AzTehsil.com


Xəbərlər / Müəllim
03 mart 2022
2 658


Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.




Qarşıdan 8 Mart – Beynəlxalq Qadınlar Gününə cəmi 5 gün qaldı. Hər il bu ərəfədə pedaqoji heyətin əksər hissəsini təşkil edən xanım müəllimləri təbrik etmək üçün pul yığılması məsələsi gündəmə gəlir. 


Müəllimlərin 8 Martını təbrik etmək üçün valideyn komitələri daha da fəallıq göstərərək pul toplamağa başlayırlar. Müəllimi təbrik edib özünün və övladının yerini “şirin salmağa” çalışan bir çox valideyn sözsüz-söhbətsiz bu prosesdə iştirak edir. Ancaq digərlərindən geri qalmamaq üçün məcbur qalıb deyilən məbləğı verənlər də az deyil. Yığılan məbləğin miqdarı isə məktəbə görə fərqlənir. Şəhərin mərkəzində fəaliyyət göstərən məktəblərdə digər ümumtəhsil müəssisələri ilə müqayisədə yığılan pulun miqdarı daha çox olur.

Mövzu ilə bağlı Bakupost.az -a danışan valideyn Çimnaz Əliyeva deyir ki, əvvəllər müəllimin 8 Martını bir buket güllə təbrik edəndə çox sevinərdi. Ancaq indi dövr dəyişib, daha müəllimləri gül-çiçəklə sevindirmək mümkün deyil. Bəzi müəllimlər güldənsə, hədiyə və ya pulu üstün tutur:

“Müəllim 8 Martda valideynlərdən pul tələb etmək fikrində olsa belə, bunu onların yanında dilinə gətirməyə çəkinir. Sözünü valideyn komitəsinə deyir. O da başlayır valideynlərdən bayram pulu toplamağa. Valideyn komitəsi də çalışır ki, valideynlərdən daha çox məbləğ toplasın. Valideyn komitəsi elə bir ortam yaradır ki, hətta maddi imkanı aşağı olan valideyn belə məcbur qalıb pul tapıb gətirir. Çünki təbrik üçün pul verməyən valideynin adı müəllimə deyilir. Bu zaman da müəllim çox vaxt sözügedən valideynə, onun övladına soyuq münasibət göstərir. Mən valideynlərdən məcburi pul yığılmasının tərəfdarı deyiləm. Müəllimi təbrik etmək məcburi yox, könüllü şəkildə olmalıdır. Müəllimlər 8 Mart üçün pul yığılması işini valideyn komitəsinə həvalə edir. O da canla, başla bu işi görür. Valideyn komitəsi də valideynlərdən ibarətdir. Onlar bu işə qol qoymamalı, dəstək verməməlidir. Ancaq əksinə olaraq valideyn komitələri bu prosesdə daha fəal iştirak edir. Sonradan da məktəbdə rüşvət var, müəllim pul istəyir deyib hər yerdə danışırlar”.


Valideyn Əminə Xəlilovanın sözlərinə görə, bəzən müəllimlər 8 Mart hədiyyəsi tələb etməsələr də, valideynlər özləri verir:

“Sinifdə 4-5 valideyn bu işi təşkil edir. Bu işdən digərləri də geridə qalmaq istəmir, imkan daxilində təbrik etməyə çalışırlar. Müəllim ondan tələb etsə də, etməsə də vermək istəyir. Müəllim üçün 8 Mart hədiyyəsi olaraq pul yığılır. Bəzi valideynlər özləri pul vermək üçün təşəbbüs göstərirlər. Bu prosesdə iştirak etmək istəməyən valideyn bir növ məcbur edilmiş olur. Uşağı seçilməsin deyə hardansa pul tapmağa məcbur qalır. Valideyn komitəsinin rəhbəri pul yığarkən, valideynlərə deyir ki, siyahı tuturlar və siyahını axırda müəllimə təqdim edirlər. Ona görə də hamı çalışır ki, o siyahıda adı olsun”.


Valideyn Şəms Qurbanova bildirib ki, bu gün ölkədə peşəsinə vicdanla yanaşan minlərlə müəllim var. Şagird onu təbrik etsə də, etməsə də o öz işini layiqincə yerinə yetirir: “Mən hesab edi­rəm ki, 8 Mart qadınların bayramıdır. Müəllim də qadındırsa onu təbrik etmək valideyn kimi əksəriyyətimizin ürəyindən keçir. Əgər mən övladıma təhsil verən, bilik öyrədən müəllimə təşəkkür etmək, onu bayramını təbrik etmək istəyirəmsə, bunun nəyi pisdir? Müəllimə gül-çiçək hədiyyə etmək ən yaxşı adətdir. Ancaq gül solub gedəcək. Ondansa müəllimə başqa hədiyyə verilməsini tərəfdarıyam. Təbii ki, bu hədiyə hər valideynin büdcəsinə uyğun olmalıdır. Bu, bir gül buketi, ətir, hətta kitab da ola bilər. Ancaq bu hədiyyə dəyəri yüksək olan hədiyyələr, qızıl, gümüş, müəyyən məbləğdə pul səviyyəsində olmamalıdır. Elə olmalıdır ki, hədiyyəni alan müəllim də razı qalsın, valideynin özü də”.


11-ci sinif şagirdi İsfəndiyar Bayramov deyir ki, o hər il 8 Martda sinif rəhbərini təbrik edir: “Mənim sinif rəhbərim sözün əsil mənasında çox yaxşı müəllimdir. Bizim sinifdə oxuyan bütün şagirdlərin bilikli, savadlı şagird kimi yetişməsi üçün əlindən gələni edir. Mən də hər il 8 Mart zamanı öz istəyimlə, böyük məmnuniyyətlə bir buket gül alıb müəllimimi təbrik edirəm. Fikrimcə, öz peşəsini vicdanla yerinə yetirən, şagirdinə övladı kimi yanaşıb onun yüksək səviyyədə təhsil alması üçün çalışan müəllimə şagird və ya valideyn hörmətini, sevgisini ifadə etmək istəyirsə burada qəbahətli heç nə yoxdur”.

Təhsil Eksperti Nadir İsrafilovun sözlər­inə əsasən, demək olar ki, hər il 8 Mart yaxınlaşanda məktəblərdə müəllimlərə hədiyyə almaq üçün pul yığılması barədə sosial şəbəkələrdə geniş məlumatlar yayılır, çoxsaylı müzakirələr açılır. Bu, sanki, artıq bir ənənə halını alıb. Hətta iş o yerə çatır ki, hər 8 Mart qabağı Təhsil Nazirliyi ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunmasının yolverilməz olduğu, əgər belə fakt olsa, valideynlərin Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə müraciət etmələri barədə tövsiyə vermək zərurəti qarşısında qalır: “Əlbəttə, söhbət təkcə 8 Mart - Beynəlxalq Qadınlar Günündən getmir. İstər qadınlar günü olsun, istər müəllim günü, istərsə də hər hansı bir müəllimin ad günü və ya digər əlamətdar bir hadisə - məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, hər hansı bir formada vəsait toplanması birmənalı şəkildə yolverilməzdir. Bu məktəbin, müəllimin adına başucalığı gətirmir. Lakin hansısa bir məktəbdə, hansısa bir məqsədlə, kim və ya kimlərsə tərəfindən pul yığılması faktını bütövlükdə məktəbin, müəllimin adına ümumiləşdirmək – bax bu yolverilməzdir. Biz hər hansı bir əlamətdar hadisə ilə əlaqədar əzizlərimizi, yaxınlarımızı, bir sözlə özümüzə doğma saydıqlarımızı bu və digər şəkildə təbrik edirik. Bu istər adi gül dəstəsi olsun, istərsə də hansısa bir hədiyyə. Elə isə, hansısa valideynin və ya şagirdin özünə doğma saydığı müəllimini təbrik etməsi, ona hörmət və say­ğısını bildirməsi niyə bu qədər qınaq obyektinə çevrilməlidir – bax bu başa düşülən deyil. Hansı qanun min bir əzaba qatlanaraq ömrünü-gününü hər bir nazını çəkərək, fiziki sağlamlığı hesabına övladlarımızın təlim-tərbiyəsinə həsr edən müəllimi təbrik etməyi qadağan edir...?”.

Ekspertin sözlərinə görə, kimin də olmasa, məhz müəllimin təbrikə böyük ehtiyacı var: “Gəlin, bu məsələni problemə çevirməyək, müəllimin üstünə bu dərəcədə getməyək. İstənilən formada təbrik müəllim üçün mənəvi qidadır, ona göstərilən diqqətdir, qayğıdır, sayğ­ıdır. Lakin, hansısa direktorun, onun müavininin, sinif rəhbərinin və ya valideyn komitəsinin müəllimi təbrik etmək adına pul yığması-bu, artıq müəllim adına böyük ləkədir və qətiyyətlə pislənilməlidir”.

  


Təhsil eksperti Elşən Qafarov deyir ki, məktəblərdə ayrı-ay­rı bayramlar zamanı valideynlərin müəllim adına pul yığması ilə bağlı müəyyən fa­ktlar olub. İndi də var. Baxmayaraq ki, Təhsil Nazirliyi hər zaman elan edir ki, məktəblərdə pul yığ­ılması ilə bağlı cid­di mübarizə aparılır:



“Burada məsələnin əsas mahiyyətu nədən ibarətdir. Heç də bütün məktəblərdə bu hallar rast gəlinmir. Bizim korrupsiya hallarına yol verməyə­n, vicdanla işləyən məktəb rəhbərlərimiz çoxdur. Amma pul yı­ğılan məktəblərə qar­şı mavafiq tədbirlər görülmədiyindən nət­icə etibarilə bu büt­ün təhsilə və məktəb­lərə şamil olunur. Diqqət etsək görərik ki, pul yığılması, korrupsiya, rüşvət ha­llarına yeni təyin olunan xanım direktor­ların rəhbərlik etdi­yi məktəblərdə müşah­idə olunur”.

Ekspert bildirib ki, paytaxt üzrə 316 orta məktəb var. Əgər bu məktəblərin 50-də pul yığılması faktı varsa bu, ümumilikdə bütün paytaxt məktəblərinin, ölkə təhsilinin ayağına yazılır: “Düşünürəm ki, təhsil müəssisələrindəki korrupsiya hallarına qarşı daha sərt tədbirlər görülməlidir. Pul yığan məktəb direktorunun ərizəsinin alınması ilə kifayətlənməməli, korrupsiyaya yol verən məktəb rəhbərinin bu əməlinə hüquq-mühafizə orqanları səviyyəsində qiymət verilməlidir. Bu qanunsuz əməllərə görə ən azı 20 direktor və eyni sayda da direktor müavini həbs olunmayınca məsələ düzələn deyil. Bu kimi halların aradan qaldırılması üçün müəyyən qaydalar işlənib hazırlanmalıdır. Bu qaydaları pozan məktəb rəhbərləri isə hüquq-mühafizə orqanlarına tərəfindən ciddi cəzalandırılmalıdır”



Təhsil Nazirliyindən bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir və qəti qadağandır: “Təhsil müəssisələrində birmənalı olaraq hər hansı ödənişin aparılması, vəsait tələb olunması qanunla qadağandır. Eyni zamanda təhsil mühitinin tələblərinə ziddir. 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xoşagəlməz hallara qarşı müəllimlər, valideynlər və ümumilik­də cəmiyyət birgə mübarizə aparmalıdır”




Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Məktəblərdə valideyn komitələri valideyinlərdən 30-40 manat pul yığır? – Müəllimlər günü “həyəcanı”

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək – 8 Mart hazırlıqları Whatsapp qruplarında

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

Emin Əmrullayev: “Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir”

BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

BŞTİ məktəblərdə pul yığılması iddialarına münasibət bildirib

Liseydə şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb

Liseydə şagirdlərdən 50 manatdan pul yığılması ilə bağlı iddia yayılıb

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Məktəblərdə Yeni il şənliyi üçün pul yığılması yolverilməzdir - BŞTİ

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

Təhsil Nazirliyindən 8 mart XƏBƏRDARLIĞI

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

"Müəllimlər Günü ilə əlaqədar pul yığılması hallarına rast gəlinərsə..."

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva müəllimləri təbrik etdi

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Məktəblərdə ön partada oturmaq üçün şagirdlərdən 200 manat tələb edilir -RƏSMİ AÇIQLAMA

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Elşən Qafarov :Təhsil naziri  insanları təşvişə salacaq elə bir söz deməyib.

Elşən Qafarov :Təhsil naziri insanları təşvişə salacaq elə bir söz deməyib.

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

“Məktəb direktorları vəzifəli şəxslərə söykənərək özbaşınalıq edirlər”

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Deputatla direktor məktəbdə pul yığımının əsas günahkarı kimi valideyn və müəllimləri suçladı

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

Məktəbin, müəllimin müdafiəsinə qalxanı, dərhal məsxərəyə qoyuruq…

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Mikayıl Cabbarov müəllimləri təbrik etdi

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Məktəblərdə köhnə miras - “Valideyn-Müəllim Assosiasiyaları” kimlərə xidmət edir...

Təhsil naziri müəllimləri təbrik edib

Təhsil naziri müəllimləri təbrik edib

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Bakıda direktorlar iclasa başladı – Bir həftədir nə axtarırlar?

Mehriban Əliyeva uşaqları belə təbrik etdi

Mehriban Əliyeva uşaqları belə təbrik etdi

Təhsil naziri müəllimləri təbrik etdi-Foto

Təhsil naziri müəllimləri təbrik etdi-Foto