AzTehsil.com


Xəbərlər / Müəllim
19 fevral 2023
2 128


Məktəbdə tibb bacısının əmək funksiyaları




 

1.    Ümumi müddəalar

1.1.    Məktəbin tibb bacısı (qardaşı), orta ixtisas təhsilli, tibb mütəxəssisləri tərəfindən, ərazidə yerləşən tibb müəssisəsi tərəfindən təyin edilir və həmin tibb müəssisəsinin ştatlı işçisi sayılır;

1.2.    Məktəbin tibb bacısı (qardaşı) ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi, məktəb direktoru ilə razılaşdırılmış qaydada təyin edir, vəzifədən azad edir;

1.3.    Məktəbin tibb bacısı öz fəaliyyətini mövcud qanunvericiliyə, məktəb nizamnaməsinə uyğun olaraq məktəb direktorunun və məktəbin  həkiminin rəhbərliyi altında həyata keçirir;

1.4.    Məktəbin tibb bacısı öz fəaliyyətini qurarkən:

    AR Konstitutsiyasına

    AR Səhiyyə orqanlarında qulluqda olan dövlət qulluqçularının etik davranış qaydalarına;

    Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid – İxtisas Sorğu Kitabçasına (81 – ci hissə)

    Məktəb Nizamnaməsinə

    Onunla bağlanmış əmək müqaviləsinə

    Vəzifə səlahiyyətləri çərçivəsində məktəb direktoru və məktəb həkiminin tapşırıq və göstərişlərinə

    Bu təlimata

    Tibb bacısının nəzəri və praktik biliklərinə 

    Tibbi ləvazimatları istifadə edərkən əməyin mühafizəsi qaydalarına

    Peşəkar ünsiyyət qaydalarına

    Məktəbli gigiyenasına

    Şagirdlərin yaş fiziologiyasına və psixologiyasına 

    Məktəbdaxili intizam qaydalarına

    Müəssisənin sanitar – gigiyenik qaydalarına

    Yanğından mühafizə qaydalarına .

    Texniki təhlükəsizlik qaydalarına əsasən 

2.    Tibb bacısının  əmək funksiyasına daxildir:

2.1.    Tibbi xidmət təşkil etmək, şagirdlərə, müəllimlərə və digər məktəb işçilərinə. İlkin tibbi yardım göstərmək;

2.2.    Məktəbin sanitar – gigiyenik vəziyyətini yoxlamaq və nəzarət etmək, məktəb bufetində olan qidaların şagirdlərin  sağlamlığına ziyanlı olub – olmamasına, içməli su qovşağının təmizliyinə nəzarət etmək;

2.3.    Şagirdlərin və məktəb işçilərinin sağlam həyat tərzini qorumaq, təşkil etmək, maarifləndirici tədbirlər hazırlayaraq həyata keçirtmək;

3.    Məktəbin tibb  bacısının (qardaşının) vəzifə səlahiyyətləri:

3.1.    Məktəbdə qənaətbəxş sanitar – gigiyenik rejimin yaranmasını, şagirdlərin sağlamlığını müəllim və digər məktəb işçilərinin sağlam əmək şəraitini təmin edir;

3.2.    Xəstələnmiş və ya hər hansı bədbəxt hadisədə zədə almış şəxslərə ilkin tibbi yardım göstərir, yaxınlıqdakı tibb müəssisəsinə göndərir və ya təcili tibbi yardım xidmətini çağırır;

3.3.    Məktəb binasının və ərazisinin sanitar vəziyyətiniə nəzarət edir;

3.4.    Şagirdlərin tibb müayinəsini təşkil edir, ayrı –ayrı sahələr üzrə həkimlərin iştirakı ilə şagirdlərin müayinəsində iştirak edir. Sinif rəhbərlərinə, məktəb rəhbərliyinə keçirilmiş müayinələrlə bağlı məlumat verir;

3.5.    Şagirdlərin, pedaqoji, tədris – köməkçi və texniki heyyətin hərhansı bir üzvünün, sağlamlığı ilə yaranmış problemlə bağlı, baş vermiş bədbəxt hadisə zamanı xəsarəet alan şəxslərlə, görülmüş tədbirlərlə bağlı dərhal məktəb həkiminə, məktəb rəhbərliyinə məlumat verir;

3.6.    Məktəb üzrə xəstələnmiş bütün şəxslərlə  bağlı qeydiyyat aparır, infeksion xəstəliklərə yoluxmuş şagirdlərin və işçilərin qeydiyyatını aparır, lazım gələrsə onları məktəbdən, tədris prosesindən müvəqqəti uzaqlaşdıraraq, infeksionun yayılmasının qarşısını alır. Ehtiyac yaranarsa məktəb həkimi ilə birlikdə siniflərdə karantin elan edir və karantinin əməl edilməsinə nəzarət edir;

3.7.    İnfeksion xəstəliklərə yolukmuş hər bir şagird haqqında xüsusi qeydlər aparır. Bununla bağlı, məktəb həkiminə, ərazidə yerləşən poliklinikaya, məktəb direktoruna məlumat verir;

3.8.    Ttəqvim üzrə profilaktik müayinələrin və  peyvəndlərin aparılmasının vaxtını məktəb həkimi ilə dəqiqləşdirir;

3.9.    Tətillərdən sonra şagirdlərin tibbi müayinəsini təşkil edir;

3.10.    Hər hansı bir səbəbdən uzunmüddət dərsə gəlməyən şagirdlərin, məktəbə gələrkən müayinəsini təşkil edir;

3.11.    Bu və ya digər səbəblərdən alınmış zədələrin statistikasını hazırlayır, qeydiyyat aparır;

3.12.    Şagirdlərdə aşkar edilmiş xəstəliklərlə bağlı onların vaıideynlərinə (valideynləri əvəz edən şəxslərə) məlumatlar verir;

3.13.    Yay tətili dövrü üçün şagirdlərin tibbi kartlarını hazırlayır, tədris ili boyunca tibbi kartlarda lazımi qeydiyyatlar aparır;

3.14.    Şagirdlərin şəxsi gigiyenik vəziyyətini dövrü olaraq yoxlayır, düzgün gigiyena haqqında məlumatlar verir;

3.15.    Şagirdlərin dərs məşğələləri zamanı sağlamlığına ziyan gətirmədən yüklənməsinə nəzarət edir;

3.16.    Sağlamlığında problem olan şagirdlərlə bağlı fiziki tərbiyə müəllimlərinə vaxtında məlumat verir, həmin şagirdlərin fiziki tərbiyə dərslərindəki fəliyyətinə nəzarət edir;

3.17.    Müəllimlərlə sinif otaqlarında partaların düzüıüşü, şagirdlərin boy və görmə qabiliyyətlərinə görə oturması ilə bağlı məsləhətləşmələr aparır;

3.18.    Hər gün məktəb bufetində nəzarəti həyata keçirdir, burada olan qida məhsullarının istehlak vaxtına, məktəbin içməli su qovşağına xüsusi diqqət edir;

3.19.    Tibb otağında olan tibbi ləvazimatların Saxlanmasinin sanitar – gigiyenik qaydalarına əməl edir;

3.20.    Ehtiyac olan dərmanlar, sarğı və digər tibbi ləvazimatlarla bağlı ərazidə olan tibbi müəssisəyə təqdimatla müraciət edir;

3.21.    Tibbi xidmətlə bağlı sənədləşməni dəqiq, səliqəli və sistemli şəkildə yerinə yetirir;

3.22.    Məktəbin daxili intizam qaydalarına yanğından mühafizə əməyin mühafizəsinə və sanitar – epidomioloji rejim qaydalarına ciddi əməl edir;

3.23.    Məktəb rəhbərliyi qarşısında pedaqoji, tədris – köməkçi və texniki heyyətin, şagirdlərin, məktəbə gələn nümayəndələrin və valieynlərin sağlamlığı ilə bağlı yarana biləcək hər hansı bir təhlükə ilə bağlı məsələ qaldırır;

3.24.    Məktəbin tibb bacısı (qardaşı) aşağıdakı sənədləşməni yerinə yetirir:

    Peyvəndlərin aparılması ilə bağlı məlumat kitabı;

    Tibbi xidmətlə bağlı edilmiş müraciətlər kitabı;

    Fiziki tərbiyə dərslərindən azad edilmiş şagirdlərin qeydiyyat kitabı;

    Məktəbin sanitar vəziyyətinin qeydiyyat kitabı;

    Bədbəxt hadisələrin qeydiyyatı kitabı;

    Siniflər üzrə profilaktik baxış kitabı (hər sinif üzrə ayrı hazırlanır);

    Xroniki xəstə olan şagirdlərin qeydiyyatı kitabı;

    İnfeksion xəstəliklərin qeydiyyatı kitabı;

3.25.    İxtisasını və biliklərini artırmaq üçün daim çalışır;

4.    Məktəbin tibb bacısının hüquqları

4.1.    Məktəbin sanitar vəziyyəti ilə bağlı monitorinqlər aparır, təsərrüfat işləri üzrə direktor müavininə lazımi məsləhətəlr vermək;

4.2.    Məktəbin şagirdlərə, pedaqoji tədris – köməkçi və texniki heyəti sanitar – gigiyenik normaların yerinə yetirilməsi ilə bağlı vəzifə səlahiyyətləri çərçivəsində tapşırıqlar vermək;

4.3.    Məktəbdə sanitar – epidemioloji rejimin pozulması ilə bağlı məktəb direktoru qarşısında məsələ qaldırmaq, vəziyyətin aradan qaldırılması, yaxşılaşdırılması ilə bağlı məsləhətlər vermək;

4.4.    Öz fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məktəb direktoruna təkliflər vermək;

4.5.    Özünün əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı sinif rəhbərlərindən, məktəb rəhbərlərindən məlumat almaq;

4.6.    Pedaqoji Şurada və digər toplantılarda tibbi xidmətlə bağlı məsələlərin müzakirəsi zamanı iştirak etmək;

4.7.    Tibb işçilərinin qanunla qadağan edilən smeinar, təlim və toplantılarında iştirak etmək;

4.8.    Peşə ləyaqətini və şərərfini qorumaq;

4.9.    Fəaliyyəti haqqında olan şikayətlərlə tanış olmaq, izahatlar vermək;

4.10.    İxtisas dərəcəsini qaldırmaq üçün attestasiya və müsahibələrdə iştirak etmək;

5.    Tibb bacısının (qardaşının) məsuliyyəti:

5.1.    Məktəbin tibb bacısı, əmək funksiyasının düzgün və ya tam yerinə yetirilməməsinə, onun tərəfindən məktəb Nizamnaməsinin, daxili nizam – intizam qaydalarının pozulmasına, əmək intizamının pozulmasına, AR Əmək Məcəlləsinin, işi ilə bağlı digər qanun verici aktlarının pozulmasına görə;

5.2.    Tibbi sənədləşdirmənin düzgün yerinə yetirilməməsi, fəaliyyət sahəsinə aid hesabatların və məlumatların vaxtında, düzgün hazırlanmamasına görə;

5.3.    Əməyin mühafizəsi, yanğından mühafizə, sanitar – epidemioloji normaların yerinə yetirilməməsinə görə;

5.4.    Hərəkətsizliyi və ya hərəkətliliyi nəticəsində dəymiş maddi və mənəvi ziyana görə AR Qanunvericiliyinə görə məsuliyyət daçıyır;


6.    Tibb bacısı (qardaşı) fəaliyyəti zamanı əməkdaşlıq edir:

6.1.    Həftəlik 40 saat iş rejimi ilə işləyir;

6.2.    Məktəb direktoru, ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi, sinif rəhbərləri, məktəb psixoloqu, direktor müavinləri, sahə həkimi  ilə həkim mütəxəssislər əməkdaşlıq edir;

6.3.    Ərazidə yerləşən tibb müəssisəsinin baş həkimi və məktəb direktorundan fəaliyyəti ilə bağlı təlimatlar, tapşırıq və məsləhətlər alır;

6.4.    Fəaliyyəti zamanı Pedaqoji heyyət, valideyinlərlə  (onları əvəz edən şəxslərlə) sıx əməkdaşlıq edir;

6.5.    Tibb otağının fəaliyyət planını hazırlayır, həyata keçirir;





Загрузка...
Həmçinin oxuyun:
Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası  ( Yeni TİVTSK-dan)

Ümumtəhsil məktəbində müəllimin əmək funksiyası ( Yeni TİVTSK-dan)

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə NK-nın 186 saylı QƏRARI

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Nümunəvi intizam qaydaları

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN   ETİK   DAVRANIŞ  QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Əmək müqaviləsinin  bağlamnması  , məzmunu, forması , müddəti

Əmək müqaviləsinin bağlamnması , məzmunu, forması , müddəti

Müəllim   təhsilalanların   şərəf   və   ləyaqətinə   hörmətlə yanaşmalı

Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi