Xəbərlər
12 aprel 2017
2560

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Ali məktəblərə ilk qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin sayı açıqlanıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, bu il birinci qəbul imtahanında 65653 abituriyent iştirak edəcək. Onlardan 59425-i Azərbaycan, 6228-si Rus bölməsinin məzunudur. 
 
Aprelin 30-da keçiriləcək II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanında 35 429 abituriyent iştirak edəcək ki, onlardan da 18677-si II (16609-u Azərbaycan, 2067-si Rus bölməsi), 16752-si isə III  (15478-i Azərbaycan, 1274-ü Rus bölməsi) ixtisas qrupu üzrə sənəd verib.
 
Mayın 7-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ilk qəbul imtahanında isə 30224 abituriyentin iştirakı nəzərdə tutulub.
 
Onlardan 25602-si I (23257-si Azərbaycan, 2346-sı Rus bölməsi), 4622-i isə IV (4081-i Azərbaycan, 540-ı Rus bölməsi) ixtisas qrupunu seçib.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...