90 yaşlı professor vəfat edib

90 yaşlı professor vəfat edib
Bölmə adı Xəbərlər
Yayımlandı 17 Mart 2026, 11:30

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Yusifov dünyasını dəyişib.

Aztəhsil.az xəbər verir ki, G.Yusifov 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.

1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb.