AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bakalavr / Bölgə
24 oktyabr 2025
1 233

Onların təhsilhaqqını gələn il də dövlət ödəyəcək





 Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi zamanı 2026-cı il üçün proqnozlaşdırılan təhsil xərclərinin 41,8 milyon manatı güzəştli kateqoriyaya aid ediləcək.


 AzTehsil.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2026-cı il üzrə büdcə zərfi layihəsində qeyd olunub.


 


Modern.az-ın məlumatına görə, bu, gələn il də ali məktəblərdə güzəştli kateqoriyadan olan tələbələrin imtiyazlarının qüvvədə saxlanılacağı anlamına gəlir.


 


Həmin kateqoriyaya keçmiş məcburi köçkünlər, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əlil olmuş şəxslərin övladları olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsinin üzvü olan, eləcə də peşə təhsili müəssisələrində 20 yaşına çatmamış və orqanizmin funksiyaları 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər daxildir.


 


Ümumilikdə gələn il yuxarıda adları çəkilən güzəştli kateqoriyadan olan 18,5 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri 41,8 milyon manat sərf olunacaq;


 


- əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kreditinin verilməsi və təhsil sahəsində rəqabətli maliyyələşmə və idarəetmə mexanizmlərinin yaradılması və tətbiqi üçün növbəti ilin dövlət büdcəsində 15,0 milyon manat vəsait nəzərdə tutulub.


 


Əvvəlki illərdə ayrılmış vəsaitlər də nəzərə alındıqda, ümumilikdə Təhsil Tələbə Kredit Fondunun resurs zərfi 141,0 milyon manat təşkil edəcək;- müvafiq tədris illərində 5 yaşlı 87,0 min nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması ilə bağlı xərclərə 37,4 milyon manat;



- Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində oxuyan şagirdlərin 2026/2027-ci tədris ilində 300-dən çox adda təqribən 7,7 milyon nüsxə pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclərə 19,0 milyon manat;- xüsusi təhsilə cəlb olunan 13412 nəfərin valideynlərinə və ya qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinət üçün 8,1 milyon manat;- pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakın daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əməkhaqqına əlavənin ödənilməsi üçün 20,1 milyon manat;


 


- Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılmasının genişləndirilməsi ilə bağlı xərclər üçün 38,3 milyon manat vəsait proqnozlaşdırılıb.


 


Dövlət dəstəyi olaraq bəzi ali təhsil müəssisələrinin xərclərinin qismən qarşılanması üçün 2026-cı ilin dövlət büdcəsində 100,1 milyon manat məbləğində subsidiya nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 4,0 milyon manat və ya 4,1 faiz çoxdur.


 



Həmçinin oxuyun:
Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Bu şəxslər ödənişsiz təhsil alacaqlar

Bu şəxslər ödənişsiz təhsil alacaqlar

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Təhsil haqqından azad TƏLƏBƏLƏR

Təhsil haqqından azad TƏLƏBƏLƏR

Bu şəxslər təhsil xərcindən AZADDIR

Bu şəxslər təhsil xərcindən AZADDIR

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Ödənişli əsaslarla oxuyan hansı tələbələr təhsil haqqından azad ediləcək? - Konstitusiya Məhkəməsinin CAVABI

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Terror və təxribat həmişə Ermənistanın dövlət siyasəti olubdur.

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Bu tələbələr təhsil haqqından tam azaddır - Açıqlama

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Ümumtəhsil internat məktəblərinin nümunəvi Əsasnaməsi NK-nin 5 may 1994-cü il tarixli, 176 №-li qərarı

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI

Köçürülən tələbələr təhsilhaqqını necə ödəyəcək? - Nazirlik AÇIQLADI

Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”

Attestatı əlindən alınan Orxan: “Təhsilhaqqını bu müğənni ödəyəcək”