Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir. Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin real təlim imkanları ilə.
Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə - təlimin məqsədi ilə şərtlənir. Bəs təlimiн başlıca məqsədi nədir?
Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri (XVIII-XIX əsrlərdə).
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri - qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər - təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçiлməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.
Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu.
2. Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Təhsilin məzmunu özündə şagird və tələblərin mənimsədiyi biliklər, formalaşan bacarıqlar və vərdişlər sistemini əhatə edir. Təhsilin məzmunu dedikdə, şagirdlərin müxtəlif dərslərdə yiyələnməli olduqları bilik, bacarıq və vərdişlərin həcmi və xarekteri nəzərdə tutulur ki, bunlar Ümumi Təhsil Konsepsiyasında - Milli Kurikulimda, dövlət təhsil standartlarında, tədris planında, tədris proqramlarında, dərslik və dərs vəsaitlərində öz əksini tapır. Milli Kurikulum 2006-ci ildə qəbul olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetnin 30 oktyabr 2006 –cı il tarixi qərarında deyilir ki, o, ümumi təhsil üzrə təlim nəticələrini, məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri və ayrı-ayrı fənn kurikulumlarının strukturunu əhatə edir.
Kurikulum latın sözü olub, kurs, istiqamət, təlim kursu deməkdir. Təlim kurikulumlarından ilk dəfə ABŞ-da (1918) istifadə olunmuşdur.
Kurikulum tədris planlarını, tədris proqramlarını, metodik işləmələri, qiymətləndirmə meyarlarını, şagird və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatı və pedaqoji texnologiyaları özündə birləşdirir.
Kurikulumun quruluşu elədir ki, o həm ümumi təhsilin bütün parametrlərini –
1) təhsilə verilən tələbləri,
2) ümumi təhsilin məzmun standartlarını,
3) fənlər üzrə illik dərs saatlarının miqdarını,
4) pedaqoji prosesin təşkili prinsiplərini,
5) şagird nailiyyətlərinin qiymətləndirilməsini,
6) ayrı-ayrı fənn kurikulumlarının strukturunu müəyyən edir.
Hər bir rəhbər sənəd kimi kurikulumun da funksiyaları vardır: ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələrin və ardıcıllığın təmin edilməsi; fənlərin məzmununun cəmiyyətin tələbatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi; təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması; nəticəyönümlü fənn kurikulumlarının hazırlanıb tətbiq olunması; təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik prinsip əsasında müəyyənləşdirilməsinin təmin olunması; şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimullaşdırılmasının təmin edilməsi.
Kurikulumun prinsipləri isə belədir:
1) təhsildə milli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
2) ümumi inkişaf, meyl və maraqları nəzərə almaqla bütün şagirdlərə əlverişli təlim şəraitinin yaradılması;
3) nəticəyönümlülük;
4) inteqrativlik;
5) tələbyönümlülük və şagirdyönümlülük .
3. Dövlət təhsil standartları. Standart sözü norma, ölçü mənasında işlədilir. Təhsil standartları dedikdə, ictimai idealı əks etdirən, bu ideala nail olmaq üçün şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan normalar başa düşülür. Yəni dövlət tərəfindən qəbul edilən təhsil normaları, əsas parametrlər sistemi.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində təhsil sahəsində dövlət standartları aşağıdakı kimi təqdim olunur:
6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedaqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi nоrmalar məcmusudur.
6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlхalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir.
6.3. Dövlət təhsil standartları və onların qüvvədə оlma müddəti müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
6.4. Dövlət təhsil standartları təhsilin məzmununu, idarə оlunmasını, maddi-teхniki və tədris bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, hər bir təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyənləşdirir.
6.5. Bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin оlunur.
6.6. Təhsil müəssisəsinin fəaliyyətinin, təhsilin səviyyəsinin və təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsində, akkreditasiyada və attestasiyada müvafiq dövlət təhsil standartları əsas götürülür.
6.7. Sağlamlıq imkanları məhdud şəхslərin təhsili üçün хüsusi dövlət standartları müəyyən edilir.
4. Təhsilin məzmununu əks etdirən sənədlər.
Bu sənədlərə:
1) tədris planı; 2) tədris proqramı; 3) dərsliklər və dərs vəsaitləri daxildir.
TƏDRİS PLANI tədris müəssəsinin sertifikatıdır.
1) tədris ilinin, rüblərinin və tətillərin müddətini;
2) tədris müəssəsində öyrənilən fənnlərin tam siyahısınы;
3) təlim illəri üzrə fənlərin bölüşdürülməsini;
4) hər fənnin bütün təlim müddətində və hər sinifdə öyrənilməsinə ayrılan saatların miqdarını;
5) hər fənnin öyrənilməsinə verilən həftəlik saatların miqdarını;
6) praktikumların strukturunu, müddətini və s. müəyyən edir.
Deyilənlərdən belə aydın olur ki, bu və ya digər məktəbdə öyrədilən fənləri, onların siniflər üzrə tədris ardıcıllığını, hər fənnə ayrılan saatların miqdarını, təhsilin müddətini, şagirdlərin fəaliyyət növlərini əks etdirən sənədə tədris planı deyilir. Tədris planına daxil edilən fənlər məcburi və seçmə fənlərə ayrılır. Tədris planları mərkəzi təhsil orqanları tərəfindən işlənib hazırlanır və təsdiq olunur.
TƏDRİS PROQRAMI. Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib olunur. Tədris proqramı 2 hissədən - izahat vərəqindən və tədris proqramının məzmunundan ibarət olur. İzahat vərəqində tədris fənninин vəzifələri, tərbiyə və inkişaf imkanları, müəllimə aid olan metodik göstərişlər qeyd edilir.
Tədris proqramlarında aşağıdakılar öz əksini tapır:
1)fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına vериlən əsas tələblər, təlimin tövsiyə olunan norma və metodları;
2)öyrənilən materiаlın tematik məzmunu;
3)fənnin ayrı-ayrı mövzularının öyrяnilməsinя müəllimin sərf edəcəyi saatların təxmini miqdarı;
4)dünyagörüşünün əsas elementlərinin siyahısı;
5)fənlərarası əlaqəni yaratmaq üçün göstərişlər;
6)tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;
7)tövsiyə edilən ədəbiyyat.
Deməli, tədris planına əsasən fənnin hissələrinи və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında birləşdirən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.
DƏRSLİKLƏR
Təhsilin məzmunu, onun tərbiyələndiririci və inkşafetdirici xüsusiyyətləri dərsliklərdə konkretləşdirilir. Yaxşı dərslik təhsilin məzmununa verilən bütün tələblərə cavab verməlidir. O, həmçinin maraqlı, mümkün qədər qısa, başa düşülən, yaxşı illüstrativləşdirilmiş və estetik tərtibata malik olmalıdır. Dərslik şagirdlərin təlim prosesində şüurlu və fəal iştirakını, tədris materialının tam mənimsənilməsini təmin etməlidir. Bu vəzifələrin həlli ilə əlaqədar olaraq dərslik aşağıdakı didaktik funksiyaları yerinə yetirir:
1)Motivasiyalaşdırıcı funksiya. Bu, şagirdlərи fənni öyrənməyə sövq edən, işə maraq və pozitiv münasibət formalaşdıran stimullar yaratmaqdan ibarətdir;
2)İnformasiyavermə funksiyası. Bu, şagirdlərə biliklərinи genişləndirmək, dünyagörüşünü formalaşdırmaq üçün mümkün olan bütün yollardan istifadə etməklə informasiya almaq imkanı yaratmaqdan ibarətdir;
3)Nəzarət-korreksiya funksiyası. Bu, şagirdlərə təlimin gedişini və nəticələrini yoxlamağı, özünü qiymətləndirməyi və korreksiya imkanları yaratmağı, həmçinin zəruri bacarıq və vərdişləri formalaşdırmaq üçün çalışmaları yerinə yeritməyi nəzərdə tutur.
Təlim daha uğurlu alınması üçün dərsliyə yardımçı olaraq müxtəlif dərs vəsaiti, o cümlədən müntəxəbat, lüğət və məlumat kitabçaları, iş dəftərləri, imlia, ifadə, məsələ və ya çalışma məcmuələri, əyani vəsaitlər (cədvəl, sxem, şəkil, film, diafilm, disk və s. ) hazırlanı .
Bunlar hamısı birlikdə tədris komplekti, müasir anlamada kurikulum adlanır. Və dərslikdə olduğu kimi, təlimin məzmununa, dövlət təhsil standarlarına uyğun, aydın və məntiqli dillə yazılışı, proqram və dərsliyin ideya istiqamətini tamamlamalıdır.