AzTehsil.com


H/N sənədlər
19 mart 2017
14 561


Ümumi təhsilin idarə olunmasının dövlət standartları



 

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

 

 Ümumi təhsilin idarə olunması

3.1.Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.

3.2.Hesabatlılıq nəticə etibarı ilə ümumi təhsilin həyata keçirildiyi müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.

3.3.Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.

3.4.İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.

3.5.Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.

3.6.Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.

3.7.Pedaqoji Şura iclaslarında, əsasən, təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ pedaqoji ideyaların məktəbdə tətbiqi, müəssisədə sağlam psixoloji mühit və təhlükəsiz şərait yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi ilə əlaqədar aktual məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.

3.8.İdarəetmədə demokratikliyi və şəffaflığı daha da yüksəltmək məqsədi ilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar, himayəçilər şuraları, metodik şura, valideyn- məktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti, qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının orqanları) yaradıla bilər.

3.9.Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan direktor həyata keçirir. Direktorun vəzifə  funksiyaları ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Ümumi təhsilin idarə olunmasının dövlət standartları

 






Загрузка...