9-cu mərtəbədən yıxılan yeniyetmənin son durumu AÇIQLANDI

9-cu mərtəbədən yıxılan yeniyetmənin son durumu AÇIQLANDI
Bölmə adı Xəbərlər
Yayımlandı 13 Mart 2026, 14:07

Ötən gün Gəncədə binanın 9-cu mərtəbəsindən yıxılan 13 yaşlı X.Fərəzəliyevanın vəziyyəti açıqlanıb.

Mərkəzi Klinika Gəncə Xəstəxanasından Aztəhsil.az- a bildirilib ki, yeniyetmə əməliyyat olunub.
Məlumata görə, hazırda 13 yaşlı qızın ümumi vəziyyəti stabildir:
“Xəstənin sınıqları çoxdur, bu sınıqlar sonrakı mərhələdə müalicə olunacaq. Qanaxma dayandırılıb, xəstənin huşu özündədir. Əsas problem qarın boşluğundadır. Beyin ciddi zədə almayıb”.

Qeyd edək ki, hadisə ötən gün şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. 9-cu mərtəbədən yıxılan qız xoşbəxtlikdən sağ qalıb.