Sabah müddətli müqavilə ilə işə qəbulun III turuna start verilir
Sentyabrın
22-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil
olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin
işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır.
Üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə
qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə
qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla
bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış
müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə
sözügedən prosesdə iştirak edə bilər.
Tədris ili ərzində ümumi
təhsil müəssisələrində vakant yerlər yarandıqca İnsan Resursları Mərkəzi
tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşmiş qaydada
sözügedən proses həyata keçiriləcək.
Bakı şəhərinin ümumi təhsil
müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə
qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi
tərəfindən həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbulu sentyarın 23-dək davam edəcək.
Sentyabrın 22-dən 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır.
Üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.
Tədris ili ərzində ümumi təhsil müəssisələrində vakant yerlər yarandıqca İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşmiş qaydada sözügedən proses həyata keçiriləcək.
Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbulu sentyarın 23-dək davam edəcək.