AzTehsil.com


Xəbərlər
23 oktyabr 2017
3 142


Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?



Tələbə qəbulu qaydaları dəyişdi - Hər kəs üçün əlçatan təhsil imkanı olacaqmı?

Ekspert: "Əgər bu addım əsasən təhsilin hamı üçün əlçatan olmasına hesablanıbsa, yəqin ki, hazırlıq qruplarında ödənişlərin də əlçatan olması nəzərə alınacaq”.


"Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər”.


Xəbər verdiyimiz kimi Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişiklik edib.

 

Dəyişikliyə əsasən, qaydanın 5-ci (Müsabiqənin keçirilməsi) maddəsinə yeni bənd əlavə edilib. Belə ki, bundan sonra müsabiqənin nəticələri elan olunduqdan sonra Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan ediləcək, ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlər tərəfindən ixtisas seçimi həyata keçiriləcək və həmin yerlərə Mərkəz tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılacaq. Hazırlıq qruplarında tədrisin sonunda Mərkəz tərəfindən qəbul imtahanlarına uyğun olaraq buraxılış imtahanları keçiriləcək və buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar.


Bütün bu dəyişikliklərin əsas məqsədi nədir və bu dəyişikliklər gələcəkdə imtahan prossesində korrupsiyaya yol aça bilərmi? Ümumiyyətlə, son zamanlar tələbə qəbulu qaydalarına edilən bir neçə dəyişikliklər təhsilə necə təsir edəcək?


Aztəhsil.com xəbər verir ki, bu suallarla pia.az-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilova müraciət edib.

Nadir İsrafilov: "Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək”.

 

Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılmasının ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsinin genişləndirilməsinə hesablandırılması kimi qiymətləndirən təhsil üzrə ekspert Nadir İsrafilov dəyişiklikləri şərh edərkən bildirib ki, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən, o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını almalıdır. Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq:



"Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”nda etdiyi dəyişiklik əslində yeni məsələ deyil. Yaşlı və orta nəslin nümayəndələri yəqin xatırlamamış deyillər ki, universitetlərin tərkibində hazırlıq kurslarının yaradılması təcrübəsi Sovet dövründə olub. Mövcud təcrübə və müasir reallıqların nəzərə alınması hazırlıq qruplarında tədris işinin lazım olan səviyyədə təşkil edilməsinə əsas verə bilər. Bir müddət öncə Elm və Təhsil Komitəsində "Təhsil” haqqında Qanunun 22-ci maddəsinə edilmiş dəyişiklikdə ali məktəblərdə bakalavriat səviyyəsində hazırlıq qruplarının təşkil edilməsi nəzərdə tutulurdu. Azərbaycan ali təhsil sistemində bakalavriat səviyyəsində hazırlıq qruplarının yaradılması ilk növbədə gənclərin universitetə cəlb olunması şəbəkəsini genişləndirilməsinə hesablanıb.



Digər tərəfdən, hazırlıq qruplarının təşkil edilməsi ölkəmizin gənclərinin xarici ölkələrə, xüsusən, o qədər də reytinqi olmayan ali məktəblərə axınının qarşısını almalıdır. Bu da o deməkdir ki, Azərbaycandan xarici ölkələrə valyuta axını da azalacaq. Çünki tələbələr ayrı-ayrı ölkələrdə ödənişli əsaslarla təhsil aldıqlarından oxuduqları universitetlərə xeyli miqdarda maliyyə vəsaiti ödəməli olurlar. Hazırlıq qruplarının yaradılması ilə həmin maliyyə vəsaitləri ölkəmizdəki ali məktəblərin büdcəsinə daxil olacaq və universitetlərin inkişafına sərf ediləcək. Bu eyni zamanda hazırlaşmaq istəyən, oxumaq həvəsi olan gənclər üçün şans ola bilər. 



Ən əsası isə odur ki, hazırlıq qruplarında gənclərimiz bir il ərzində öz biliklərini xeyli inkişaf etdirdikdən, hazırlıq səviyyələrini artırdıqdan sonra universitetlərə daxil olacaq. Bu, birinci kursda yüksək balla qəbul olan tələbə ilə hazırlıq qruplarından gələn tələbə arasındakı fərqi aradan qaldıracaq. Düşünürəm ki, hazırlıq qruplarına tələbələrin cəlb olunması onların məşğulluğunu təmin etməklə yanaşı gənc nəslin təhsildən kənarda qalaraq, zərərli vərdişlərə meyl göstərməsinin də qarşısının alınmasına xidmət edəcək.

 

Nadir İsrafilov: "Biz dünyanın bir çox aparıcı ölkələri ilə müqayisədə adambaşına düşən ali təhsillilərin sayına görə müəyyən qədər geridəyik”.

 

Bir də ki, əgər məktəbəhazırlıq kurslarının genişləndirilməsi prioritetdirsə, nə üçün ali məktəblərə hazırlıq məsələsi şübhə ilə qarşılanmalıdır? Bu baxımdan ali məktəblərə hazırlıq da ağlabatan məsələdir. Bir halda ki, biz təhsilin hamı üçün əlçatan olması kursunu götürmüşük, ali məktəblərə qəbul imtahanları üçün abituriyentlərə iki dəfə, növbəti ildən isə bir neçə dəfə şans veririksə, deməli universitetlərin nəzdində hazırlıq kurslarının açılması da təhsilin əlçatanlığına xidmət edir.


Digər bir mühüm məsələ də ondan ibarətdir ki, valideynlərin əksəriyyəti övladlarının ali məktəblərə hazırlıqları üçün müxtəlif repititorlara və hazırlıq kurslarına üz tutmalarınının qarşısı müəyyən qədər alınar, bu mənada kursların universitetlərin nəzdində olması daha optimal və sərfəlidir. Bu, tələbələrin ali məktəblərə adaptasiya olmasına, həmin ali məktəblərə qəbul şansının artmasına da təkan verməlidir. Biz dünyanın bir çox aparıcı ölkələri ilə müqayisədə adambaşına düşən ali təhsillilərin sayına görə müəyyən qədər geridəyik. Bu mənada, dəyişikliyi həmin geriliyi aradan qaldırmaq, həm də əhalinin əsas hissəsinin ali təhsillə əhatə olunması baxımından müsbət qiymətləndirmək olar. Güman edirəm ki, əgər bu addım əsasən təhsilin hamı üçün əlçatan olmasına hesablanıbsa, yəqin ki, bu hazırlıq qruplarında ödənişlərin də əlçatan olması nəzərə alınacaq”.




Загрузка...
Həmçinin oxuyun:
UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

UNİVERSİTETLƏRİN HAZIRLIĞINA QƏBUL QAYDALARI AÇIQLANDI – Müsahibə

Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul qaydaları dəyişdirildi

Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul qaydaları dəyişdirildi

Bu şəxslər qəbul imtahanı vermədən universitetə daxil olacaqlar

Bu şəxslər qəbul imtahanı vermədən universitetə daxil olacaqlar

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Universitetlərdə açılacaq hazırlıq qruplarına qəbulun vaxtı məlum oldu

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Hazırlıq qrupları həm dövlət, həm də özəl universitetlərdə açılacaq

Prezident İlham Əliyev  təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

Prezident İlham Əliyev təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqlədi

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

"Şübhəsiz ki, ali məktəblərin hazırlıq qruplarının yaradılması ödənişlə əlaqədardır"

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

Ali məktəblərdə hazırlıq qrupları: yeni mexanizm nə zaman işə düşür?

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

"Təhsil Qanunu"ndakı dəyişikliklər ekspertlərin gözü ilə...RƏYLƏR

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

DİM-in publik hüquqi şəxsin Nizamnaməsində dəyişikliklər edildi... YENİ SƏLAHİYYƏTLƏR ƏLAVƏ EDİLİB

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Keçid balını toplamayanlar da qəbul olunacaq – Prezident təsdiqlədi

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Nazir hazırlıq qruplarının təşkil olunması barədə məlumatlara münasibət bildirib

Nazir hazırlıq qruplarının təşkil olunması barədə məlumatlara münasibət bildirib

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

Bu həm tələbələr, həm valideynlər, həm də elə universitetlər üçün sərfəli olacaq

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

Növbəti tədris ilində məktəbə hazırlığa cəlb ediləcək 5 yaşlı uşaqların sayı 65 faizə çatdırılacaq

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Hazırlıq kurslarına qəbul abutiriyentləri hərbi xidmətdən azad edəcək?..

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi