AzTehsil.com
EN


test / Kurikulum / Müəllim
31 oktyabr 2016
16 137


Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları



Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

 


                                     VARİANT 1
1. "NƏTİCƏYÖNÜMLÜLÜK” DEDİKDƏ KURIKULUMDA NƏ NƏZƏRDƏ TUTULUR?
A) Fərdin, cəmiyyətin və dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınması
B) Fəaliyyətin təhsilalanın potensial imkanlarının inkişafına yönəldilməsi
C) Təhsilalanın həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılması
D) Nəzərdə tutulan təlim nailiyyətlərinin nəticələr formasında əvvəlcədən müəyyənləşdirilməsi
E) Təhsilalanların nailiyyət səviyyəsinin qiymətləndirilməsi

2. AŞAĞIDAKILARDAN BİRİ ƏSAS STANDARTIN FUNKSİYASIDIR:
A) Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir
B) Sinif və fənlər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir
C) Təlim məqsədlərinin dəqiq müəyyən olunması üçün etibarlı zəmin yaradır
D) Təlim üsullarının seçilməsini təmin edir.E) Təlimdə inteqrativliyi təmin edir

3. MƏZMUN XƏTTİI NƏDİR?
A) Mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir
B) Fənn üzrə ümumi təlim nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir
C) Təhsilalanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir
D) Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşdırılmasıdır
E) Təlim nəticələrinin reallaşdırılması səviyyəsini yoxlamaq üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir

4. BİRİ FƏNN KURİKULUMUNUN STRUKTURUNA AİD DEYİL:
A) Fənn üzrə ümumi təlim nəticələri
B) Təlim strategiyaları
C) Şagird nailiyyətlərinin qiymətləndirilməsi
D) Təhsilin məzmunu
E) Məzmun standartlarının şərhi

5. DEKLARATİV BİLİK NƏDİR?
A) Fənn üzrə məlumat xarakterli biliklərdir
B) Hər hansı fənn və ya bilik sahəsində fəaliyyətin icrasına kömək edən, prosedur qaydaları əhatə edən biliklərdir
C) İdrak prosesinin gedişatına kömək edən biliklərdir
D) Problemin həll edilməsi yolu ilə əldə olunan yeni biliklərdir
E) Yalnız İKT-dən istifadə etməklə əldə olunan biliklərdir

6. İDRAK TAKSONOMİYASI ÜZRƏ SƏVİYYƏ VƏ TƏLİM NƏTİCƏLƏRİNİ UYĞUNLAŞDIRIN:
1. Bilik a) dəyişir,nümayiş etdirir
2. Anlama b) müəyyən edir,sadalayır
3. Tətbiqetmə c) fərqləndirir,izah edir
4. Analiz d) ayırır, müəyyən edir
A) 1-b, 2-c, 3-a, 4-d
B) 1-c, 2-b,3-d,4-a
C) 1-b,2-c,3-d,4-a
D) 1-b,2-d,3-a,4-c
E) 1-b, 2-c, 3-d, 4-a

7. MÜƏLLİMİN İNNOVATİV FƏALİYYƏTİNƏ AİD DEYİL:
A) İnnovativ təlim və informasiya texnologiyalarını tətbiq edir
B) İnnovativ yanaşmalar əsasında peşə fəaliyyətini daim təkmilləşdirməyə səy göstərir
C) Pedaqoji prosesə yeni yanaşmalar əsasında səmərəli təlim üsulları yaradır
D) İnkişafetdirici, diferensial və inteqrativ yanaşmaları tətbiq edir
E) Təlim proresində şagirdə obyekt kimi yanaşır

8. ŞAGİRDLƏRDƏ MƏNƏVİ TƏRBİYƏNİN ƏSAS METODU:
A) Danlamaq
B) Tapşırıq vermək
C) İnandırmaq
D) Cəzalandırmaq
E) Bütün cavablar doğrudur

9. DƏRSİN CARİ PLANLAŞDIRILMASINDA NƏZƏRDƏ TUTULMUR:
A) Məzmun standartlarına əsasən tədris vahidi və mövzuların müəyyənləşdirməsi
B) Dərsdə reallaşdırılacaq alt-standartlara uyğun təlim nəticələrinin müəyyənləşdirilməsi
C) Dərsin icmalının hazırlanması
D) Tapşırıqların dərsin təlim nəticələri ilə uyğunlaşdırılması
E) İş vərəqlərinin hazırlanması

10. PERSPEKTİV PLANLAŞDIRMA HANSI MÜDDƏTİ ƏHATƏ EDİR?
A) Aylıq
B) İllik
C) Gündəlik
D) Yarımillik
E) Həftəlik

11. TƏLİM STRATEGİYALARINA AİDDİR:
A) Resurslar, qiymətləndirmə standartları, tədris vahidləri
B) Təlim fəaliyyətinin planlaşdırılması, ümumi təlim nəticələri, şagird nailiyyətləri
C) Təlimin təşkilinə verilən əsas tələblər, təlim fəaliyyətinin planlaşdırılması,forma və üsullar
D) Təlim fəaliyyətinin planlaşdırılması, qiymətləndirmə standartları
E) Resurslar, təlim fəaliyyətinin planlaşdırılması, ümumi təlim nəticələri

12. BİRİ FƏAL TƏLİMİN MƏRHƏLƏSİ DEYİL:
A) Tədqiqatın aparılması
B) Motivasiya
C) Məlumat mübadiləsi
D) Yaradıcı tətbiqetmə
E) Tədqiqat sualının verilməsi

13. FƏAL TƏLİMİN REALLAŞDIRILMASI MEXANİZMİNƏ AİD DEYİL:
A) Şagird- tədqiqatçı, müəllim – fasilitator, bələdçi
B) Problem situasiyanın yaradılması
C) Təlim məqsədinin düzgün müəyyənləşdirilməsi
D) Dialoqun və əməkdaşlığın zəruriliyi
E) Psixoloji dəstək: hörmət və etibar

14. VARİANTLARDAN BİRİ FƏAL (İNTERAKTİV) TƏLİMİN XÜSUSİYYƏTİDİR:
A) Problemin həlli prosesində biliklərin müstəqil əldə edilməsi və mənimsənilməsi
B) Hazır halda əldə edilən biliklərin möhkəmləndirilməsi yolu ilə mənimsəmə
C) Yeni biliklərin müəllimin məlumatları və izahları vasitəsilə qavranılması.
D) Monoloji təlim
E) Hafizəyə əsaslanan təlim

15. AŞAĞIDAKILARDAN HANSI İŞ FORMASIDIR? 
A) Müzakirə 
B) Cütlərlə iş
C) Söz assosiasiyası 
D) Debat
E) Beyin həmləsi

16. FƏAL DƏRSİN MƏRHƏLƏLƏRİNİN DÜZGÜN ARDICILLIĞINI MÜƏYYƏN EDİN:
1. Motivasiya 
2. Qiymətləndirmə
3. Məlumat mübadiləsi 
4. Tədqiqatın aparılması 
5. Ümumiləşdirmə və nəticələrin çıxarılması
6. Məlumatın müzakirəsi 
7. Yaradıcı tətbiqetmə
A) 1,2,4,3,6,7,5 
B)1,4,3,5,7,6,2 
C) 1,4,3,6,5,7,2 
D) 1,2,6,3,5,4,7,2 
E) 1,3,4,2,5,7,6

17. DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏNİN ƏSAS MƏQSƏDİ NƏDƏN İBARƏTDİR?
A) Təlimin hər hansı bir mərhələsində şagirdlərin ilkin bilik və bacarıqlarının səviyyəsinin üzə çıxarılmasını təmin etmək
B) Şagirdlərin özünüqiymətləndirmə bacarığını inkşaf etdirmək
C) Tədris ilinin sonunda şagirdlərin nailiyyətlərini qiymətləndirmək
D) Şagirdlərin müvəffəqiyyəti barədə valideynləri məlumatlandırmaq
E) Şagirdlərin tədris vahidinin sonunda əldə etdikləri bilik və bacarıqların hansı səviyyədə olduğunu yoxlamaq

18. MÜASİR QİYMƏTLƏNDİRMƏYƏ AİD EDİLƏ BİLMƏZ:
A) Şagirdlərin yarımillik qiymətlərinin çıxarılmasında formativ qiymətləndirmə əsas rol oynayır
B) Qiymətləndirmə tədris prosesinin bütün mərhələlərində tətbiq edilir
C) Qiymətləndirmə təhsil keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır
D) Məzmun standartlarının reallaşdırılma səviyyəsini ölçmək üçün qiymətləndirmə standartları müəyyənləşdirilir
E) Şagirdin nailiyyətləri qiymətləndirilir, inkişafı sistemli şəkildə izlənilir

19. KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİ KİM TƏRƏFİNDƏN HAZIRLANIR?
A) Məktəb direktoru
B) Direktor müavini
C) Fənn müəllimi
D) Xüsusi komissiya
E) Fənn üzrə metodist

20. BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TƏDRİS İLİNİN HANSI MƏRHƏLƏSİNDƏ APARILIR?
A) Şagirdlərin ilkin bilik və bacarıq səviyyəsini qiymətləndirmək məqsədi ilə təlimin istənilən mərhələsində
B) Bəhs və ya bölmənin sonunda fənni tədris edən müəllim tərəfindən aparılır
C) Yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır
D) Dərs ilinin əvvəlindən başlayaraq gündəlik
E) Təlim prosesisinin əvvəlində

Dioqnostik qiymətləndirməyə hazırlıq. Kurikuluma dair 20 sual və cavabları

 





Загрузка...