərkən deyib. O bildirib ki, ölkəmizin 2030-cu ilədək müəyyən etdiyi 5 milli prioritetindən biri olan və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx uzlaşan rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması məqsədilə müasir biliklərin və rəqəmsal bacarıqların artırılması olduqca vacibdir: “Azərbaycan “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan məqsəd və hədəflərin hər biri üzrə, xüsusilə keyfiyyətli təhsilin, gender bərabərliyinin, layiqli əmək və iqtisadi artımın təmini sahəsində nəticələr və nailiyyətlər əldə etməkdədir.


İxtisaslı kadrların insan hüquqları sahəsində məlumatlılıq səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Tərəfimizdən gənc müdavimlərə, ixtisaslaşmaya cəlb olunmuş şəxslərə, hakimlərə, vəkillərə, dövlət qulluqçularına ünvanlanan ardıcıl maarifləndirici tədbirlər təşkil olunur ki, bu da onların bilik və təcrübələrinin artırılmasına xidmət edir.


Gənclərin potensialından daha səmərəli istifadə etmək, professional peşə vərdişlərini inkişaf etdirmək və təcrübi biliklərini artırmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Ombudsman Aparatında ildə 2 dəfə insan hüquq və azadlıqlarının müdafiəsi üzrə könüllülük proqramı təşkil olunur. Bununla yanaşı, hər il müxtəlif ali təhsil müəssisələrinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları Ombudsman Aparatında təcrübə keçirlər. Bu baxımdan təsadüfi deyildir ki, “Yüksəliş” müsabiqəsinin əməkdaşlıq etdiyi qurumlardan biri də Ombudsman təsisatıdır.





Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində