Xəbərlər, MÜƏLLİM
26 fevral 2018
1369

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

 

Təxminən 2 ay sonra Azərbaycanda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanları başlayacaq. Dövlət İmtahan Mərkəzinin (DİM) cədvəlinə əsasən, mayın 13-də II və III ixtisas qrupları üzrə, mayın 20-də isə I və IV qruplar üzrə ilk (yaz) imtahan keçiriləcək.

Abituriyentlərin universitetlərə qəbul olunub-olunmayacağı onların hazırlıq səviyyəsindən asılıdır. DİM-in illərlə apardığı araşdırmalar, birinci kurs tələbələri arasında sorğular göstərib ki, abituriyentlərin çox az hissəsi sınaqlara özləri hazırlaşır, qalanları repetitorlarla – fərdi şəkildə və ya müxtəlif qurumlar tərəfindən təşkil edilmiş xüsusi qrupların tərkibində məşğul olurlar.

Təcrübə göstərir ki, repetitorlarla fərdi olaraq məşğul olan abituriyentlərin xərcləri hazırlıq kurslarına gedənlərdən təxminən 2 dəfə çoxdur. Məsələn, repetitorlar fərdi hazırlıq üçün fəndən asılı olaraq, orta hesabla aylıq 70-120 manat ödəniş alır. Hər bir ixtisas qrupuna 5 fənn daxil olduğunu nəzərə alsaq, abituriyentlərin aylıq xərci 350-600 manat təşkil edəcək. Orta hesabla 400 manatı təxminən 85 min abituriyentə vursaq, orta və ali məktəb müəllimlərinin əlavə qazancı 3 mln. manatdan çox təşkil edir.

Hazırlıq kurslarında məşğul olanlar bundan bir qədər az ödəniş etməli olur. Bakıda belə kurslar kifayət qədər çoxdur. Bu bazarda rəqabət böyükdür, buna görə şirkətlər müxtəlif piar aksiyalarından istifadə edərək, mümkün qədər çox dinləyici cəlb etməyə çalışırlar. Müəllimlə fərdi olaraq hazırlaşan və imtahanda 650-700 bal yığan abituriyenti ölkə ictimaiyyətinə bu və ya digər kursları (Kaspi, JALAL-I, "Dərs evi", Araz və s.) uğurla bitirdiyini deməyə razılaşdırmaq üsulu da işə salınır. Bunun əvəzində ona bahalı hədiyyə – noutbuk və ya son model mobil telefon verirlər. Amma sən reklama bax!

Təhsil məsələləri üzrə ekspert Acar Ağayev vəziyyəti Turan-a şərh edərkən bildirib ki, ölkədə məktəb repetitorluğu son illər geniş vüsət alıb. Repetitorluq problemini iki aspektə bölmək olar. Onlardan biri əlavə təhsil xidmətləri ilə bağlıdır, məktəb müəllimi aşağı siniflərdə oxuyan uşaqlara təhsilindəki boşluqları doldurmağa kömək edir. İkinci xətt ali məktəblərə hazırlıqdır. Bu, repetitorluğun müxtəlif strategiyaları, vəzifələri və müxtəlif aspektləri var. Aydındır ki, əhalinin müxtəlif təbəqələri öz imkanlarına uyğun olaraq övladlarının əlavə təhsil alması üçün vəsait yatırmağa hazırdır.

"Repetitorluq problemi birbaşa bu prosesdə əsas fiqur olan müəllimin maddi imkanı ilə bağlıdır. Müəllimlər əlavə qazanc axtarır. Buna görə onlar öz xidmətlərini təkcə məktəbdə deyil, həm də xüsusi qaydada satmaq məcburiyyətindədirlər. Repetitorluğun yayılmasının səbəblərindən biri ali məktəblərə qəbul üçün test imtahanlarının tətbiq edilməsi oldu. Məlum oldu ki, məktəb məzunlarının bilik ehtiyatları ali məktəblərə qəbul standartlarına uyğun deyil. Yeni xidmət növünə tələbat yarandı. Yadınızdadırsa, həmin illər repetitorluqla məktəb müəllimləri deyil, Elmlər Akademiyasının əməkdaşları, ali məktəb müəllimləri məşğul olurdular. İndi isə estafeti məktəb müəllimləri alıb, yeri gəlmişkən, bu gün onlar repetitorlar arasında lider mövqeləri tuturlar", deyə Ağayev qeyd edir.

Beləliklə, repetitorluq xidmətlərinə tələbatın artması yerli ümumtəhsil sistemindəki vəziyyətlə çox əlaqədardır. Bu, kütləvi təhsilin nə ayrı-ayrı şəxslərin tələbatını, nə ali məktəblərin tələblərini qarşılamayan aşağı keyfiyyəti, keyfiyyətli dərs keçilməsinin stimullaşdırılması sisteminin səmərəsizliyi, müəllimlərin sosial-iqtisadi vəziyyətinin qənaətbəxş olmaması və s. ilə bağlıdır. (strateq.az)




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

“Qəbul qaydalarındakı dəyişiklik abituriyentin xeyrinədir” – Deputatlar yeniliyi dəstəklədilər

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Qəbul imtahanında ödəniş dəyişəcək? – DİM-dən AÇIQLAMA

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

DİM-də keçiriləcək hazırlıq kurslarına qeydiyyat başlanıb

Hazırlıq qruplarının harada açılacağı MƏLUM OLDU

Hazırlıq qruplarının harada açılacağı MƏLUM OLDU

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Özəl ali məktəblər boş qaldı

Özəl ali məktəblər boş qaldı

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Sənəd verən abituriyentlərin az olmasına 11-ci sinif məzunlarının sayındakı azalma təsir edib

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?