AzTehsil.com
RU


Xəbərlər
21 iyun 2024
474


İnformatika və coğrafiya fənləri üzrə imtahanın nəticələri açıqlanıb




Dövlət İmtahan Mərkəzi (DİM) I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə iyunun 9-da keçirilmiş əlavə imtahanın nəticələrini elan edib.


DİM-dən  bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.


Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.


RK və Rİ altqruplarının hər ikisini seçən 11804 abituriyentdən 1079 nəfər informatika, DT və TC altqruplarının hər ikisini seçən 6636 abituriyentdən 1412 nəfər coğrafiya imtahanında iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 2 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.


Bu imtahanda Rİ altqrupu üzrə ən yüksək nəticəni (400 bal) Bakı şəhər 74 saylı orta məktəbin məzunu Süleymanov Nəsib Asif oğlu göstərib (ümumi imtahan nəticəsi isə 691.7 baldır).


İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 24 iyun saat 10:00-dan 26 iyun saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.


Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:


• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;


• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;


• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.


Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.


Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.


Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.


Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.




Загрузка...
Həmçinin oxuyun:
11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün buraxılış imtahanının nəticələri elan olunub

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

Buraxılış imtahanlarının nəticələri açıqlanıb

II qrup üzrə ən yüksək nəticə 686.4 bal, III qrup üzrə ən yüksək nəticə 675.2 baldır – RƏSMİ

II qrup üzrə ən yüksək nəticə 686.4 bal, III qrup üzrə ən yüksək nəticə 675.2 baldır – RƏSMİ

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

DİM buraxılış imtahanlarının nəticələri AÇIQLADI

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının NƏTİCƏSİ açıqlandı - 3 nəfər yüksək bal topladı

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

Buraxılış imtahanlarının nəticələri açıqlandı -Buradan öyrənin

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib

Buraxılış imtahanlarının nəticələri elan olunub

Buraxılış imtahanlarının nəticələri elan olunub

Səkkiz nəfərin nəticəsi ləğv olunub

Səkkiz nəfərin nəticəsi ləğv olunub

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

DİM: iyulun 27-dən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

İmtahanların nəticələri açıqlandı – 1024 nəfər imtahana gəlməyib

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

Buraxılış imtahanlarının nəticələri ELAN EDİLDİ

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

11-ci və 9-cu sinif buraxılış imtahanlarının fənləri üzrə tapşırıqların strukturu və balların hesablanması qaydası haqqında məlumat

Qəbul imtahanlarının nəticələri açıqlandı

Qəbul imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri elan olunub

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

I və IV qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlandı

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Şəki məktəblərinin son 3 illik göstəriciləri – Bölgə təhsili

Buraxılış imtahanında ballar belə hesablanacaq

Buraxılış imtahanında ballar belə hesablanacaq

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?

“Tələbə kartı”nın faydaları – Tələbələr hansı məkanlarda endirimdən yararlana bilərlər?