Azərbaycan məktəbliləri beynəlxalq müsabiqədə yüksək nəticə qazanıb
19-21 noyabr 2025-ci il tarixlərində Qazaxıstan Respublikasının Astana şəhərində MDB-yə üzv dövlətlərin gəncləri arasında “MDB üçün 100 ideya” adlı beynəlxalq layihələr müsabiqəsi keçirilib.
AzTehsil.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Müsabiqəyə 8 MDB ölkəsindən “İT sahəsi”, “Tibb və səhiyyə”, “Təhsil”, “Təbii ehtiyatlardan rasional istifadə” və “Sosial sahə” nominasiyaları üzrə 50 iş təqdim olunub, onlardan 12 layihə ən yaxşı işlər sırasında yer alıb.
Tədbirdə ölkəmiz 9 məktəblinin və bir dərnək rəhbərinin müəllifi olduğu 9 layihə ilə təmsil olunub.
![]()














