Respublika Fənn Olimpiadasına Hazırlıq Mərkəzi fəaliyyətə başlayıb
Respublika Fənn Olimpiadasına Hazırlıq Mərkəzi fəaliyyətə başlayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri üçün Respublika Fənn Olimpiadasına Hazırlıq Mərkəzi fəaliyyətə başlayıb.
Hazırlıq mərkəzində 8–11-ci sinif şagirdləri üçün coğrafiya, tarix və kimya fənləri üzrə ilk dərslər keçirilib.
Dərslər Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə həyata keçirilir.
Bu proqramın əsas məqsədi:
İstedadlı şagirdlərin fənn biliklərinin dərinləşdirilməsi
Olimpiada bacarıqlarının inkişaf etdirilməsi
Respublika səviyyəsində uğurlu iştiraklarına dəstək göstərilməsi
Mərkəzlərdə dərs üçün müraciət etmək istəyən şəxslər aşağıdakı qeydiyyat linkindən keçərək müraciət edə bilərlər: https://docs.google.com/forms/d/144gdQsb4IjlyiVDE2nmWPPUfeq8vBnxGAZJ2cRF0wkU/
Tədris prosesi təcrübəli müəllimlər tərəfindən mövcud tədris proqramlarına uyğun şəkildə planlaşdırılır və intensiv dərs metodları ilə aparılır.
Bu təşəbbüs şagirdlərin elmi potensialının üzə çıxarılmasına, intellektual və akademik inkişafına mühüm töhfə verir.![]()









