AzTehsil.com


Pedoqojitəcrübə / Müəllim
12 sentyabr 2016
54 626


Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ



 

 Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

 

Fənn metodbirləşmələri: Metodik iş müəllimin peşə ustalığının və ixtisas səviyyəsinin  artırılması üzrə məqsədyönlü, sistemli, kollektiv və fərdi, nəzəri və praktik fəaliyyətidir. Bu da onu göstərir ki, metodik iş məktəbdə təlim-tərbiyyə prosesinin idarə edilməsinin bir vasitəsidir.
Psixoloji ustalıq-müəllimin praktik fəaliyyəti sayəsində əldə edilən nəticədir. Buna görə də məktəb müəllimlərlə aparılan bütün metodik işlərin mərkəzində durur. Məktəbdə aparılan metodik işlər ixtisasartırmanın bütün istiqamətlərinin ümumiləşdirilməsi və onların praktikada tətbiqi kimi qiymətləndirilməlidir. Odur ki, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması işinin əsaslı şəkildə yaxşılaşdırılması və onun vahid dövlət siyasəti olması dövlətin bu sahədə qəbul etdiyi son qərarlarda öz əksini çox vacib bir məsələ kimi tapır.
Məktəbdə metodik işlərin iki forması: fərdi və kollektiv formaları fəaliyyət göstərir. Fərdi iş formasına – müəllimin öz ixtisası ilə bağlı fərdi fəaliyyəti; qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və tətbiqi; ixtisasına və elmi- metodiki işlərə dair radio- televiziya verilişlərinə baxması və özü üçün məlumat toplaması; özüntəhsilyolu ilə pedaqoji, psixoloji və metodiki ədəbiyyatı mütaliə etməsi; elmi- praktik konfranslarda, ixtisasartırma kurslarında vaxtaşırı iştirak etməsi, elmi-metodiki mövzularla  mətbuatda və konfranslarda çıxış etməsi və s. daxildir.
Kollektiv iş formasına- fasiləsiz təhsil sistemində müəllimlərlə aparılan bütün işlərin müzakirəsində olan, məktəb daxilində aparılan müxtəlif metodik işlər içərisində başlıca yeri tutan, təlim-tərbiyə prosesinin kollektiv idarəetmə formasıdır. Ayrı-ayrı fənlər üzrə yaradılmış metodbirləşmələr həmin fənn üzrə ən azı 3 nəfər olduqda yaradılır. 3 nəfərdən az olduqda isə inteqrativ fənn müəllimlərinin  (fizika-riyaziyyat; kimya-bialogiya; tarix- coğrafiya və s.) metodbirləşmələri təşkil olunur.  Metodbirləşmələr adətən ixtisasını yaxşı bilən və təcrübəli müəllimlərdən təyin olunur ( məktəb üzrə dərs ilinin əvvəlində I pedaqoji şurada müəyyənləşdirilir və direktor tərəfindən əmrləşdirilir). Metodbirləşmələrin  yığıncaqları ildə   3-4 dəfə keçirilir. Metodbirləşmə sədri metodbirləşmə üzvləri haqqında məlumatı, metodbirləşmə işinin planlaşdırılması, onun məşğələlərinin hazırlanması və keçirilməsi, açıq dərslərin təşkli, metodik işin öyrənilməsi tətbiqi və s. işləri görür.
Metodbirləşmənin məzmununa gəldikdə isə buraya tədris proqramı materiallarının planlaşdırılması; yeni təlim metodlarının tətbiqi məsələləri; mübahisəli pedaqoji məsələlərin müzakirəsi; pedaqogika  və metodikaya aid yenilikləri müəllimlər arasında yaymaq; müəllim-şagird münasibətlərinin vəziyyətini öyrənmək; dərsin demokratikləşməsi, intensivləşməsi və humanistləşdirilməsi məsələləri; təlim zamanı şagirdlərin faəllığının və müstəqilliyinin təmin edilməsi; dərsdə şagirdlərin meyl, maraq və qabilyyətlərinin nəzərə alınması; pedaqoji prosesin idarə edilməsinin səmərəli yolları; dərsin təlim, tərbiyə və inkişaf etdirici funksiyalarının həyata keçirilməsi; dərsdə milli xüsusiyyətlərinin  nəzərə alınması; yeni nəşr olunmuş dərslik və metodik vəsaitlərin müzakirəsi, müəllimlərin fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər təşkil etmək; sinifdənxaric məktəbdən kənar tədbirlərin təşkili; açıq dərslərin təşkili; müəllimlərin ixtisasının artırılmasının formalarının müəyyənləşdirilməsi; imtahan işlərinin, yoxlama yazı işlərinin mətni və s. daxildir.
İbtidai siniflər üzrə adətən bir metodbirləşmə təşkil olunur, rəhbəri isə qabaqcıl sinif müəllimlərindən biri təyin edilir. Bu işə əsasən ibtidai siniflər üzrə direktor müavini istiqamət verir. 
Sinif rəhbərlərinin metodbirləşmələrinə məktəbin tərbiyə işləri üzrə direktor müavini rəhbərlik edir. Buraya ayrı-ayrı sinif rəhbərlərinin iş planlarının hazırlanması və təsdiqi; ayrı-ayrı sahələr üzrə sinif rəhbərlərinin hesabatları; ictimai təşkilatlarla və valideynlərlə əlaqənin yaradılması məsələləri; tərbiyə işləri ilə bağlı siniflərdə, sinifdənxaric və məktəbdənkənar aparılan işlər daxildir.     




Загрузка...
Həmçinin oxuyun:
Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Məktəbdə metodiki işə rəhbərlik və nəzarət

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəb direktoru və sinif rəhbəri

Məktəb direktoru və sinif rəhbəri

Metodbirləşmələr

Metodbirləşmələr

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Sinif rəhbərinin valideyinlərlə apardığı işin məzmun və formaları

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Valideyinlərlə əlaqələrin qurulması  və  möhkəmlənməsinə rəhbərlik

Valideyinlərlə əlaqələrin qurulması və möhkəmlənməsinə rəhbərlik

Təhsil Metodistinin əmək  funksiyası

Təhsil Metodistinin əmək funksiyası

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin  və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Təılim - tərbiyə işinin idarə edilməsinin təşkili

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə