I və IV qrupların cavabları bu tarixdə elan olunacaq
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində qəbul imtahanının nəticəsini həftənin çərşənbə günü - 11 iyun tarixində elan etdi. I və IV qruplar üzrə qəbul imtahanı üçün iyunun 1-də keçirilib.
AzTehsil.com xəbər ki, I və IV ixtisas qrupları üzrə nəticələrin də bu həftə ərzində açıqlanması gözlənilir.
Nəticələrin dəqiq hansı gün elan ediləcəyi hələlik bəlli olmasa da, prosesin 20 iyun - cümə gününə qədər yekunlaşacağı ehtimal edilir.
Məlumat üçün bildirək ki, illərin təcrübəsinə əsasən qəbul imtahanlarının nəticələri təxminən 14 gün ərzində açıqlanıb. Lakin bu il iyunun 16-sı - bazar ertəsi qeyri-iş günü vaxtından bir qədər gecikməsi mümkündür. Bu II və III qrupların nəticələrindən fərqli olaraq, I və IV qrupların nəticələrinin 4-cü gün elan edilməsi istisna edilmir.