Xəbərlər / Valideyn / Abituriyent
01 iyun 2020
2 341


Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsinə başlanılır

 

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər,  imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz
 
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcəkdir. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcəkdir. 

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcəkdir.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s.  ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar. 
 
İmtahanın keçirilmə tarixi

İmtahan keçiriləcək şəhər (rayon)

İmtahanda iştirak etməli olan kontingent və imtahanların növləri

6 iyun 2020

Qaradağ (Bakı), Şirvan

1.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı;

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 

3.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Bərdə*(I hissə)

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

6 iyun 2020

Siyəzən, Xızı

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı

6 iyun 2020

Xətai (Bakı),Sumqayıt*(I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar

1.      Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı  

6 iyun 2020

Cəlilabad, Qobustan

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 

6 iyun 2020

H.Əliyev adına hərbi lisey və C.Naxçıvanski adına hərbi lisey

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 


7 iyun 2020

 

Pirallahı (Bakı)

1.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş cari və əvvəlki il məzunları üçün qəbul imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı


7 iyun 2020

 

Mingəçevir, Samux, Naftalan, Neftçala, Hacıqabul, Tərtər.

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı; 

3.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı


7 iyun 2020

 

Ağdam, Füzuli

1.      Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə sənəd vermiş əvvəlki il məzunları üçün qəbul imtahanı


7 iyun 2020

Nərimanov (Bakı), Abşeron*(I hissə), Ağstafa, Qəbələ, Masallı, Kürdəmir, Şabran

1.      Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı; 

2.      Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı

7 iyun 2020

Ağsu 

Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı 

Qeydlər:

-       Sumqayıt şəhəri və Abşeron rayonunda 9 və 11, Bərdə rayonunda isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb.

-       Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

-       Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.

-       İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır

İmtahanların siyahısı

İmtahanların siyahısı

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Keçiriləcək imtahanların tarixləri haqqında məlumat

Azərbaycan dili fənni üzrə imtahanın keçirilməsi qaydaları

Azərbaycan dili fənni üzrə imtahanın keçirilməsi qaydaları

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

Buraxılış imtahanından çıxarılan mövzuların siyahısı açıqlandı

Buraxılış imtahanından çıxarılan mövzuların siyahısı açıqlandı

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Əvvəlki ilin məzunları üçün buraxılış imtahanı nə zaman keçiriləcək?-DİM

Əvvəlki ilin məzunları üçün buraxılış imtahanı nə zaman keçiriləcək?-DİM

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olundu

İyunun 30-da keçirilən imtahanların nəticələri elan olundu

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

Orta məktəbi Azərbaycanda oxuyan xarici vətəndaşlar qəbul imtahanını necə verəcəklər? –RƏSMİ CAVAB

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

2019-cu ilin ilk yarısında keçiriləcək bəzi imtahanların tarixləri - TƏQVİM

DİM-in 2018-ci ildə keçirəcəyi imtahan vaxtları məlum oldu

DİM-in 2018-ci ildə keçirəcəyi imtahan vaxtları məlum oldu

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

IX sinfi əvvəlki illərdə bitirənlərin kolleclərə qəbul qaydaları -RƏSMİ

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

20 min abituriyent ali məktəblərə qəbul imtahanı verir

20 min abituriyent ali məktəblərə qəbul imtahanı verir

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

DİM kolleclərə qəbul olmaq istəyən cari ilin məzunlarına müraciət edib

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul imtahanının yeni qaydaları - CƏDVƏL

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ