37 minə yaxın şagirdin yerdəyişməsi tamamlanıb
Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir.
AzTehsil.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat verilib.
Bildirilib ki, oktyabrın 14-dən etibarən 2025-2026-cı ilin ilin I yarımili üzrə elektron yerdəyişməsi prosesi aktivləşdirilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–XI siniflərini əhatə edir.
Qeyd olunub ki, bu günə qədər 47000-dən çox müraciət portala daxil edilib, onlardan 37000-ə yaxın şəxsin yerdəyişməsi uğurla tamamlanıb.
Bildirək ki, əlavənin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi ilə daxil edilir.












