AzTehsil.com

Xəbərlər / Valideyn / Digər Elan / Cəmiyyət / Bölgə
17 sentyabr 2025
721

"Savadsız analar çox vaxt ənənəvi çərçivələrlə kifayətlənirlər"



Təhsilsiz analar övladlarının gələcəyinə məhdudlaşdırır.

Ala-yarımçıq orta təhsil alan, erkən nigahla yalnız məişət mövzularında qalan anaların yaratdığı ailədaxili mühit və ailədaxili psixoloji iqlim birbaşa onların tərbiyə etdiyi uşaqlara da təsirsiz qalmır.


AzTehsil.com- n əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında deputat Mehriban Vəliyeva söyləyib. 


Cəmiyyətin inkişafı insan kapitalının keyfiyyəti ilə sıx bağlıdır:


"İnsan kapitalının formalaşmasında isə ailə institutunun, xüsusən də ananın rolu müstəsna əhəmiyyət kəsb edir. Çünki ana övladın ilk sosial müəllimi və ilkin sosiallaşma mühitinin yaradıcısıdır.


Bu baxımdan “təhsilli ana” anlayışı yalnız formal təhsil sənədinə malik olmaqla məhdudlaşmır; həmin anlayış həmçinin maariflənmə səviyyəsini, dünyagörüş genişliyini və müasir sosial tələblərlə ayaqlaşmaq bacarığını da ehtiva edir.


 Elmi ədəbiyyatda “təhsil” anlayışı yalnız formal biliklər sistemi deyil, həm də insanın sosial davranışlarını, dəyərlərini, həyat bacarıqlarını əhatə edən geniş bir anlayış kimi izah olunur. Bu mənada “təhsilli ana” – övladının inkişafına yalnız intellektual deyil, həm də psixoloji və sosial dəstək verən, həyat bacarıqlarını ötürən şəxsdir".


Savadsız analar çox vaxt ənənəvi çərçivələrlə kifayətlənirlər:


"Ala-yarımçıq orta təhsil alan, erkən nigahla yalnız məişət mövzularında qalan anaların yaratdığı ailədaxili mühit və ailədaxili psixoloji iqlim birbaşa onların tərbiyə etdiyi uşaqlara da təsirsiz qalmır. Şəxsi nümunəsi ilə də övladları üçün geniş üfüqlər aça bilmir və düzgün yönləndirməkdə çətinlik çəkirlər. Bu səbəbdən qızların təhsil alması, dünyagörüşlü olması ən vacib məsəsləldəndir. Gələcək nəslin düzgün tərbiyə olunması, düzgün yönləndirilməsi bundan çox asılıdır. Təhsilli analar övladlarını qlobal dünyaya açır, dəyişən sosial-mədəni mühitə uyğun hazırlayır. Savadsız analar isə çox vaxt ənənəvi çərçivələrlə kifayətlənirlər.


Elmi araşdırmalar göstərir ki, valideynlərin, xüsusən də anaların təhsil səviyyəsi övladların məktəb nailiyyətləri və sosial adaptasiyası ilə birbaşa korrelyasiya təşkil edir. Doğulan uşaqlarda ölüm halları da məhz daha çox savadsız və erkən nikahdan dünyaya gələn uşaqlar arasında olur. Uşaqların fiziki və emosional sağlam böyüməsi və intellektual inkişafı üçün düzgün və elmi yanaşma analardan bu prosesə hazırlıq zamanı çox ciddi maariflənmə tələb edir. Unutmayaq ki, ana olmaq yalnız dünyaya övlad gətirmək deyil. Ana olmaq dünyaya gətirdiyin övlad qarşısında, gələcək cəmiyyət qarşısında ciddi məsuliyyətdir".


Təhsilli anaların övladları cəmiyyətə daha bilikli, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi daxil olur:


"Ailə mühitində formalaşan bilik və dəyərlər son nəticədə cəmiyyətin intellektual potensialını müəyyən edir. Təhsilli anaların övladları cəmiyyətə daha bilikli, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi daxil olur. Təhsilsiz anaların övladları arasında uğurlu fərdlər yetişsə də, bu proses daha çox şəxsi səy və təsadüfi imkanlarla bağlı olur. Ola bilər ki təhsilli şəxslər arasında mənəvi keyfiyyətləri aşınan şəxsləri və ya gözəl şəxsiyyətlər tərbiyə edən savadsız nənələri də misal gətirənlər olacaq, bunlar sözsüz düzgün hesab edilən fikirlərdir. Yalnız söhbət savadlı və savadsız yanaşmadan və onun yaratdığı və insanın həyata hazırlığında yaratdığı təsirdən gedir. Məsələyə bu aspektdən yanaşaq.


Nəticə etibarilə “təhsilli ana” anlayışı yalnız formal təhsil sənədinə sahib olmaqla məhdudlaşmamalıdır. Əsl təhsilli ana – övladının sosial, intellektual və psixoloji inkişafına yön verən, müasir cəmiyyətin tələblərinə uyğun dəyərləri ötürən insandır. Onun təsiri fərdi taleləri aşaraq bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafına xidmət edir. Bu səbəbdən qadınların təhsil səviyyəsinin yüksəldilməsi təkcə gender məsələsi deyil, həm də strateji inkişaf məsələsi kimi qiymətləndirilməlidir".



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

İlham Əliyev AMEA-nın nizamnaməsində dəyişiklik etdi

Təhsilsiz qız: savadsız cəmiyyət....

Təhsilsiz qız: savadsız cəmiyyət....

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında ailədaxili münasibətlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Uşaq şəxsiyyətinin formalaşmasında valideynlərin rolu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Ailənin tərbiyə vəzifələri və imkanları haqqında

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi