Gəncə Cihazqayırma Zavodunda ATU-nun kafedra filialı fəaliyyətə başlayıb
Azərbaycan Texnologiya Universitetinin (ATU) Gəncə Cihazqayırma Zavodunda (GCZ) kafedra filialı fəaliyyətə başlayıb. Zavodda ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının filialının açılış mərasimi keçirilib. Universitetdən verilən məlumata görə, tədbirdə ATU-nun rektoru Yaşar Ömərov və GCZ-nin direktoru Ayət Bağırov iştirak edib, onlar açılış lentini kəsdikdən sonra kafedra filialında yaradılan şəraitlə - tədris və praktik imkanlarla tanış olublar.
AzTehsil.com - Bildirilib ki, tərəflər arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin istehsalat təcrübələri, elmi-tədqiqat işləri və gələcəkdə birgə layihələrin reallaşdırılması istiqamətində fəaliyyətlər davam etdiriləcək.
Yeni kafedra filialının açılmasında məqsəd tələbələrin nəzəri biliklərini istehsalat mühitində tətbiq etməsinə, praktiki bacarıqlarını inkişaf etdirməsinə və universitet–sənaye əməkdaşlığının möhkəmləndirilməsi təmin etməkdir.