AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
01 oktyabr 2025
806

“Oxu-yaz” deyil, “yarat və öyrən” yanaşması vacibdir




Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin bu prosesin necə təşkil olunması əsas məsələdir. Bu barədə “INMerge” sammitində danışan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sadəcə sahibkarlıq və innovasiya proqramlarının sayını artırmaq uğurlu nəticə vermir; vacib olan cəmiyyətin və yeni nəsillərin yetişdirilməsi, onların innovasiya və sahibkarlıq mədəniyyətinə sahib olmasıdır.


Məktəblərdə sahibkarlığın effektiv öyrədilməsi üçün hansı metodlar və yanaşmalar tətbiq edilə bilər?


AzTehsil.com xəbər verir ki, açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür, lakin bu prosesin necə təşkil olunması əsas məsələdir.


"Elm və təhsil naziri Emin Əmrullayevin “sadəcə sahibkarlıq və innovasiya proqramlarının sayını artırmaq kifayət etmir, vacib olan cəmiyyətin və yeni nəsillərin innovasiya və sahibkarlıq mədəniyyətinə sahib olmasıdır” fikri ilə tamamilə razıyam. Sahibkarlıq təhsili yalnız biznes qurmaq vərdişləri deyil, həm də yaradıcı düşüncə, təşəbbüskarlıq, məsuliyyət və problem həll etmə bacarıqları formalaşdırmalıdır. Bu istiqamətdə bir sıra effektiv metodların tətbiqi mümkündür. Məsələn, layihə əsaslı dərslər keçirilməlidir-şagirdlərə real problemlərin həlli üzərində işləmək, mini biznes ideyaları hazırlayıb həyata keçirmək imkanı verilməlidir".


Müsahibimiz əlavə etdi ki, mentorluq sistemi qurularaq yerli sahibkarların və mütəxəssislərin məktəblərə dəvət olunması, şagirdlərin ideyalarını dinləyib istiqamətləndirməsi vacib addımlardan biri ola bilər.


"Rəqəmsal resursların yaradılması: elektron platforma yaradılaraq şagirdlərə biznes plan nümunələri, interaktiv oyunlar və onlayn mentor dəstəyi təqdim oluna bilər. Müsabiqələr və startap marafonlarının keçirilməsi, təcrübə laboratoriyalarının qurulması kimi təşəbbüslər də həyata keçirilə bilər. 

Xarici təcrübələr də göstərir ki, düzgün yanaşma ilə məktəblərdə sahibkarlığın öyrədilməsi uğurlu nəticə verir. Məsələn, İsveçdə 1980-ci illərdən məktəblərdə sahibkarlıq təhsili yaradıcı düşüncənin inkişafı ilə bağlıdır. Hindistanda “Atal Innovation Mission” çərçivəsində məktəblərdə innovasiya laboratoriyaları qurulub. "School Enterprise Challenge" 90-dan çox ölkədə məktəblilərin rəhbərlik etdiyi kiçik biznesləri dəstəkləyir. NFTE (Network for Teaching Entrepreneurship) isə gənclərə biznes planlaşdırma və innovasiya bacarıqları öyrədir.Ölkəmizdə də  bu istiqamətdə pilot məktəblərdə layihələrin başlanması, müəllimlər üçün xüsusi təlimlərin keçirilməsi, şagird ideyalarının qrantlarla dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı ilə milli platforma yaradılması mümkün ola bilər. Sahibkarlıq yalnız fənn kimi deyil, həyat bacarığı kimi məktəblərdə tədris olunmalı, sahibkarlıq isə “oxu-yaz” biliklərindən çox, yaradaraq öyrənmə (learning by doing) prinsipinə əsaslanmalıdır. Əks halda bu ideya da formal tətbiqdən başqa bir nəticə verməyəcək", - deyə Sona Əliyeva yekunlaşdırıb.



Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Tərbiyənin metodları

Tərbiyənin metodları

“INMerge” İnnovasiya Sammiti keçirilib

“INMerge” İnnovasiya Sammiti keçirilib

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

“Yaz həyəti” layihəsinə yekun vuruldu

“Yaz həyəti” layihəsinə yekun vuruldu

Metodbirləşmələr

Metodbirləşmələr

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Pedaqoji tədqiqatlara yeni yanaşmalar

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Göygöl məktəbliləri  tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Göygöl məktəbliləri tətil müddətində Şəmkir rayonunda təşkil olunan Skautların Yaz düşərgəsində iştirak edib

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Təhsil proqramlarının rolu və əhəmiyyəti: “Proqramların icrası hansı səviyyədədir?”- Ekspertlər danışdı

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür"

"Azərbaycanda məktəblərdə sahibkarlığın öyrədilməsi mümkündür"

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə