Nazir: "Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır"
"Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır".
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, bununla bağlı onlara müraciətlər olur:
"Həm mediadan, həm sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu halların hamısı araşdırılır və geridönüş edilir".