AzTehsil.com

Xəbərlər
08 iyun 2017
5 806

Təhsil Nazirliyinin təklifi narazılığa səbəb olub

SSRİ dövründə ali məktəblərdə mövcud olmuş hazırlıq şöbələrinin bərpası barədə qanuna dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmır.

Aztehsil.com xəbər verir ki, Təhsil Nazirliyinin təklif etdiyi dəyişikliklərə əsasən, universitetlərin nəzdində ödənişli hazırlıq şöbələri vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Ölkənin tanınmış ictimaiyyət nümayəndələri, o cümlədən bəzi deputat və təhsil işçiləri hazırlıq şöbələrinin bərpasına qarşı çıxırlar. Onlar hesab edirlər ki, tələbə qəbulunun mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparıldığı indiki şəraitdə hazırlıq şöbələrinin bərpa olunması ölkədə təhsilin səviyyəsini bir az da ucuzlaşdıracaq. 

"Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyev isə Modern.az-a açıqlamasında bu dəyişikliyi yaxşı istiqamətlərdə atılan addım kimi qiymətləndirib: "Mənə elə gəlir ki, bu barədə Təhsil Nazirliyi qərar verib.  Bu çox düzgün qərardır. Çünki gənclər bir il müddətində universitetlərin nəzdində açılacaq hazırlıq kurslarında hazırlaşacaq və həmin istiqamət üzrə təhsillərini davam etdirə biləcəklər. Bundan yaxşı qərar ola bilməz. Orta məktəblərdə məktəbəqədər təhsil müəssisələri var. Bu da hazırlıq rolunu oynayır. "Təhsil haqqında” qanuna gözlənilən dəyişiklik də bunun yuxarı pilləsidir. Bu dəyişiklik təhsilimizin inkişafına yönəlib. Yaxşı təhsil almaq üçün baza olmalıdır. Burada da həmin bazanın təmin olunmasından söhbət gedir”.

Rektor bu dəyişikliyə qarşı çıxan deputatların düzgün fikirləşmədiyini deyib: "Hazırlıq qruplarına tələbə  qəbulunun  test üsulu üzrə  imtahanların nəticələrinə görə aparılması nəzərdə tutulduğu üçün bu qruplarda qəbul zamanı şəffaflıq tam təmin ediləcək. Hazırlıq qruplarında təhsil alanlar bir illik təhsil müddəti başa çatdıqdan sonra yalnız buraxılış imtahanlarını müvəffəqiyyətlə verdikdə ali məktəblərə daxil olmaq hüququ qazana biləcəklər. Ona görə də mən burada hər hansı bir neqativ halların olacağına inanmır”.

Загрузка...
Həmçinin oxuyun:
Bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək

Azərbaycanda ali məktəblərə qəbul qaydaları dəyişdirilir

İkinci dəfə bakalavr imtahanı qərarı təhsil ekspertindən millət vəkilinədək hər kəsi razı salıb

Məktəbəqədər hazırlıq qrupları üçün dərs vəsaitləri artıq Təhsil Nazirliyi tərəfindən təmin edilib

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaqdır

Bir daha MƏKTƏBƏQƏDƏR HAZIRLIQ QRUPLARI haqqında

İmtahandan kəsilən abituriyentlər də tələbə ola bilər - Azərbaycanda ilk

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

ADPU-nun Elmi Şurasının iclası keçirilib

Aprelin 1-dən abituriyentlər üçün ödənişli elektron sınaq imtahanları keçiriləcək

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Tarif Şurası universitetlərə gedən yolu bağladı

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Hazırlıq kurslarına İTTİHAM: “Müəllimləri qeyri-peşəkardırlar”

Rektor etirazçılardan danışdı: “Onlar oxumayan tələbələrdir...”

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması  QAYDALARI

Şagirdin taleyi bir dəfəyə üç saata həll edilə bilməz

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..