I ixtisas qrupu üzrə sənəd qəbulu qaydaları dəyişir
Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir.
Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.
Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.
İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.
Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.
Riyaziyyat-kimya (RK) altqrupu Riyaziyyat-informatika (Rİ) altqrupu
1 2
1. Fizika müəllimliyi 1. İnformatika müəllimliyi
Riyaziyyat müəllimliyi
Texnologiya müəllimliyi
2. Riyaziyyat və informatika müəllimliyi
4. Fizika 3. Kompüter elmləri
5. Geologiya 4. İnformasiya təhlükəsizliyi
Mexanika
Riyaziyyat
Aerokosmik mühəndislik
Aqromühəndislik
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyi
Mexatronika və robototexnika mühəndisliyi
Aviasiya təhlükəsizliyi mühəndisliyi
Cihaz mühəndisliyi
Dəniz naviqasiyası mühəndisliyi
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Sistemlər mühəndisliyi
Ekologiya mühəndisliyi
Elektrik və elektronika mühəndisliyi
Energetika mühəndisliyi
Gəmi energetik qurğularının istismarı mühəndisliyi
Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
Geologiya və geofizika mühəndisliyi
Geomatika və geodeziya mühəndisliyi
Hava nəqliyyatının hərəkətinin təşkili
Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
İnşaat mühəndisliyi
Kimya mühəndisliyi
Kommunikasiya sistemləri mühəndisliyi
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Maşın mühəndisliyi
Materiallar mühəndisliyi
3
1 2
28. Mədən mühəndisliyi
29. Meliorasiya mühəndisliyi
30. Memarlıq*
31. Metallurgiya mühəndisliyi
32. Mexanika mühəndisliyi
33. Mühəndis fizikası
34. Neft-qaz mühəndisliyi
35. Nəqliyyat mühəndisliyi
36. Nəqliyyat tikintisi mühəndisliyi
37. Qida mühəndisliyi
38. Radiotexnika və telekommunikasiya
mühəndisliyi
39. Şəhərsalma
40. Sənaye mühəndisliyi
41. Uçuş mühəndisliyi
42. Yanğın təhlükəsizliyi mühəndisliyi
43. Aqronomluq
44. Balıqçılıq
45. Meşəçilik
46. Şərabçılıq
47. Torpaqşünaslıq və aqrokimya
48. Yerquruluşu və daşınmaz əmlakın
kadastrı
Zoomühəndislik
Hərbi kompozisiya materialları mühəndisliyi
51. Hərbi rabitə vasitələri mühəndisliyi
52. Optotexnika mühəndisliyi
53. Pirotexniki və partladıcı vasitələr
mühəndisliyi
54. Sərhəd təhlükəsizliyi və idarəetmə
55. Silah və silah sistemləri mühəndisliyi