AzTehsil.com


Direktor / Müəllim
15 yanvar 2017
25 554


PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ



PEDAQOJİ SİSTEMDƏ İDARƏETMƏNİN MAHİYYƏTİ VƏ ƏSAS PRİNSİPLƏRİ

 


«İdarəetmə» anlayışı ən ümumi, ən universal anlayışlar sırasına daxil edilir. Tədqiqatçılar haqlı olaraq qeyd edirlər ki, idarəetmə yalnız texniki və istehsal sahəsində deyil, həm də sosial sistemlər sahəsində (o cümlədən pedaqoji sistemlər sahəsində) də zəruridir.
 
İdarəetmənin elmi əsasını elmi biliklər sistemi təşkil edir. Elmi biliklər idarəetmə praktikasının nəzəri əsasını təşkil edir.

Ümumiyyətlə, idarəetmə dedikdə məqsədəuyğun qərarlar qəbul etməyə, idarə olunan obyekti təşkil etməyə, ona nəzarət etməyə, tənzim-ləməyə yönəldilmiş fəaliyyət, düzgün informasiya əsasında işin təhlili və onun yekunlaşdırılması başa düşülür. Bioloji, texniki, sosial sis-temlər idarəetmə obyekti ola bilərlər. Sosial sistemlərin növlərindən biri ölkə, şəhər, rayon və s. miqyasında fəaliyyət göstərən təhsil sis-temidir.
 
Təhsil Nazirliyi, şəhər, rayon təhsil şöbələri idarəetmə sisteminin subyektləri kimi çıxış edirlər.Mürəkkəb, dinamik sosial sistem olan ümum-təhsil orta məktəbi məktəbdaxili idarəetmənin obyektidir.Məktəbdaxili idarəetmə optimal nəticələr əldə etmək üçün tam pedaqoji prosesin iştirakçılarının məqsədyönlü,şüurlu qarşılıqlı təsiridir.
 
Tam pedaqoji prosesin iştirakçılarının qarşılıqlı təsiri aşağıdakı ardıcıl, qarşılıqlı əlaqəli fəaliyyətlərdən və ya funksiyalardan yaranır: işin təhlili, işin məqsədi və planlaşdırılması, işin təşkili, ona nəzarət, nizama salma və təshih etmə.

Məktəbi idarəetmə nəzəriyyəsi məktəbdaxili menecment nəzəriyyəsi ilə əhəmiyyətli şəkildə tamamlanır.Menecerin (məktəbi idarə edən) fəaliyyəti öz əməkdaşlarına hörmət və etibar əsasında, işdə uğur qazanmaq üçün onlara şərait yaratmaq əsasında qurulur.

İdarəetmənin mahiyyətini aşağıdakı prinsiplər tam və hərtərəfli əks etdirir:

1) kollegiallıqla vahid rəhbərliyin əlaqələndirilməsi;

2) idarəetmədə dövlət və ictimai əsasların əlaqələndirilməsi;

3) idarəetmədə elmilik, nəzəriyyə ilə praktikanın qırılmaz qarşılıqlı əlaqəsi;

4) idarəetmədə planlılıq;

5) idarəetmədə sistemlilik və komplekslilik;

6) idarəetmədə səmərəliliyə, yekun nəticələrə nail olmaq meyli;

7) idarəetmədə mərkəzləşdirmənin və desentralizasiyanın rasional əlaqələndirilməsi;

8) idarəetmədə demokratikləşdirmə və humanistləşdirmə.

İdarəetmənin prinsipləri idarəetmənin qanunauyğunluqlarının konkret təzahürü və inikasıdır.

Məktəbdaxili idarəetmənin əsas qanunauyğunluqları sırasına mütəxəssislər aşağıdakıları daxil edirlər:

1) idarəetmə sisteminin səmərəliliyinin idarəetmənin subyekti və obyekti arasında struktur-funksional əlaqələrin səviyyəsindən asılılığı;

2) təhsil-tərbiyə işini idarəetmənin məzmun və metodlarının məktəbdə pedaqoji prosesin təşkilinin məzmun və metodlarının xarakterindən asılılığı;

3) idarəetmənin analitik, məqsədəmüvafiq, humanist və demokratik xarakterdə olmasının məktəb rəhbərlərinin müxtəlif növ idarəetmə fəaliyətinə hazırlığından asılılığı.

Müasir təhsil sistemlərinin xüsusiyyətlərindən biri dövlət idarəetmə sistemindən dövlət-ictimai idarəetmə sisteminə keçilməsidir. Təhsilin dövlət-ictimai idarəetməsinin əsas ideyası təhsil problemlərini həll etmək üçün dövlətin və cəmiyyətin səylərini birləşdirmək, tədris prosesinin məzmununu, forma və metodlarını, müxtəlif tip təhsil müəssisələrini seçməkdə müəllimlərə, şagirdlərə, valideynlərə böyük hüquqlar və azadlıqlar vermək təşkil edir.

Təhsil sisteminin dövlət xarakteri o deməkdir ki, ölkədə təhsil sahəsində vahid siyasət həyata keçirilir.Təhsil haqqında qanuna əsasən Azərbaycan Respublikasında təhsil sahəsi prioritet sahə hesab olunur.Prioritetlik o deməkdir ki, ölkənin sosial-iqtisadi, siyasi, mədəni və beynəlxalq sahələrdə uğurları təhsil sistemi ilə əlaqələndirilir.

Təhsil sisteminin idarə olunmasının dövlət xarakteri təhsil sahəsində dövlət siyasətinin prinsiplərində təsbit olunmuşdur. Həmin prinsiplər Azərbaycan Respublikasının «Təhsil haqqında» qanununda ifadə olunmuşdur:

təhsilin humanist xarakteri, təhsilin dünyəvi xarakteri, hamının təhsil almaq hüququna malik olması, təhsilin demokratik, dövlət-ictimai xarakter daşıması və s.Təhsil sahəsində dövlət siyasətini ardıcıl həyata keçirmək üçün ölkədə təhsili idarəetməkdən ötrü müvafiq dövlət orqanları yaradılır.

Dövlət idarəetmə orqanı olan Təhsil Nazirliyi öz hüquqları və səlahiyyətləri daxilində təhsil sahəsində standartları işləyib hazırlayır, təhsil müəssisələrini akkreditasiyadan (qeydiyyatdan), pedaqoiji kadrların attestasiyadan keçirir, ölkədə və konkret regionda təhsil sistemini formalaşdırır, peşələrin və ixtisasların siyahısını, təhsil müəssisələrini maliyyələşdirir. Təhsil sistemini stabilləşdirmək və inkişaf etdirmək üçün dövlət fondları yaradır, təhsil müəssisələrinin şəbəkəsini proqnozlaşdırır, təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin icra olunmasına nəzarət edir və s. Təhsili idarəetmənin ictimai xarakterinin güclənməsinin mühüm göstəricilərindən biri təhsil sisteminin dövlətsizləşdirilməsi və təhsil müəssisələrinin diversifikasiyasıdır (diversi-fikasiya  latın sözüdür,mənası müxtəliflik, hərtərəfli inkişaf  deməkdir).

Dövlətsizləşdirmə o deməkdir ki, dövlət təhsil müəssisələri ilə yanaşı qeyri-dövlət təhsil müəssisələri də meydana gəlir, onlar dövlət aparatının strukturları olmurlar. Təhsil müəssisələrinin diversifi-kasiyası  eyni zamanda həm dövlət, həm də müxtəlif tip qeyri-dövlət tədris müəssisələrinin, universitetlərin, gimnaziyaların, liseylərin, kolleclərin, ayrı-ayrı fənləri dərindən öyrədən məktəblərin inkişafını nəzərdə tutur.

Qeyri-dövlət təhsil müəssisəsinə bilavasitə onun təsisçisi rəhbərlik edir. Qeyri-dövlət təhsil müəssisəsinin nizamnaməsi vardır.

Məktəb pedaqoji sistemdir və elmi idarə etmənin obyektidir. Bu, təhsili təşkil edənlərin, rəhbər şəxslərin,müəllimlərin, şagirdlərin məqsəd-lərini müəyyənləşdirmək və nəticələrə nail olmaq üçün şəraiti yaratmaq,məzmunu seçmək,təhsil-tərbiyə işində müxtəlif vasitələrdən, forma və metodlardan istifadə etmək deməkdir.

Belə halda idarəetmə pedaqoji sistemin məqsədə uyğunluğunu və bu sistemi təşkil edən komponen-tlərin yeniləşməsinə səmərəli təsir göstərmək imkanını saxlayır.

Pedaqoji sistemdə müəllimlərlə şagirdlərin birgə fəaliyyəti mühüm amildir. Məktəbin məqsədi şəxsiyyətin mədəni inkişafının əsasını formalaşdırmaqdır. Bu əsas intellektual, əxlaqi, estetik, əmək, ekoloji, hüquqi və şəxsiyyətin digər mədəni aspektlərini birləşdirir. Ümumi məqsəd təhsil-tərbiyə işinin ayrı-ayrı istiqamətləri üzrə məqsədlərdə konkretləşdirilir.

Nəticə həm ayrı-ayrı şagirdlərin, həm də ümumiyyətlə, şagird kollektivlərinin tərbiyəlilik səviyyəsinin müəyyənləşdirilməsini təmin edən daha sabit və real meyarların məcmuyudur.

Məktəbin idarə olunmasında ən azı iki qrup şərt vardır: ümumi və spesifik.
 
Ümumi şərtlərə aiddir: sosial,iqtisadi, mədəni, milli,  coğrafi.

Spesifik şərtlərə aiddir: şagirdlərin sosial-demoqrafik tərkibinin xüsusiyyətləri, məktəbin yerləşdiyi yer (şəhər, kənd), məktəbin maddi-texniki bazası imkanları, ətraf mühitin tərbiyəvi imkanları.

Pedaqoji və şagird kollektivlərində əxlaqi-psixoloji mühitin xarakteri, şagirdlərin valideynlərinin mədəni səviyyəsi pedaqoji prosesin səmərəliliyinin mühüm göstəricilərindən biridir.

Pedaqoji sistemin struktur komponentləri vardır. Əsas komponentlərdən biri pedaqoji kollektivin və onun rəhbərlərinin fəaliyyətidir.

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə vardır.

Birinci səviyyə – dövlət orqanı və ya kollektiv tərəfindən seçilmiĢ məktəb direktoru, məktəb şurasının,şagird komitəsinin, ictimai təşkilatların rəhbərləri. Bu səviyyə məktəbin inkişafının strateji istiqamətlərini müəyyən edir.

Ikinci səviyyə – məktəb direktorunun müavinləri, məktəbin psixoloqu, sosial pedaqoqu, ictimai faydalı əməyin təşkili üçün məsul şəxs, inzibati-təsərrüfat işləri üzrə direktorun köməkçisi, həmçinin özünüidarədə iştirak edən orqanlar və birliklər.

Üçüncü səviyyə – müəllimlər, tərbiyəçilər, sinif rəhbərləri (onlar şagirdlərə və valideynlərə, uşaq birliklərinə və dərnəklərə münasibətdə idarəetmə funksiyasını yerinə yetirirlər).


Dördüncü səviyyə – şagirdlər, sinif və ümumməktəb şagird özünüidarəsi. Qarşılıqlı təsir obyekti olan şagird burada eyni zamanda öz inkişafının subyekti kimi çıxış edir.

Yuxarıda göstərilən iyerarxik sxemdən görünür ki, idarəetmənin hər aşağı səviyyəli subyekti yuxarı səviyyəli idarəetmə üçün idarəetmənin obyektidir.

O.H.Rzayev, S.M.Məmmədov, Ş.N.İsmayılov TƏHSİLİN İDARƏ OLUNMASININ ƏSASLARI
 

 

 





Загрузка...
Həmçinin oxuyun:
Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

Məktəbi idarəetmə sisteminin strukturunda dörd səviyyəli idarəetmə hansılardır ?

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

İDARƏETMƏNİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ- İdarəetmənin təşkili

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

MƏKTƏBDƏ İDARƏETMƏ  İdarəetmənin mahiyyəti

MƏKTƏBDƏ İDARƏETMƏ İdarəetmənin mahiyyəti

İdarəetmənin təşkilati strukturu

İdarəetmənin təşkilati strukturu

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Direktor olmaq istəyənlər üçün !!! İDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI...

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

Məktəb - Pedaqoji Sistem Və Idarəetmənin Obyekti

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

İdarəetmə qərarlarının hazırlanması,qəbul edilməsi,həyata keçirlənməsi qaydaları...

TƏHSIL   MÜƏSSƏSƏLƏRİNDƏ     TƏLİM-TƏRBİYƏ    İŞLƏRİNİN   İDARƏ EDİLMƏSİNİN  MAHİYYƏTİ  VƏ  TƏŞKİLİ

TƏHSIL MÜƏSSƏSƏLƏRİNDƏ TƏLİM-TƏRBİYƏ İŞLƏRİNİN İDARƏ EDİLMƏSİNİN MAHİYYƏTİ VƏ TƏŞKİLİ

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İDARƏETMƏ METODLARI

İDARƏETMƏ METODLARI

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

MƏKTƏB VƏ İDARƏETMƏYƏ AİD ƏDƏBİYYATLARIN SİYAHISI

İdarəetmədə qərarların qəbul edilməsi metodları

İdarəetmədə qərarların qəbul edilməsi metodları

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

İDARƏETMƏDƏ QƏRARLARIN HAZIRLANMASI VƏ QƏBUL EDİLMƏSİ PROSESİ

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri