AzTehsil.com

Xəbərlər / Digər Elan / Cəmiyyət / Abituriyent / Ekspert / Manşet / Bölgə / Kurslar
16 iyun 2025
1 277

Rayon qızları paytaxtda oxumağa üstünlük verirlər - SƏBƏB?



Rayon qızları evin 3 addımlığındakı universitetdə niyə oxumaq istəmir?  AzTehsil.com xəbər verir ki,“Rayonlardakı ali təhsil müəssisələrini seçən abituriyentlər, adətən, daha aşağı balla universitetə qəbul olunanlar olur".O, Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-2025-ci tədris ili üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunanlara dair statistikanı şərh edib. Həmin statistikaya əsasən, tələbələrin 82.24%-i (22.769 nəfər) Bakıdakı universitetlərə və yalnız 17.76%-i (4.918 nəfər) regionlardakı ali məktəblərə üz tutub.Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 84.96% (22 127 nəfər) və 15.04% (3 916 nəfər) olub.Regionlardakı ali təhsil müəssisələrinə maraq niyə yoxdur? Rayondan gələn oğlan və qızlar niyə məhz Bakıda təhsili üstün tutur? Axı rayon seçimi həm də kirayə, nəqliyyat və s. xərclərin azlığı mənası verir."Bu tendensiyanın formalaşmasında bir neçə mühüm faktor var. Əvvəla, abituriyentlərin bir hissəsi, xüsusilə, qızların valideynləri onları yaxın məsafədə olan təhsil müəssisələrini seçməyə təşviq edir. Onları gözündən iraq salmaq istəməyən böyüklərlin dəlillərə sosial-iqtisadi şərtlər də əlavə olunur. Ailələr övladının təhsil xərclərini minimumda endirmək, onların yaşayış şəraitini nəzarətdə saxlamaq və əlavə (kirayə, nəqliyyat, yemək və s.) xərclərdən yayınmaq məqsədilə rayon universitetlərinə üstünlük verə bilirlər.Bundan əlavə, rayonlardakı ali təhsil müəssisələrində plan yerlərinin, xüsusilə də ödənişli təhsil formalarının sayının az olduğundan bu universitetlərin ümumi sayı və potensialı şəhərlərdəki ali məktəblərlə müqayisədə xeyli aşağıdır. Şəhər universitetləri həm tələbə sayı, həm də təhsil imkanları baxımından daha geniş spektrə malikdir. Plan yerlərinin, xüsusilə də dövlət hesabına maliyyələşdirilən yerlərin əksəriyyəti paytaxt universitetlərinə ayrılır. Bu isə avtomatik olaraq şəhər universitetlərinin daha çox seçim imkanı və rəqabət üstünlüyü qazandırır”.C. İmanlı qeyd edib ki, məsələ yalnız sosial səbəblərlə məhdudlaşmır:“Paytaxt universitetləri ilə bölgə universitetləri arasında təhsil səviyyəsi baxımından ciddi fərqlər mövcuddur. Bu fərqlər həm maddi-texniki baza, həm də akademik heyətin, yəni müəllimlərin elmi dərəcəsi, təcrübəsi və tədris metodları baxımından nəzərəçarpacaq dərəcədədir.Paytaxt universitetlərində laboratoriyalar, kitabxanalar, beynəlxalq layihələr, xarici dillərdə tədris imkanları və digər müasir təhsil resursları daha inkişaf etmiş şəkildə təşkil olunub. Bu isə təbii olaraq, abituriyentlər və onların ailələri tərəfindən keyfiyyətli təhsil əldə etmək üçün mühüm amil kimi qiymətləndirilir.Demək olar ki, rayon universitetlərini seçən abituriyentlərin bir hissəsi məcburiyyət qarşısında bu seçimi edir: ya aşağı bal topladığı, ya da sosial və ailəvi səbəblərı görə. Lakin bu vəziyyət ölkədə təhsil bərabərliyinin və regional ali təhsil müəssisələrinin inkişafının zəruriliyini bir daha ön plana çıxarır. Rayondakı universitetlərin maddi-texniki imkanlarının genişləndirilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin artırılması və keyfiyyətli təhsilin bölgələrdə də əlçatan olması üçün dövlət səviyyəsində davamlı islahatlara ehtiyac var”. Xatırladaq ki mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Cahid İmanlı deyib.



Həmçinin oxuyun:
İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Ucqar kəndi seçən gənc müəllim "Kənd insanları çox istiqanlı və səmimidirlər"

Oxumaq hələ öyrənmək deyil, oxumadan da öyrənmək mümkün deyil….

Oxumaq hələ öyrənmək deyil, oxumadan da öyrənmək mümkün deyil….

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Nadir İsrafilov:  Oxumaq savad sayılmır, bilmək savad sayılır

Nadir İsrafilov: Oxumaq savad sayılmır, bilmək savad sayılır

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Yüksək balla kənd məktəbini seçən gənc müəllim

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Bu məsələdə bir xeyli həssas davranmaq lazım gəlir

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Şagirdləri imtahanlarla yükləməkdən imtina etmək lazımdır

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Uşaqları dərs oxumağa həvəsləndirən 6 qayda

Uşaqları dərs oxumağa həvəsləndirən 6 qayda

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Ali məktəbələrə və kolleclərə sənəd qəbulu QAYDALARI açıqlandı

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə

Başa vurduğumuz il təhsil ictimaiyyətinin gözü ilə