Məktəblərlə bağlı daha bir SEVİNDİRİCİ XƏBƏR
-Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkənin bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərinin satın alınması ilə bağlı yeni tender elan edib. AzTehsil.com xəbər verir ki, təmir və yenidənqurma işlərinin ümumi dəyəri 9 milyon 961 min manat olaraq müəyyən edilib.Qeyd edək ki, son illərdə ölkə üzrə məktəblərin şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır və bu layihə də həmin prosesin davamı olacaq.Məqsəd məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, kommunikasiya xətlərinin yenilənməsi və təhsil müəssisələrinin müasir standartlara uyğunlaşdırılmasıdır.