Xəbərlər
05 aprel 2017
4 732


9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

 

2017/2018-ci tədris ilində ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə sənəd verən abituriyentlərin sayı açıqlanıb.
 
Aztehsil.com apa-ya istinadən xəbər verir ki, 9 illik bazadan kolleclərə sənəd qəbulu martın 14-dən başlanıb və aprelin 4-də başa çatıb. Kolleclərdə təhsil almaq üçün 19 201 abituriyent ərizəsini təsdiqləyib. Onlardan 18 538 nəfəri Azərbaycan, 663 nəfəri isə rus dili bölməsinin məzunudur. Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər.
 
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Əvvəlki illərin məzunları üçün qəbul imtahanı iki mərhələdə keçirilir. Qəbul imtahanının I mərhələsi aprelin 16-da, II mərhələsi isə iyun ayında təşkil olunacaq. İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) nəticəsində ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır. 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat 7-18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı isə 19-23 iyul tarixlərində aparılacaq.






Загрузка...