AzTehsil.com


Xəbərlər
05 iyul 2017
3 739


"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ



 

Və ya təhsilə ayrılacaq qrantların yaradacağı perspektiv 

Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaq məqsədi ilə Nazirlər Kabineti "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər”i təsdiq edib. Yeni tələblərə görə, təhsildə inkişaf və innovasiyalar üzrə qrantların (bundan sonra – qrant) ayrılması üçün Təhsil Nazirliyi tərəfindən ildə bir dəfə müsabiqə keçirilir. Qrant müsabiqəsi 2 kateqoriya – ümumi təhsil müəssisələri və fərdi layihələr üzrə keçirilir.

Qrantlar və müsabiqənin keçirilməsi ilə bağlı tələb olunan xərclər hər il bu məqsədlə dövlət büdcəsində Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə bir layihə üçün ayrılmış qrant məbləğinin dəyəri 100000 manatdan, fərdi layihələr kateqoriyası üzrə isə 10000 manatdan çox olmamalıdır. Şərtlərə görə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə istənilən dövlət tam orta ümumi təhsil müəssisəsi iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. Həmçinin fərdi layihələr kateqoriyası üzrə müsabiqədə iştirak üçün mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində işləyən pedaqoji işçilər müraciət edə bilərlər. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar bağlanılmış qrant müqaviləsi əsasında 3 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 30 faizi, ikinci mərhələdə 40 faizi və layihənin yekun hesabatı təqdim edildikdən sonra isə qalan 30 faizi nağdsız qaydada ödənilir. Fərdi layihələr kateqoriyası üzrə maliyyələşdirilməsi barədə qərar qəbul olunmuş layihələrə ayrılacaq qrantlar mövcud qanunvericiliyə uyğun qaydada bağlanılmış qrant müqaviləsi əsasında 2 mərhələdə ödənilir. Birinci mərhələdə vəsaitin 70 faizi, ikinci mərhələdə isə qalan 30 faizi nağdsız qaydada ödənilir. 

Birbaşa təhsil prosesi ilə əlaqəli

Təhsil üzrə ekspertlər qrant müsabiqəsini iştirakçılar üçün stimullaşdırıcı addım kimi dəyərləndirirlər. Belə ki, 2007-ci ildən etibarən orta ümumtəhsil məktəblərində çalışan müəllimlərə «İlin müəllimi» adının verilməsi və «İlin məktəbi» müsabiqəsindən sonra bu layihə təhsil sahəsinə yönəlmiş  müsbət addımdır. 2007-2016-ci illər ərzində 100 müəllim və 50 məktəb bu adlara layiq görülüb. Hesab edilir ki, həmin adları alan müəllimlərin əksəriyyətinin müsabiqədən əvvəlki bilik və hazırlıq vəziyyəti ilə müsabiqədən sonrakı vəziyyəti arasında heç bir fərq olmayıb: "Prezidentin sərəncamı ilə ayrılan vəsait ona görə verilirdi ki, «İlin məktəbi» və ya «İlin müəllimi» adına layiq görülən öz üzərində təkmilləşməli, dünya təhsilinə inteqrasiya etməli idi”- deyə təhsil eksperti Kamran Əsədov bildirir: "Onlar həmçinin bu müddət ərzində təhsilimizə yeniliklər gətirməli idilər. Araşdırmalar nəticəsində məlum oldu ki, onların hazırkı fəaliyyəti əvvəlki fəaliyyətlərindən heç nə ilə fərqlənmir. Ona görə də ölkə başçısı 2017-ci ildə həmin müsabiqələrin ləğv olunması barədə sərəncam verdi”. Bundan sonra təhsildə bu və ya digər layihələr təqdim etmiş məktəblər və təhsil müəssisələrinin əməkdaşlarına maliyyə ayrılacağını deyən ekspert bu tip layihələrin bütün dünya ölkələrində həyata keçirildiyini və ən mütərəqqi və uğurlu fəaliyyət hesab olunduğunu bildirir: "Təhsil Nazirliyi artıq bir neçə ildir ki, məktəblər arasında robot texnologiyaları ilə bağlı olimpiadalar keçirir. Məktəblərimizdə şagirdlər nonotexnologiyalar, robot texnologiyalardan avadanlıqlar hazırlayırlar. Həmin texnologiyaları təkmilləşdirmək, bazara çıxarmaq üçün vəsait yoxdur. Ona görə həmin layihələrə qrantlar ayrılacaq. Bu, heç də o demək deyil ki, fərdi təqdim olunmuş bütün layihələrə 10 min manat pul veriləcək. İlk növbədə, hər bir layihəyə kor-koranə deyil, biznes-plan əsasında maliyyə təqdim olunmalıdır.  Qanunvericilikdə də göstərilir ki, şagirdlər bu və ya digər formada yeniliklər təqdim etməlidirlər. Tutaq ki, şagirdlərin oxu vərdişlərinin daha da təkmilləşdirilməsi və yaxud şagirdin pis vərdişlərinə – narkomaniya, erkən nikaha qarşı və s. layihələr hazırlanmalıdır ki, onları nazirlik tərəfindən yaradılan ekspertlər qrupu araşdırsın və rəy versinlər”.
 
K.Əsədov bildirir ki, layihələr təqdim olunarkən və ya qiymətləndirilib onların əsasında vəsait ayrılarkən dövlətin həmin sahələr üzrə ayrıca proqramlarının olub-olmadığına diqqət yetirmək lazımdır. Çünki bir istiqamət üzrə bir neçə qrant layihəsinin ayrılması müsbət hal deyil: "Məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də bu sahə üzrə fəaliyyət göstərir və eyni sahə ilə bağlı layihə təqdim edir. Yaxşı olar ki, təqdim olunmuş layihələr daha çox informasiya, robot texnologiyaları üzrə olsun. Bundan əlavə, şagirdlərimizə tarix, Azərbaycan dilinə maraq oyadılması, onların arxeoloji ekspedisiyalara cəlb olunması, hüquqlarının qorunması, fauna və floranın mükəmməlləşdirilməsi, şagird düşərgələrinin yaradılması və s. istiqamətdə layihələr olmalıdır: "Hazırda fəaliyyət göstərən 4500 məktəbimizdə oxuyan 1 milyon 600 min şagirdimiz təbii ki, bu layihələrdə kütləvi şəkildə iştirak etməyəcəklər. Amma geniş kontingentin içərisində kifayət qədər müasir layihələr təqdim edənlər var. Bu o demək deyil ki, kimsə şeir və ya nağıl kitabı yazacaqsa, ona qrant veriləcək. Daha çox texnoloji və elmi yenilikləri ortaya qoyan layihələr dövlət tərəfindən layihələşdiriləcək. Hansısa müəllimə pul verməkdənsə, fərdi layihələrin iştirakçılarına pul ayrılması yaxşıdır. Eyni zamanda, Azərbaycan məktəblərinin dünya məktəblərinə inteqrasiyası, şagirdlərimizin Avropa və Amerika məktəbləri ilə əməkdaşlığı çərçivəsində qrant layihələrini artırmaq lazımdır. Hələlik ilk nəticələr ortaya çıxmayıb. Ancaq hesab edirəm ki, sentyabrdan bu layihələr olacaq. Təqdim olunmuş layihələrin şagirdlərin özləri tərəfindən hazırlanıb-hazırlanmadığı da ciddi şəkildə araşdırılmalıdır. Çünki bəzi hallarda onların valideynləri və ya müəllimləri gəlir əldə etmək üçün özləri layihələri hazırlayırlar. Birbaşa istehsalçının və ya hazırlayıcının müəllif olduğunu müəyyən etmək üçün komissiyanın üzərinə ciddi iş düşür. Fikrimcə, bu işə mütəxəssislər və qrant sahələri ilə işləyən, təhsili bilən mütəxəssislər cəlb olunmalıdır”.
 
Qrantın yalnız dövlət məktəblərinə ayrılacağına gəlincə, ekspert bildirir ki, onsuz da ölkədə özəl məktəblərin sayı dövlət məktəblərinin bir faizini təşkil etmir. Onların sayı 20-dən artıq deyil. Lakin bu o demək deyil ki, özəl məktəblər layihədə iştirak edə bilməzlər: "Təhsil Nazirliyinə tabe olan, dövlət nümunəvi sənədi verən məktəblər bu layihələrdə iştirak edə bilərlər. Burada hər hansı bir fərq qoyulmur. Ancaq yüksək gəlirli özəl təhsil müəssisələrinin iştirakı qanunvericiliklə tənzimlənəcək. Çünki onların tabelilik qaydası təsisçilərdədir”. Layihədə müəllimlərin fərdi iştirakına gəlincə, ekspert bildirir ki, bütün təhsil prosesi ilə əlaqəli şəxslər layihənin birbaşa iştirakçısına çevrilə bilirlər: "Sadəcə, layihələr birbaşa təhsil prosesi, məktəb və məktəbşünaslıqla əlaqəli olmalıdır”. 
 
Təhsil işçilərinin potensiallarının aşkara çıxarılmasına yol açan yeni stimul
 
Təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, yenilikçi ideyalarla fərqlənən müəllimlərin fəaliyyətini stimullaşdıracaq layihənin tətbiqini təqdirəlayiq hal hesab edən Əməkdar müəllim Almaz Həsrət hesab edir ki, bu addım bir çox yaradıcılığı və yenilikçiliyi ilə seçilən təhsil işçilərinin potensiallarının aşkara çıxarılmasına yol açan yeni stimuldur: "Təhsil Nazirliyi tərəfindən təhsil müəssisələri üçün  ildə bir dəfə müsabiqə keçirilməsi və müsabiqədə yer alacaq yenilikçi layihələrin qalib olması müəllim və məktəblərin uğurlu  inkişafa doğru təkan verəcəyini təmin edir. İki kateqoriya üzrə keçiriləcək qrant müsabiqələri həm ümumi təhsil müəssisələri və həm də fərdi layihələr üzrə keçiriləcəyindən, müəllimlərin bacarıqlarının artmasına və işlərində yeni dönüşün yaranmasına çox dəstək olacaqdır. Bu arada daha yüksək bacarığa, biliyə, layihə hazırlama səriştəliliyinə, yenilikçiliyə malik olan təhsil işçiləri öz potensiallarını qazandıqları qrantların sayəsində reallaşdıra biləcəklər”. A.Həsrət yalnız  dövlət tam orta ümumi təhsil müəssisəsində çalışanların bu müsabiqədə iştirak edə bilməsini dövlətin əlavə diqqət və qayğısı kimi dəyərləndirir: "Maaşım azdır”  deyən müəllim, yeni ideyası, yeni metodikası varsa, buyurub qrant müsabiqəsində özünü sınaya bilər. Bu müsabiqəyə qatılmaqla, yenilikçi layihəsini təqdim etməklə, bilikli və innovativ müəllim olduğunu da sübut etmiş olar”. Əməkdar müəllim bütün dövlət təhsil müəssisələrini və orada çalışan müəllimləri bu müsabiqədə iştirak etməyə çağırır: "Rayon, bölgə və şəhər təhsilində çalışanlar özlərini bu müsabiqədə görməklə, bir çox təhsilyönlü arzularını da reallaşdırmış olarlar”. 
 

 

İndiyə qədər müəllimlər və ya direktorlar üçün müsabiqələr keçirildiyini və müəyyən pul mükafatlarının nəzərdə tutulduğunu deyən təhsil eksperti Nadir İsrafilov xarici ölkələrdə də keçirilən təcrübələrdən yararlanmaqla, bu tip layihələri həyata keçirməyi müsbət qiymətləndirir: "Dünyanın elə iri universitetləri var ki, onlar bu tip layihələr hesabına öz maddi imkanlarını yüksəldirlər. Bizdə isə bu prosesin hansı şəkildə həyata keçiriləcəyi, marağın necə olacağı hələ dəqiq bilinmir. Bununla belə, hesab edirəm ki, bu tip layihələr vacibdir və stimullaşdırıcı təsirə malikdir. Bunlar həm sahəyə marağı artıra, həm də o sahənin inkişafına xidmət edə bilər”. 
 

"Bu yenilik müəllim və məktəblərin inkişafı üçün gözəl imkanlar yaradacaq"/EKSPERTLƏRİN RƏYİ

 

Əsas məsələlərdən biri də, heç şübhəsiz, müsabiqədə şəffaflığın və obyektivliyin qorunmasıdır. Bunlar olan yerdə isə stimullaşdırmağa daha çox əsas olacaq...
 
kaspi.az



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Təhsil Nazirliyi tam orta məktəblərə 100 min, müəllimlərə 10 min manata qədər qrant verəcək

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

İlin məktəbi və Ən yaxşı müəllim müsabiqəsi ləğv edildi

Ağstafada orta məktəblərdə ekologiya ilə bağlı layihələr keçirilib

Ağstafada orta məktəblərdə ekologiya ilə bağlı layihələr keçirilib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Nazir: Ali məktəblər vəsaitlərinin 80 faizini əmək haqlarının ödənilməsinə sərf edirlər

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

Professor-müəllimlərin vəzifələrə seçilməsi üçün yeni şərt nəzərə alınacaq

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Cehizlik ali təhsil diplomları erası geridə qaldı…

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Akif Əlizadə: İnstitut direktorlarından tələb edirəm ki...

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar