AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Ekspert / Manşet / Bölgə / Şagird
11 oktyabr 2025
1 092

Dərsliklərdə dəyişikliklər ediləcək?



Dərsliklərin keyfiyyəti ilə bağlı ictimai müzakirələr yenidən gündəmə gəlib. Elm və Təhsil Naziri Emin Əmrullayevin fikrincə, xüsusilə tarix və biologiya dərsliklərinin dili şagirdlərin yaşına uyğun deyil və beynəlxalq standartlara cavab vermir. Nazir həmçinin dərsliklərin tərtibatında ciddi dəyişikliklərin vacibliyini vurğulayıb. Bəs, bu dəyişikliklər şagirdlərin təhsilinə nə qədər təsir edə bilər?


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli açıqlamasında bildirib ki, son günlər təhsil sahəsində, xüsusilə dərsliklərlə bağlı ciddi ictimai müzakirələr başlayıb: “Bəzi dərsliklər artıq müasir tələblərə cavab vermir. Texnologiyanın bu qədər əlçatan olduğu bir dövrdə – smartfon, planşet, kompüter kimi vasitələr hər kəsin əlində olduğu halda – şagirdlər dərsliyə alternativ informasiya mənbələrinə daha çox yönəlirlər. Bu da dərsliklərin yenilənməsinin, daha interaktiv, vizual və analitik yönümlü hazırlanmasının zəruriliyini gündəmə gətirir. Digər tərəfdən, müasir pedaqoji yanaşmalar da göstərir ki, sadəcə məlumat ötürən deyil, təfəkkür formalaşdıran, təhlil qabiliyyətini inkişaf etdirən, şagirdin iştirakını stimullaşdıran dərsliklərə ehtiyac var. Bu baxımdan dərsliklərin sadəcə mətnlə dolu olması kifayət deyil. Onlar vizual materiallarla, interaktiv tapşırıqlarla, real həyatdan nümunələrlə zənginləşdirilməlidir. Bu, yalnız şagirdlərin dərsə marağını artırmaz, həm də onların bilikləri daha effektiv mənimsəməsinə səbəb olar.


Dərsliklərin təkcə məzmun deyil, həm də format baxımından yenilənməsi vacibdir. Rəqəmsal dərsliklərin hazırlanması, onlara multimedia elementlərinin inteqrasiyası, müəllim və şagirdlər üçün uyğun platformaların yaradılması artıq gecikdirilməməli olan məsələlərdəndir. Eyni zamanda, dərsliklərin elmi və metodoloji baxımdan təkmilləşdirilməsi, səhvlərin aradan qaldırılması, dilin sadə, anlaşılan və yaş səviyyəsinə uyğunlaşdırılması da xüsusi diqqət tələb edir.Unutmaq olmaz ki, dərslik təkcə bilik ötürən vasitə deyil, həm də şagirdlərin dünyagörüşünü formalaşdıran, onları şəxsiyyət kimi yetişdirən əsas alətlərdən biridir. Bu baxımdan, dərsliklərin məzmununa ideoloji yanaşma da diqqətli və balanslı şəkildə həyata keçirilməlidir”.



Həmçinin oxuyun:
Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

BMU-nun bu tələbələri qırmızı diplom ALIB - Tam Siyahı

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

XXI əsrin yeni kitab formatı -  ELEKTRON DƏRSLİKLƏR

XXI əsrin yeni kitab formatı - ELEKTRON DƏRSLİKLƏR

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

“Məktəb Guşəsi” saytının 5 yaşı tamam olur

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə