Körpələr evi-uşaq bağçasının dəhlizində olan- HADİSƏ
Bakıdakı 265 nömrəli körpələr evi-uşaq bağçasının dəhlizində tavandan bərk cisim parçasının düşməsi nəticəsində bir uşaq xəsarət alıb.
AzTehsil.com müəssisədən “Azərbaycan müəllimi”nə bildirilib ki, tibb bacısı tərəfindən uşağa ilkin tibbi yardım göstərilib.
Bağça rəhbərliyi tərəfindən uşağın valideyninə dərhal məlumat verilib.
Uşaq səhiyyə müəssisəsində müayinə olunub, uyğun tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb.![]()










