Xəbərlər, Digər Xəbərlər
21 avqust 2017
1495

Yeni dərs ilinin dərslikləri hazırdır


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
Bu il ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda dərslik və müəllim üçün metodik vəsait çap olunub

Yeni tədris ili üçün Azərbaycanda çap olunan dərsliklərin sayı açıqlanıb. Təhsil Nazirliyindən bildirilib ki, 2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni çap edilmiş dərslik və metodik vəsaitlərin avqustun sonlarına qədər yerlərə çatdırılması nəzərdə tutulur. Dövlət ümumtəhsil məktəbləri şagirdlərinin sentyabr ayının əvvəllərinə qədər dərsliklərlə təmin olunması planlaşdırılıb. Xatırladaq ki, 2016-2017-ci tədris ilində Azərbaycanın ümumtəhsil müəssisələrinə 261 adda 6623135 ədəd dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Yeri gəlmişkən, bu gün Azərbaycanda dərslik siyasətinin müasirləşdirilməsi prosesi milli kurikulumla sıx şəkildə bağlıdır. Ümumilikdə 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını əks etdirən milli kurikulum islahatları adı altında aparılır. Hökumətin 2006-cı il 30 oktyabr tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" sənədində ümumi təhsil üzrə təlim nəticələri, məzmun standartları, ümumi təhsilin bir pilləsində tədris olunan fənlər, həftəlik dərslərin, dərsdənkənar məşğələ saatlarının miqdarı, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsiplər kompleks şəkildə əksini tapıb. Ekspertlərin fikrincə isə ölkəmizdə istifadə olunan dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyəsinə, ailəsini, xalqını, vətənini sevməsinə, insan hüquqlarına, bəşəri dəyərlərə hörmətlə yanaşmasına çağıran ideyalar geniş əksini tapmalı, onların yaş psixologiyası, fizioloji xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni zamanda, dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan, səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar göstərilməlidir. İllüstrasiyalar yığcam və mövzulara uyğun olmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməlidir. Dərsliklərdə milli, dini, irqi, cinsi və siyasi ayrı-seçkiliyi təbliğ edən ideyalar, mübahisə doğuran məlumatlar olmamalıdır, onların kurikuluma uyğunluğu, şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılaması, məntiqi təfəkkürü inkişaf etdirməsi, tətbiqi xarakter daşıyaraq inteqrativ xüsusiyyətə malik olması başlıca tələblərdəndir. Bütün bu məqamlarla diqqəti cəlb edən dərslik həm də poliqrafik baxımdan gözəl, estetik tərtibat cəhətdən xoşagələn, gözoxşayan olmalıdır. Fikrin, məsələnin yığcam ifadəsi də əsas şərtlərdəndir. Dərslik çapında gigiyenik tələblər də gözlənilməli, kağızın növü, şriftlərin ölçüləri, rənglərin istifadəsi və s. incə məqamlar nəzərə alınmalıdır.
Məlumat üçün bildirək ki, son illər Təhsil Nazirliyi tərəfindən dərsliklərin hazırlanmasında keyfiyyəti yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülür. Artıq bu sahədə bir sıra dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, dərsliklərin qiymətləndirilməsinin obyektivliyini artırmaq məqsədilə Təhsil Nazirliyi bu işə başqa qurumları da cəlb edib. Hazırlanma prosesində olan layihələr, həmçinin artıq istifadə olunan dərsliklər ictimai müzakirəyə çıxarılıb. Bu məqsədlə trims.edu.az adlı xüsusi portal da yaradılıb. Qeyd edək ki, müəllim, valideyn, alim və mütəxəssislərin dərsliklərlə bağlı həmin portal vasitəsi ilə bildirdikləri irad, rəy və təkliflər nəşriyyat-müəllif heyətinin diqqətinə çatdırılır və müvafiq düzəlişlər edilir.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov da dəfələrlə çıxışında bildirib ki, gənc ölkə üçün yeni dərslik hazırlamaq heç də hər zaman asan məsələ deyil: "Bu illər ərzində müsbət təcrübə toplanıb, hansısa mərkəzlər yaradılıb, müəlliflər yetişib. Bir dərsliyi dördüncü dəfə yazan müəllif həmin dərsliyi birinci dəfədən fərqli olaraq daha yaxşı yazır. Biz bütün bunları dağıtmaq istəmirik. Əldə olanların ən yaxşılarını saxlamaq və gücləndirmək lazımdır".
Onu da qeyd edək ki, yaxın gələcəkdə Azərbaycanda hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklər də hazırlanacaq. Belə ki, dərsliklərin keyfiyyətini artırmaq üçün ehtiyat dərsliklərin hazırlanması ilə bağlı Təhsil Nazirliyinin hökumətə təqdim etdiyi qərar layihəsi qəbul edilib. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə quruma hazırda istifadə olunan dərsliklərdən əlavə, ehtiyat dərsliklərin hazırlanması səlahiyyəti verilib. Bu məqsədlə Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi yaradılıb və ehtiyat dərsliklərin hazırlanmasına başlanıb.
Ehtiyat dərsliklərin hazırlanmasına ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat dərsliklərindən başlanacaq. Keyfiyyəti tədris prosesində sınaqdan çıxarılacaq yeni dərsliklər "eksperimental dərslik" hesab ediləcək. Eksperiment ehtiyat dərsliklər həm də təcrübə olacaq. Təcrübə artdıqca təkmilləşmə prosesi dərinləşəcək və nəticədə dərslik sahəsində bir çox problem aradan qalxacaq. Belə ki, mövcud qaydalarla on il ərzində keçirilən dərslik müsabiqələrində zamanın darlığı və müəllif potensialının məhdudluğu əsasən 2 problemin yaranmasına səbəb olub. Birinci problem təkliflərin azlığıdır. İkinci problem isə hər hansı fənn üzrə, ümumiyyətlə, təklif olmamasıdır. Ehtiyat dərslik hazırlanmasında isə tamamilə fərqli situasiya olacaq. Burada rəqabət deyil, əməkdaşlıq mühiti şəraitində aparılacaq tədqiqatlar nəticəsində dərsliklər yaradılacaq. Beləliklə, ortaya tədqiqat xarakterli bir iş qoyulacaq. Proses tamamilə fərqli şərtlərlə, daha azad və yaradıcı şəkildə həyata keçiriləcək. Hazırlanacaq dərsliklər bir çox məktəbdə sınaqdan çıxarıla bilər.
Məsələ ilə bağlı fikirlərini bildirən təhsil üzrə ekspert Etibar Əliyevin sözlərinə görə, dərsliklərin yazılmasına və çapına bir çox qurumlar cavabdehdirlər: "Bu qurumlar nəşriyyatlar, Dərsliklərin Qiymətləndirmə Şurası və Təhsil Nazirliyinin Tədris resursları şöbəsidir. Uzun illərdir ki, dərsliklərdəki ciddi problemlərdən danışırıq. Dərsliklərdə üslub səhvləri, məzmun səhvləri, həmçinin redaktə, korrektə səhvlərinə rast gəlinir. Eyni zamanda, orta məktəb dərslikləri hələ ki dəqiq və dərin təhlil olunmur. Əgər o proses başlasa, onda çox dəhşətli qüsurlarla rastlaşarıq. Ən azı müqayisə metodunu götürsək, uşaqların idrakı və təfəkkürünün formasına müsbət təsir edən mətinlərin azdığını götürsək, vəziyyətin daha ağır olduğunu deyə bilərik. Əgər bu səhvlər tamamilə aradan qaldırılsa, dərsliklərlə bağlı qüsurlar da azalar".
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilov deyib ki, peşəkar dərslik yazanların bu sahədən nisbətən uzaq düsməsi problemin həllinin qarşısını alır: "Bilirsiniz ki, ölkəmiz müstəqillik əldə edənə qədər dərsliklər əsasən Moskvada hazırlanırdı. Riyaziyyat, kimya, biologiya, fizika kimi fənlər tərcümə olunurdu. Ancaq Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi və sair fənlər isə o dərsliklərin dilinə, üslubuna uyğunlasdırılaraq burada hazırlanırdı. Müstəqillik illərində isə biz bütün sahələrdə öz dərsliklərimizi yaratdıq. Şübhəsiz ki, bizim dərslik hazırlamaq sahəsində elə də təcrübəmiz yox idi. Ona görə də indiki dərsliklərin əksəriyyətinin dilində, üslubunda problemlər mövcuddur. Düzdür, artıq 25 ildən çoxdur ki, dövlətimiz müstəqildir. Əslində, bu illər ərzində dərsliklərin sağlamlasdırılması istiqamətində çox islər görmək olardı, lakin görə bilməmişik. Təbii ki, dərsliklərlə bağlı yaranan problem və narazı-lıqlar Təhsil Nazirliyinə də məlumdur. Həmin nöqsanların aradan qaldırılması istiqamətdə müəyyən islər görür. Məsələn, Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi müsabiqə yolu ilə seçilir. Deyək ki, Təhsil Problemləri İnstitutunda xüsusi Dərslik-tədris vəsaitləri şöbəsi yaradılıb. Eyni zamanda, sayt yaradılıb və dərsliklər çapa getməmisdən əvvəl ictimai müzakirəyə verilir. Güman edirik ki, bütün bunlar nəticəsində növbəti illərdə hazırlanan dərsliklərdə mövcud nöqsanlar təkrarlanmayacaq".

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:

"Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib"

DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir

DİQQƏT! Təhsil İnstitutu bu müəllimləri əməkdaşlığa dəvət edir

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Dərslikləri Qiymətləndirmə Şurasının tərkibi yenilənir

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

Almaz Həsrət-“Bütün dərsliklərin monitorinqinin aparılmasına ehtiyac var”

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur

“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır, elmi qüsurlar və uyğunsuzluqlar çoxdur"

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Mikayıl Cabbarov kurikulumu ləğv edir

Mikayıl Cabbarov kurikulumu ləğv edir

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

DİM: X sinif dərsliklərində səhvlərə yol verilib

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

"Hər müəllim ekspert ola bilməz"-Almaz Həsrət

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Na­dir İs­ra­fi­lov:

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Azərbaycan təhsilində fəlsəfə və informatika fənləri proqram və dərsliklərin əhatəsində yoxdur.

Yanvarın 27-də Şəhər 5 nömrəli tam orta məktəbdə metodik bölmə iclasları keçirilib

Yanvarın 27-də Şəhər 5 nömrəli tam orta məktəbdə metodik bölmə iclasları keçirilib

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?