AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedoqojitəcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət
01 oktyabr 2025
1 173

“Bütün müəllimlərə “rüşvətxor” demək olmaz”



Qarşıdan 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü gəlir. Məktəblərdə adətən müxtəlif bayramlar ərəfəsində, o cümlədən Müəllimlər Günü, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bəzi müəllimlərlə valideynlər arasında bir “təqdimetmə” mərasimi başlayır. Valideynlər öz aralarında müəllimə hansı hədiyyəni, yaxud hansı məbləğdə pul verməyi müzakirə edirlər. 


Hətta sosial şəbəkələrdə, özünə ad günü keçirərək valideynlər tərəfindən zinət əşyaları hədiyyə edilən bir neçə müəllimin videosu belə yayılmışdı. 


Beynəlxalq Müəllimlər Günü ilə bağlı Elm və Təhsil Nazirliyi yaydığı məlumatda qeyd edilir ki, qurumun Kollegiyasının müvafiq qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib: 


”Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir. 


Qeyd edilənləri nəzərə alaraq, 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir”. 


Ümumiyyətlə, müəllimlərə müxtəlif hədiyyələrin verilməsində bəzən müəllimlər, bəzən isə onlara hədiyyə verən valideynlər günahlandırılır. 


Müəllimə hədiyyə verilməlidirmi və bu prosesə şərait yaradan hansı tərəfdir? 


AzTehsil.com xəbər verir ki, məsələ ilə bağlı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov  açıqlamasında ilk olaraq Azərbaycanın bütün müəllimlərini qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib: 


“Onlara möhkəm cansağlığı arzu edirəm. Hamımız bilməliyik ki, bizim ən ümdə, böyük problemimiz olan Qarabağ probleminin həllində, ərazi bütövlüyünün təyin olunmasında Azərbaycan məktəbinin və müəlliminin rolu danılmazdır. O məktəbin, müəllimin yetişdirdiyi şəxslər Şuşanın sərt qayalıqlarına dırmaşaraq torpaqlarımızı işğaldan azad etdilər. Bunu unutmaq olmaz. Eləcə də bütün müəllimlərə “rüşvətxor” demək olmaz.


Hər sahədə yaxşı işçi də, pis işçi də var. O cümlədən, məktəbdə də belədir. Məktəbdə Beynəlxalq Müəllimlər Günü münasibətilə rüşvət yığılması elə bil ən ciddi məsələyə çevrilib. Mən şəxsən bunun tərəfdarı deyiləm. İnanmıram ki, Azərbaycan müəlliminin hamısı bu gün münasibətilə hədiyyə tələb edir və yaxud da alır. 


Eyni zamanda, mən onu da deyirəm ki, yaxşı bir müəllimdisə, hansısa şagird ona aparıb bir dəstə gül versə, bunu rüşvət kimi necə qəbul etmək olar? Nə olar, sevincini bölüşür, təbrik edir. Ancaq Beynəlxalq Müəllimlər Günü münasibətilə kütləvi şəkildə hardasa pul yığılarsa, belə addımları pisləyirəm. Hər zaman da pisləmişəm və ona yol vermək olmaz”. 




Həmçinin oxuyun:
Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sertifikasiya Qaydaları

Sertifikasiya Qaydaları

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

OXUYUN !  Sertifikasiya Qaydalarl təsdiq olundu

OXUYUN ! Sertifikasiya Qaydalarl təsdiq olundu

MÜƏLLİMLƏRİN   ETİK   DAVRANIŞ  QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları təsdiqləndi

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT  haqqında Qaydalar təsdiq olundu

Təhsil müəssələrində PSİXOLİJİ XİDMƏT haqqında Qaydalar təsdiq olundu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Metodbirləşmələr

Metodbirləşmələr

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Müəllim   təhsilalanların   şərəf   və   ləyaqətinə   hörmətlə yanaşmalı

Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalı

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)