AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə / Şagird
02 noyabr 2025
1 049

Şagirdlərə də qırmızı kart göstərək? - Fotolar



Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 3 №-li tam orta məktəbdə şagirdlərin davranış və dərs nailiyyətlərinin sarı, qırmızı və yaşıl kartlarla qiymətləndirilməsi valideynlərin narazılığına səbəb olub. 


AzTehsil.com xəbər verir ki, bu barədə qafqazinfoya bir qrup valideyn müraciət edib.Onların sözlərinə görə, bu metod məktəb direktoru tərəfindən valideynlərə göndərilib: “Bəlkə də yaxşı tərəfləri var, ancaq uşaqların düşüncəsi ilə yanaşdıqda bu, onlarda psixoloji gərginlik və motivasiya itkisinə yol aça bilər. “Qırmızı kart” alan şagirdlər sinif yoldaşları qarşısında fərqləndirildiyi üçün özlərini təhqir olunmuş kimi hiss edir, nəticədə dərsə maraqları azalır. 


Məsələn qırmızı vizual kart ən aşağı qiymətləndirmədir və üzərində bu sözlər yazılıb: “Sənin davranışın məktəb qaydalarına ciddi zidd olub. Bu kart intizam komissiyasında müzakirə olunacaq məsələdir. Unutma: səhv etmək insani haldır, amma onu təkrarlamamaq məsuliyyətli addımdır.”


Bundan sonra valideynin həmin kartı imzalaması üçün xana var. Axı bu metod uşaqlar arasında xüsusən ibtidai sinif mərhələsində özünəinamın zəifləməsinə və sosial təcrid hissinə səbəb ola bilər!”




Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, ümumi təhsil müəssisəsinin daxili intizam qaydaları pedaqoji şurada müzakirə edildikdən sonra müəssisə rəhbərinin əmri ilə təsdiq edilir, həm şagirdlər, həm də valideynlər intizam qaydaları ilə tanış edilir: “Bir çox təhsil müəssisəsində ötən iki ildə tətbiq edilmiş “virtual kart”lar hazırda demək olar ki, bütün təhsil müəssisələrinin intizam qaydalarında təsbit edilib. Burada məqsəd şagirdlərdə intizam, sosial məsuliyyət, davranış mədəniyyəti formalaşdırılmasına dəstək vermək, məktəbdə sağlam mühit formalaşdırmaqdır. Tətbiq olunan virtual sarı və qırmızı kartlar cəza vasitəsi deyil — bu mexanizm intizam pozuntularının qeydiyyatı, təhlili və şagirdlərə vaxtında pedaqoji-psixoloji dəstəyin göstərilməsi üçün nəzərdə tutulub.


Şagird İntizam qaydalarına əsasən:


Sarı kart – xəbərdarlıq xarakteri daşıyır və davranışın korreksiyasına yönəlib;


Qırmızı kart – təkrarlanan və ciddi intizam pozuntuları zamanı tətbiq olunur; 


Yaşıl kart – müsbət davranış və nailiyyətləri stimullaşdırmaq məqsədilə verilir.


Virtual kartların tətbiqi şagirdlərin davranışlarını izləməyə, vaxtında fərdi və psixoloji dəstək göstərməyə, eləcə də təhsilalanlarda müsbət davranış vərdişlərini möhkəmləndirməyə imkan yaradır.

Valideynləri övladlarının təhsil aldığı məktəbdə virtual kartların tətbiqi mexanizmi ilə yaxından tanış olmağa, təşəbbüsü dəstəkləməyə dəvət edirik”.Fidan Etibar Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub. 



Həmçinin oxuyun:
"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilindəki bu sözlərin yazılışı dəyişəcək- TAM SİYAHI

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

Azərbaycan dilinin Orfoqrafiya Normaları açıqlanıb

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Zalda hər tələbə üçün xüsusi ofis yaradılıb..Dünyanın ən maraqlı altı məktəbi- FOTOLAR

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılmalıdır? - CƏDVƏL

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Motivasiya və onun təlimdə rolu

Motivasiya və onun təlimdə rolu

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi necə aparılır.

Tərbiyənin metodları

Tərbiyənin metodları

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Məktəblərdə İntizam Şurası: Nə dəyişəcək, necə dəyişəcək?

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəblilər üçün yeni dərs vəsaiti  - " Yaşıl paket"in təqdimatı keçirilib

Məktəblilər üçün yeni dərs vəsaiti - " Yaşıl paket"in təqdimatı keçirilib