AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Bölgə
24 oktyabr 2025
1 493

DİM sədri: "Bu xidmət ödənişli OLACAQ "



AzTehsil.com- Son illər ən ciddi problemlərdən biri abituriyentlərin peşə və ixtisas seçimi ilə bağlıdır. Hər buraxılış imtahanından sonra abituriyentlər və valideynlər ixtisas seçimi mərhələsində ciddi çətinliklərlə üzləşirlər. Bəzən onlar yüksək ödəniş müqabilində müxtəlif təhsil ekspertlərinə müraciət edir, ixtisas seçimini həmin şəxslərin vasitəsilə həyata keçirirlər. Bir çox valideynlər qərarı özləri verir, digərləri isə məktəb müəllimlərinin məsləhətlərinə üz tutur. Lakin təcrübə göstərir ki, bu prosesin sonunda xeyli sayda abituriyent müsabiqədən kənarda qalır.


Bunun əsas səbəblərindən biri ixtisasın düzgün seçilməməsidir. Hətta yüksək bal toplayan abituriyentlər belə yanlış seçim səbəbindən qəbul ola bilmirlər. Bu problemi aradan qaldırmaq məqsədilə Dövlət İmtahan Mərkəzi yeni layihə təqdim edib və mərkəzdə "Peşə seçimi" testlərin tətbiqinə başlanılıb. Bu testlər şagirdlərə öz maraq və bacarıqlarına uyğun peşəni daha dəqiq müəyyənləşdirməyə kömək edir.


Ümumiyyətlə, valideynlərin və abituriyentlərin ən çox narahat olduğu məsələlərdən biri peşə seçiminin necə aparılmasıdır. Onlar hansı peşəni seçməli olduqları, bu seçimin şəxsi maraqlar, qabiliyyətlər və gələcək perspektivlərlə necə uyğunlaşdırılmalı olduğu barədə qərar verməkdə çətinlik çəkirlər.


Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müsahibə verib.


– Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər. Hazırda testlər Dövlət İmtahan Mərkəzinin binasında keçirilir. Yaxın müddətdə platformanı onlayn şəkildə də istifadəyə açmağı planlaşdırırıq ki, hər kəs evdən testdən keçə bilsin. Burada əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər “Psixoloq.az” platforması vasitəsilə mərkəzin psixoloqlarına müraciət edə bilərlər. Testdən sonra psixoloqlarla individual şəkildə məsləhət almaq mümkündür. Bu xidmət mövcuddur, lakin təəssüf ki, müraciət edənlər hələ azdır.


 


– Bu testlərdən keçən abituriyentlər bildirirlər ki, sualların sayı çoxdur və müddət 2-3 saata qədər davam edir. Gələcəkdə həm sualların həcmi, həm də testin müddəti ilə bağlı təkmilləşdirmə planlaşdırılırmı?


 


– Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Onu “tez-bazar” yüngülləşdirmək doğru olmaz. Bu, çox peşəkar hazırlanmış testdir, suallar işlənib və hazır məhsul kimi ictimaiyyətə təqdim edilib. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir.


– Bu testlərin gələcəkdə ödənişli olacağı deyilir...


– Hazırda biz testləri oflayn şəkildə mərkəzin binasında pulsuz keçiririk. Onlayn versiya isə ödənişli olacaq. Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib; bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.


 


– Hər il imtahanlardan sonra valideynlər ixtisas seçimi üçün ekspertlərə və müəllimlərə ödəniş edirlər. Bunu edə bilməyən abituriyentlər çox vaxt düzgün seçim edə bilmədiklərinə görə kənarda qalırlar. Bəzi mütəxəssislər hesab edir ki, DİM süni intellekt vasitəsilə bu sahədə sui-istifadələrin qarşısını ala bilər. Bu mümkün olacaqmı?


– Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur – uşaqlar öz meyllərinə əsasən peşə seçsinlər. DİM-də Abituriyent Məsləhət Mərkəzləri (AMM) fəaliyyət göstərir və bu xidmət tamamilə ödənişsizdir. Hələlik süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər.



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

Təhsil eksperti: Klassik qiymətləndirmədə “2”qiymətə bərabər tutulanları ali məktəb tələbəsi etmişik...

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

DİM testləri niyə “tələyə” çevrilib?

DİM testləri niyə “tələyə” çevrilib?

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Testin müsbət tərəfləri deyil, mənfi tərəfləri daha çox hallandırılır-Etirazlar

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

Abituriyentlər ən çox bu ixtisasları SEÇİB

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı  (I-IV siniflər) (STANDARTLAR)

I-IV sinif müəllimləri OXUYUN ! Ümumtəhsil məktəbləri üçün təhsil proqramı (I-IV siniflər) (STANDARTLAR)

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib