Xəbərlər, Müəllim
01 may 2021

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

“Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda panel müzakirəsi keçirilib

 

"Təhsil, innovasiyalar və iqtisadiyyat” mövzusunda təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin iştirakı ilə panel müzakirəsi keçirilib.

Panel müzakirəsində çıxış edən təhsil naziri Emin Əmrullayev təhsil nəticələrinin uzun müddətdə iqtisadi artım tempini müəyyən edən əsas element olduğunu vurğulayıb. Nazir bununla bağlı beynəlxalq qiymətləndirmə tədqiqatlarından nümunələri diqqətə çatdırıb. Bu sahədə Azərbaycanın son illər ərzində uğurlu nəticələrini qeyd edən təhsil naziri eyni zamanda ümumi təhsil müəssisələrində rəqəmsal əhatəni təmin edəcək fiber-optik şəbəkələşmə layihəsindən danışıb. 2021-2025-ci illəri əhatə edəcək bu şəbəkə nəticəsində ölkə üzrə şagirdlərin 75 faizi fiber-optik qoşulma ilə genişzolaqlı internet xidmətindən istifadə edə biləcək ki, bu da təhsildə rəqəmsal əlçatanlılığı artıracaq.

Nazır çıxışında "Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilərək növbəti tədris ilində bu layihəyə 200 min məktəblinin cəlb olunacağını deyib. Həmçinin təhsil naziri kibertəhlükəsizlik üzrə qısamüddətli kursların effektiv nəticə verdiyini bildirib.

Təhsil naziri növbəti tədris ilindən fəaliyyətə başlayacaq SABAH magistraturasında müasir əmək bazarının tələblərinə cavab verən yeni nəsil ixtisas imkanlarından da söz açıb.

Təhsil naziri Emin Əmrullayev hər iki həmkarına bu əhəmiyyətli tədbirə qatıldıqları üçün təşəkkür edib və birgə əməkdaşlığın ümumi məqsədlərə çatmaq istiqamətində vacib həlqə olduğunu vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında dövlət başçısının rəqəmsallaşma, innovasiya sahəsinə xüsusi önəm verdiyini vurğulayıb və bu baxımdan müzakirə olunan layihənin əhəmiyyətini qeyd edib. İnsan kapitalı və müasir innovasiyalar məkanının yaradılması "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in əsas istiqamətlərindəndir. İqtisadiyyat naziri yeni qabaqcıl texnologiyaların sürətli mənimsənilməsi, onların vətəndaşlara və biznes maraqlarına xidmət etməsi üçün həm dövlət qurumlarının, həm də biznesin Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşmalı olduğunu diqqətə çatdırıb. Bu baxımdan rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, dövrün tələblərinə uyğun kadr potensialının formalaşdırılması vacib amillərdəndir. İqtisadiyyatın bütün sahələrində rəqəmsal bilik və bacarıqlara tələb getdikcə artır. Mikayıl Cabbarov innovativ inkişaf üçün nazirliyin üç istiqamətdə fəal iş aparacağını bildirib. Birinci istiqamət dövlət resurslarının bu və digər sahələrə istiqamətləndirilməsinə dəstək verilməsidir. Digər istiqamətlər isə biznes dünyası ilə dialoqun aparılması və özəl sektora dəstəyin göstərilməsi, vergi güzəştlərindən tutmuş, müxtəlif təşviqlərə qədər sistemli yanaşmalar olacaq.

 Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib ki, innovasiyalara aparan yol yalnız təhsil və elmdən keçir. Rəhbərlik etdiyi İnnovasiya İşçi Qrupu çərçivəsində həyata keçirilən işlərdən danışan nazir Azərbaycanda innovasiyaya baxış mövzusunda fikirlərini bölüşüb. "Biz innovativ mühiti üç qatdan ibarət bir piramida kimi təsəvvür edirik. Piramidanın alt, ən zəruri qatını ölkədə sağlam dövlət idarəetmə sistemi təşkil edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bu təməlin möhkəmləndirilməsini təmin etmişdir və bu sahədə islahatlar davam edir. Piramidanın orta təbəqəsi elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır”. Nazir bu baxımdan iki məsələnin vacibliyini vurğulayıb.

"Birincisi, elmi tədqiqatların inkişafıdır. İnnovasiyaya aparan yol ixtiralarla zəngindir” deyən Rəşad Nəbiyev qeyd edib ki, tədqiqatlara qoyulan sərmayə sürətli şəkildə artmalıdır. "Təhsil təkliflərini elmi araşdırmalarla gücləndirmək lazımdır – universitetlərin burada oynayacağı rol əhəmiyyətlidir. İkincisi, elm və texnologiya tutumlu emal sənayesinin inkişafıdır. Davamlı startap ekosistemi piramidanın üst qatını təşkil edir”.

Rəşad Nəbiyev Milli İnnovasiya Strategiyasında bu məsələlərin nəzərə alındığını diqqətə çatdırıb.

Müzakirədə aidiyyəti dövlət qurumları ilə birgə özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edib.

Tədbirin ikinci hissəsi sual-cavab sessiyası ilə davam edib.





Загрузка...
loading...

Həmçinin oxuyun:
“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

“Regional iqtisadiyyat: müasir aspektlər və aktual məsələlər”

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

“Yüksəliş” müsabiqəsi təhsil nazirinin təqdimatında vebinar təşkil edib - FOTO

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Təhsil, innovasiya və sağlam həyat tərzi üzrə işçi qruplar yaradıldı

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

Yeni məzmunlu magistr proqramları hazırlanıb – Emin Əmrullayev

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Təhsil naziri Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə çıxış edib

Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüşüb

Təhsil naziri “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüşüb

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüş keçirdi

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

“Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti”

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

“Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar” mövzusunda konfrans

"Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər" mövzusunda konfrans

"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda konfrans

“Kreativ Azərbaycan” portalının təqdimatı

“Kreativ Azərbaycan” portalının təqdimatı

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

“Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans

Təhsil naziri:

Təhsil naziri: "Beynəlxalq İnformatika Olimpiadası İT sənayesinin inkişafına töhfə verəcək"

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

Deputat yeni təhsil nazirindən gözləntilərini açıqladı

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Mikayıl Cabbarov Misir Mərdanovun nazir olduğu dövrdəki fəaliyyəti tənqid edib

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..