AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Vakansiya / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Manşet / Bölgə
10 avqust 2025
996

BDU-da “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib



Bakı Dövlət Universiteti (BDU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib.


AzTehsil.com xəbər verir ki, bu barədə Universitetdən  bildirilib ki, gənc proqramçılar üçün keçirilən xüsusi müsabiqə Azərbaycanın ilk proqramçısı, BDU-nun dosenti olmuş Ramin Mahmudzadənin irsini gənc nəslə çatdırmaq, onlara proqramlaşdırma sahəsində bilik və bacarıqlar qazandırmaq, yeni istedadları üzə çıxarmaq məqsədilə təşkil edilib.


BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulub. Ali təhsil müəssisələri üçün də tədqiqat, təhsil və sənaye üçlüyünün inkişafını təmin etmək qarşıda duran əsas vəzifələrdəndir. BDU ölkədə lider universitet mövqeyini qoruyub saxlamaqla yanaşı, regionda elm və təhsil üçün dünya səviyyəli platformaya çevrilməyi qarşısına hədəf qoyub. Kompüter və proqramlaşdırma elmləri BDU-da prioritet sahələrdən biridir, universitetdə Rəqəmsal tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. BDU, həmçinin olimpiada hərəkatının aktiv iştirakçısıdır. Üç ildir ki, BDU ali məktəb tələbələri arasında respublika olimpiadaları keçirir. O, “R.M 90” proqramlaşdırma müsabiqəsinin də qeyd olunan məqsədlərə xidmət etdiyini bildirib.


Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov ötən əsrin 70-ci illərinin əvvəllərində respublikada ilk dəfə ilk olaraq proqramçı siniflərinin banisi olan və müstəqillik dövründə proqramlaşdırma istiqamətindəki beynəlxalq yarışların ilk iştirakçılarını hazırlayan Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş belə bir müsabiqənin həm də hesabat xarakteri daşıdığını vurğulayıb. Ramin Mahmudzadə ilə bağlı xatirələrini bölüşən Vüsal Xəlilov onun şərəfli müəllimlik missiyasını yerinə yetirdiyini deyib: “Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda da rəqəmsal maliyyə təşəbbüsləri, innovasiyaların təşviqi ilə maliyyə xidmətlərinə əlçatanlığın artırılması, rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün kibertəhlükəsizliyin gücləndirilməsi ilə maliyyə bazarlarının fəaliyyətinin dayanıqlılığının artırılması məsələləri əsas kimi götürülüb. Bunun üçün belə kadrlara ciddi ehtiyac var. Bu müsabiqə yüksək intellektə malik gəncləri tanıdacaq”.


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Şahin Əliyev müsabiqə barəsində məlumat verib. “R.M 90” proqramlaşdırma müsabiqəsinin bu il ilk dəfə olaraq Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalında azərbaycanlı qalibləri təqdim etmək məqsədi daşıdığını bildirib. Müsabiqə, həmçinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrasını özündə ehtiva edir.


Sonra dosent Ramin Mahmudzadənin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.


“49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Dünya Finalının direktoru Fuad Hacıyev və ICPC Azərbaycan İcmasının direktoru Etibar Seyidzadə müsabiqənin gənclərin bilik və bacarıqlarının inkişafı, yeni istedadların kəşf olunması və proqramçılar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini deyib, müsabiqənin şərtləri və gedişatı haqqında məlumat veriblər.


Daha sonra müsabiqə başlayıb. Müsabiqədə ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-yə qədər tələbə 4 saat ərzində verilmiş xüsusi proqramlaşdırma tapşırıqlarını həll ediblər.


Avtomatlaşdırılmış şəkildə aparılan qiymətləndirilmə mərhələsindən sonra müəyyən edilən ilk üç yerin qalibi avqustun 31-dən sentyabrın 5-dək Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalı səhnəsində (Bakı Konqres Mərkəzində) xüsusi mükafat və sertifikatlarla təltif olunacaq.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Samux Təhsil Şöbəsi tərəfindən "Rayonumuzun Gənc İstedadları” adlı layihəyə start verilib

Samux Təhsil Şöbəsi tərəfindən "Rayonumuzun Gənc İstedadları” adlı layihəyə start verilib

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

MEK Hüseyn Cavidin və Kazım Qarabəkirin anadan olmalarının 135 illiyinə həsr olunmuş tədbir keçirib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Təhsilin inkişafını əsaslandıran Strategiya

Təhsilin inkişafını əsaslandıran Strategiya

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?

Slavyan Universiteti ilə Təhsil Nazirliyi üz-üzə - Əcnəbi tələbələr universitetdən niyə qovulur?