AzTehsil.com
RU


Cəmiyyət
18 dekabr 2024
59


Polis Akademiyasına qəbul üçün müsabiqə elan olunub




Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsilə III qrupdan "Hüquqşünaslıq" ixtisasına 500, I qrupdan "İnformasiya təhlükəsizliyi" ixtisasına 25 kursantın qəbuluna dair müsabiqə elan edir.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16-dan 18-dək, 11-ci sinifdə oxuyan, və ya tam orta təhsilli, həqiqi hərbi xidmətə yararlı olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

Xüsusi təyinatlı təhsil müəssisəsinə sənədlərin qəbulu 2025-ci il fevralın 23-dək namizədin daimi qeydiyyatda olduğu yer üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

"Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisas fənləri üzrə müsabiqədən keçən abituriyentlərin siyahısı Dövlət İmtahan Mərkəzinə göndərilir.

İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Seçilən abituriyentlərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında müqavilə bağlanır.

Tədris Azərbaycan dilindədir, müddəti 4 ildir.

Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, Akademiyanın ərazisində yerləşən müasir standartlara tam cavab verən yataqxanada yaşayırlar.

Məzunlara "Hüquqşünaslıq" və "İnformasiya təhlükəsizliyi" ixtisasları üzrə "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Qəbul qaydaları haqqında daha ətraflı məlumatları (012)-590-97-76, (012) 454-12-78, nömrəli telefonlar, habelə Polis Akademiyasının 8880 qaynar xətti vasitəsilə və ya www.mia.gov.az, www.pa.edu.az internet saytlarından, Polis Akademiyasının rəsmi "İnstagram" və "Facebook" sosial şəbəkələrindən əldə edə bilərsiniz.





Загрузка...
Həmçinin oxuyun:
Polis Akademiyasına 150 kursantın qəbulu üçün müsabiqə elan olundu

Polis Akademiyasına 150 kursantın qəbulu üçün müsabiqə elan olundu

Polis Akademiyasına kursant qəbulu – ELAN

Polis Akademiyasına kursant qəbulu – ELAN

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

DİN əyani təhsil üzrə kursantların qəbulunu elan edir

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Yeni qrup yaradılacaq

Yeni qrup yaradılacaq

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Məktəblərdə kargüzarlıq işinin aparılması qaydaları..

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Azərbaycanda universitetlərə bərpa olunma qaydaları dəyişdi

Azərbaycanda universitetlərə bərpa olunma qaydaları dəyişdi

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

2017-2018  Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların  işə qəbulu və yerdəyişməsi   QAYDALARI

2017-2018 Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi QAYDALARI