Xəbərlər / Abituriyent
09 iyul 2017
6 764


Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinin (tam və ümumi orta təhsil bazasında) xüsusi qabiliyyət tələb edən ixtisaslarına elektron qeydiyyat başlanıb. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər.


Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən Modern.az-a bildirilib.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün cari ilin məzunlarının buraxılış (əvvəlki illərin məzunları üçün 05 iyul qəbul imtahanı, I ixtisas qrup üçün 7 mayda keçirilmiş və 22 iyulda keçiriləcək qəbul imtahanı) imtahanında topladığı balları DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtlərinə uyğun gələn abituriyentlər qeydiyyatdan keçdikdən sonra qabiliyyət imtahanlarında iştirak edə bilərlər.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanında ümumi balı 25-dən az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan, buraxılış (qəbul) imtahanından (hər iki mərhələ üzrə) topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən "Memarlıq” və V qrup ixtisasları, tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat iyulun 8-dən 18-dək aparılacaqdır.

Qeydiyyatdan keçən zaman abituriyentlər (40 və 77-ci komissiyalar üzrə 22 iyulda qəbul imtahanı verəcək abituriyentlər istisna olmaqla) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. 40 və 77-ci komissiyalar üzrə qeydiyyatdan keçib iyulun 22-də qəbul imtahanı verəcək abituriyentlər, "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni I ixtisas qrupu üzrə keçiriləcək qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra çap edə bilərlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar "Abituriyent” jurnalının 2017-ci ildə nəşr edilmiş 2-ci sayında verilib.

Ali təhsil müəssisələrinin I qrup xüsusi qabiliyyət tələb edən "Memarlıq” , V ixtisas qrupu (Bakı Musiqi Akademiyasının ixtisasları istisna olmaqla) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 25 iyul-03 avqust tarixlərində keçiriləcək.

Bakı Musiqi Akademiyasının xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları 19-26 iyul tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində keçiriləcək.






Загрузка...
Həmçinin oxuyun:
9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Bu il abituriyentlər üçün qəbul müsabiqəsinin şərtləri necə olacaq?

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

“Bədən tərbiyəsi və idman” ixtisası üzrə ödənişsiz sınaq imtahanları keçiriləcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI

Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri açıqlanıb SİYAHI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatır

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

Yay imtahanlarına qatılmaq istəyən abituriyentlərə xəbər var

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

DİM ikinci qəbul imtahanında iştirak etmək istəyənlərə müraciət etdi

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərə xoş xəbər - Pulsuz elektron sınaq imtahanı

Abituriyentlərin nəzərinə

Abituriyentlərin nəzərinə

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Yayda qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə son gün

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ

Dövlət İmtahan Mərkəzi bütün abituriyentlərə XƏBƏRDARLIQ ETDİ