AzTehsil.com


Xəbərlər / Magistr
26 aprel 2019
2 133


Magistraturaya proqram seçimi başladı - Qaydalar



Magistraturaya proqram seçimi başladı - Qaydalar

 

 
Dövlət İmtahan Mərkəzi 2019-cu il aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixli qərarı ilə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub. Lakin bu bakalavrlar imtahanın II mərhələsində dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, ixtisaslaşma seçimi zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.

Məlum olduğu kimi,  Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulub. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın "Şəxsi kabinet”inin "Hesab"ından çıxılır.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26‑da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər.

İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Aşağıdakı qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə yazılı imtahan verirlər:

–  41 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın ərizəsində qeyd etdiyi ixtisaslaşma dilində yerinə yetirilir;

–  43 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mətni imtahanın birinci mərhələsini verdikləri dildən (Azərbaycan və ya rus dilindən) ərizələrində qeyd etdikləri ixtisaslaşma dilinə yazılı tərcümə edirlər;

–  44 saylı proqramı yalnız 1-3 may 2019-cu il tarixində jurnalistika üzrə qabiliyyət imtahanı verərək həmin imtahandan məqbul qiymət alan bakalavrlar seçə bilərlər; bu proqramı seçən bakalavrlar imtahanın II mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir;

–  25, 30, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar ixtisas üzrə təqdim edilmiş suallara yazılı formada cavab verirlər. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir.

İmtahanın I mərhələsində ixtisaslaşma dilini xarici dil kimi seçmiş bakalavrlar 39, 40 və 41 saylı proqramları seçə bilməzlər.

"ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanının birinci mərhələsi üzrə nəticələri Mərkəz tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları bitirən bakalavrlar bitirdikləri ixtisasdan asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarını cavablan­dırmaq əvəzinə qabiliyyət imtahanı verəcəklər. Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imta­ha­nının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2019‑cu il aprelin 26-dan mayın 7-dək keçirilən proqram seçimi zamanı 37, 50, 53 və 74 saylı proqramları seçdikləri halda, 2019-cu il mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçdikləri halda isə 2019-cu il 29 – 31 may tarixlərində qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2019-cu il iyunun 7‑dən 18‑dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparacaqlar.

İxtisaslaşma seçimində imtahanının ikinci mərhə­ləsindəki nəticələri və ümumi balı DİM tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak edirlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə ─ 15-dən az olmamalıdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasının ixtisaslaşmasını isə yalnız həmin akademiyanın məzunları seçə bilərlər.

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elanın tam mətni, eləcə də qəbul aparılacaq ixtisaslaşmaların siyahısı 2019-cu ilin may ayında "Magistr” jurnalının 4-cü sayında dərc olunacaq.



Загрузка...
Həmçinin oxuyun:
Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Bakalavrlar üçün qəbul proqramı seçimi başlayıb

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbulun II mərhələsində iştirak üçün proqram seçimi başlanır

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Magistraturaya qəbul şərtləri AÇIQLANDI - YENİLƏNİB

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Jurnalistika üzrə magistraturaya qəbul olmaq üçün 46 bakalavr qeydiyyatdan keçib

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya sənəd qəbulu başladı

Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistraturaya qəbulun şərtləri dərc olundu

Magistrantlara şad xəbər

Magistrantlara şad xəbər

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Magistraturaya yeni qəbul qaydaları açıqlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların qeydiyyatı başlanıb

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul imtahanının nəticələri elan olundu

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul olmaq istəyənlərə qəbul proqramları təqdim olunub

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi" verilir

Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

Təhsildən imtina edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər? – Rəsmi cavab

Təhsildən imtina edən bakalavrlar hansı halda yenidən ödənişsiz təhsil ala bilərlər? – Rəsmi cavab

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlayıb

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

İki mərhələdə keçirilən magistratura imtahanın nəticələrinə əsasən maksimum nəticə 146 bal olub

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Ölkədə 9000-dən çox bakalavr magistraturaya qəbul imtahanı verəcək

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayıb

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

DİM: Magistraturaya ixtisas seçimi bu gün başa çatır

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

DİQQƏT! Magistr olmaq istəyənlərin 1 həftə vaxtı qalıb

Abituriyentlər üçün müsabiqə şərtləri

Abituriyentlər üçün müsabiqə şərtləri