Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA
"Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Onun sözlərinə görə, fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü olacaq:
"Azərbaycanda insanlar bayramdan bir gün əvvəl dünyasını dəyişən yaxınlarının qəbri üstünə gedirlər. Buna görə də martın 20-də, yəni bayram axşamı günündə insanlar dünyasını dəyişənlərin qəbri üstünə gedəcəklər. Martın 21-də isə səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək”.
A.Əhmədli qeyd edib ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir: "Bu hadisə qərinədə bir dəfə olur. Sonuncu dəfə 2008-ci ildə ilaxır çərşənbə ilə bayram günü üst-üstə düşüb. Bu il ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi ilaxır çərşənbənin bayram əhval-ruhiyyəsini zəiflətmir, əksinə daha da gücləndirir”.
Fevralın 20-dən "kiçik çilə”nin başa çatdığını və "Boz ay”ın başladığını xatırladan A.Əhmədli bildirib ki, "Boz ay” 4 çərşənbədən ibarətdir: "Bəzi alimlər Novruz çərşənbələrinin sayının 7 – Su çərşənbəsinə qədər 3 yalancı çərşənbənin olduğunu bildirirlər. Amma Azərbaycanda dövlət səviyyəsində 4 əsas çərşənbə qeyd edilir. Bunlar dünyanın yaranışı üçün vacib olan 4 əsas ünsürdür”. (trend)

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

20-22 yanvar günləri iş olacaqmı?

Martın 16-da Balakən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Novruz bayramı münasibətilə şənlik keçirilib

Təhsil Nazirliyi məktəblilərin qış tətilini açıqladı - 5 gün olacaq

ADU-da Novruz bayramı qeyd olunub

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

4 gün iş olmayacaq

ŞAD XƏBƏR! Martda 15 gün istirahət edəcəyik

Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür

Mart ayında 8 gün qeyri-iş günü olacaq

Ötən ay Təhsil Nazirliyinə 27 minə yaxın müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 20 mindən çox müraciət daxil olub

Bir həftə qeyri-iş günü olacaq

İyulda Təhsil Nazirliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

İnternat məktəbində bayram şənliyi keçirilib

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Ağstafada Novruz bayramı münasibətilə tədbir keçirilib

Balakən şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə şənlik keçirilib

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Ramazan tətili başlayır

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?