Abituriyentlərin müraciətlərinə BAXILACAQ
Abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərinə baxılacaq.
1602 və 211-ci komissiyalar üzrə Gəncə və Lənkəran şəhərlərində rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.
AzTehsil.com xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Apellyasiya komissiyası 23 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan verdiyi şəhərə müvafiq olaraq, Dövlət imtahan Mərkəzinin Gəncə və ya Lənkəran regional bölmələrinə şəxsən yaxınlaşıb, ərizə yazmalıdırlar.