AzTehsil.com


Xəbərlər
09 iyun 2017
6 574


UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə



UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

 "Azərbaycandan xarici ölkələrə valyuta axını azalacaq,  həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq”


Xəbər verdiyimiz kimi, "Təhsil haqqında” Qanuna yeni dəyişiklik edilir. Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Bəs hazırlıq qruplarına tələbə qəbulu necə aparılacaq. "AzPolitika.info” bunula bağlı Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəylinin APA-ya müsahibəsini təqdim edir.


- Dünən sizin rəhbərlik etdiyiniz komitədə "Təhsil” Qanununa edilmiş dəyişikliklərin əsas mahiyyəti nədən ibarət olacaq?


– Elm və Təhsil Komitəsində "Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulur. Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirəcək.

Bundan başqa, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən, o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını alacaq. Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq. Çünki tələbələr ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək.


Ən əsası isə odur ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaq. Bu, birinci kursda yüksək balla qəbul olan tələbə ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaq. Hazırlıq qruplarına tələbələrin cəlb olunması gənc nəslin təhsildən kənarda qalaraq, zərərli meyllərə maraq göstərməsinin də qarşısının alınmasına xidmət edir. Bu addım gənclərin xarici ölkələrin bizə yad olan ideoloji təsirlərindən qorunmasına da kömək edəcək.


- Hazırlıq qruplarında tələbə qəbulunda şəffaflıq təmin ediləcəkmi?


– "Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə görə, ali məktəblərin hazırlıq qruplarına tələbə qəbulu test üsulu ilə qəbul imtahanlarının nəticələrinə görə aparılacaq. Tutaq ki, abituriyent qəbul imtahanı zamanı 300-400 arası bal toplayıb, lakin seçdiyi ixtisasa görə müsabiqədən keçə bilməyib. Dövlət ali məktəblərin humanitar fakültələrində, xarici dil ixtisaslarında, informatika ixtisasında, ADA Universitetində, Ali Neft məktəbində belə hallar kifayət qədərdir.


Fikrimcə, belə abituriyentlərin birillik hazırlıq qruplarında təhsilini bir qədər də artırdıqdan sonra ali məktəb tələbəsi hüququ qazanması çox ədalətli iş olardı.

Hazırlıq qruplarına tələbə qəbulunun test üsulu üzrə imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək. Kütləvi informasiya agentliklərində hazırlıq qruplarına tələbə qəbulunun imtahansız olacağı barədə yayılan məlumatlar əsassızdır. Təklif olunan dəyişiklikdə qanunun 26-cı maddəsində hazırlıq qruplarına qəbulun test üsulu üzrə keçirilən imtahanların nəticələri əsasında müəyyən olunması əksini tapıb. Eyni zamanda, hazırlıq qruplarında təhsil alanlar birillik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər.


- Hazırlıq qruplarında təhsilin səviyyəsi haqqında nə deyə bilərsiniz?


– Edilmiş dəyişikliyə əsasən, hazırlıq qruplarında təhsilin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək. Yəni, Təhsil Nazirliyi hazırlıq qruplarında tədris proqramlarını hazırlamalı, zəruri elmi-metodiki ədəbiyyatın və kadr potensialının olmasını təmin etməlidir. Hazırlıq qrupları yaradılmış ali məktəblərin rektorlarının da üzərinə ciddi vəzifələr düşür.


Bildiyiniz kimi, hazırlıq qrupları ali məktəb sistemində yeni hadisə deyil. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər.




Загрузка...
Həmçinin oxuyun:
Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

"Təhsil Qanunu"ndakı dəyişiklik repititorluğu sıradan çıxaracaqsa yaxşıdır"-ekspert rəyi

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

Məktəbəqədərhazırlıq qrupları ilə bağlı 15 SUAL - 15 CAVAB

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?