AzTehsil.com


Xəbərlər / Tədris işləri üzrə dr/müavini / Müəllim
14 dekabr 2017
9 650


Təlim-tərbiyə işləri üzrə direktor müavininin işi



Təlim-tərbiyə işləri üzrə direktor müavini (bundan sonra direktr müavini) direktorun təqdimatı üzrə ali pedaqoji təhsilli və 3 ildən çox pedaqoji stajı olan ən yaxşı müəllimlərdın təyin edilir.


O, əsasən, tədris işlərinə baxır, təlim-tərbiyə prosesinin düzgün təşkilinə rəhbərlik və nəzarət edir. Zərurət olanda 1-ci müavin kimi direktoru əvəz edə bilər. Direktor müavininin işinin istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:


- Təhsilin məzmununun tam həyata keçirilməsini təmin edir: tədris planı və proqramlarının düzgün yerinə yetirilməsinə nəzarət edir; vaxtaşırı olaraq müxtəlif fənlərdən tədris proqramları ilə müəllimlərin təqvim – mövzu planlarını və dərs jurnallarını tutuşdurur, proqramın icrasında kəsirlər olduqda onun aradan qaldırılması üçün tədbirlər görür; tədris planı əsasında dərs cədvəlini tərtib edib ona düzgün əməl edilməsinə nəzarəti həyata keçirir;


- Dərslərin təşkilinə nəzarət edir: ayrı – ayrı fənlər üzrə dərslərin planlaşdırılması və planların həyata keçirilməsinə nəzarət edir; dərsləri müşahidə edib, onların səmərəli təşkili, pedaqoji tələblərə nə dərəcədə cavab verməsini yoxlayır; dərsdə yol verilən nöqsanları üzə çıxarıb müəllimlə birlikdə təhlil edir, müəllimə metodik tövsiyələr verir;


- Metodik işə rəhbərlik edir: fənlər üzrə metodbirləşmələrin yaradılması, onların işinin planlaşdırılması, metodbirləşmə iclaslarının təşkilinə rəhbərlik edir; dərslərdə yeni təlim metodları və texnologiyaların tətbiqi vəziyyətini öyrənib metodbirləşmədə, pedaqoji şurada müzakirəsini təşkil edir; açıq dərslərin təşkilinə rəhbərlik edir; müəllimlərin metodik hazırlığının yüksəldilməsi, ixtisasartırmanın təşkili, qabaqçıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması məsələlərinə rəhbərlik edir; bu və ya digər müəllimin iş sistemini, üslub və metodlarını, dərsdə təhsil, tərbiyə və inkişaf funksiyalarının necə yerinə yetirilməsini öyrənib müzakirə edilməsi və nəticələr çıxarılmasını təmin edir;


- Təlim və tərbiyənin keyfiyyətinə nəzarət edir: ayrı – ayrı siniflər və fənlərdən mənimsəmənin keyfiyyətini aşkara çıxarır, nöqsanları və onların səbəblərini təhlill edib tövsiyələr hazırlayır; şagirdlərin bilik və bacarıq səviyyəsini öyrənib təhlil edir; imtahan və yoxlamaların vaxtında və düzgün keçirilməsinə, qiymətlərin obyektiv berilmısinə nəzarət edir.


Direktor müavini hər biri müəllimi yaxşı tanımalı, onun müsbət və nöqsanlı cəhətlərini düzgün qiymətləndirməklə peşəkar müəllim kimi inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmalıdır.




Загрузка...